Yeni teatr mövsümü nə ilə yadda qalacaq?

Azərbaycan tamaşaçılarını zəngin və maraqlı repertuarlar gözləyir

Artıq bir aya yaxındır ki, ölkə teatrları yeni mövsümə start verib. Və ötən mövsümlərdə olduğu kimi, bu dəfə də teatrlarımız tamaşaçılara maraqlı anlar vəd edir. Məsələn, 107-ci mövsümünə sentyabrın 18-də start verən Azərbaycan Dövlət Musiqili Teatrı yeni mövsümü dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası ilə açıb.

Eyni zamanda, teatrda oktyabr ayı üçün zəngin və maraqlı repertuar hazırlanıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşaçılar ay ərzində “Baladadaşın toy hamamı” (Elçin, F.Allahverdi), “Toya bir gün qalmış” (Ə.Səmədli), “999-cu gecə” (F.Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “Kimdir müqəssir?” (Ə.Haqverdiyev) və başqa tamaşaları izləyə bilərlər.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) isə öz 89-cu mövsümünə S.Şeydanın “Tülkü, tülkü, tünbəki” və İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşaları ilə başlayıb. Teatrın mətbuat xidmətindən bildirilib ki, mövsümün ilk premyerası isə oktyabrın 30-da baş tutacaq. Həmin gün nümayiş olunacaq İsveç dramaturqu Astrid LindqreninUzuncorab Peppi” əsəri əsasında hazırlanan tamaşa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, İsveç səfirliyi və “Azercell TelekomMMC-nin təşkilatçılığı ilə ərsəyə gəlib.

Bundan başqa, sözügedən teatr oktyabr ayı ərzində tamaşaçılarına “Çirkin ördək balası” (H.X.Andersen), “Mehmanxana sahibəsi” (K.Qoldoni), “Əlibaba və qırx quldur” (ərəb xalq nağılı), “III Riçard” (U.Şekspir), “Hekayəti-Xırs-quldurbasan” (M.F.Axundzadə), “Tıq-tıq xanım” (A.Şaiq), “Pəri Cadu” (Ə.Haqverdiyev), “Mən səni sevirəm-MSS” (Ə.Əmirli) tamaşalarını təqdim etməyi qərara alıb. Eyni zamanda, teatr ilboyu öz tamaşaçılarını maraqlı, yeni səhnə əsərləri ilə sevindirməkdə davam edəcək.

Öz növbəsində, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni teatr mövsümünə görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə start verib. Teatrın mətbuat xidmətindən bildirilib ki, 144-cü mövsümdə tamaşaçılara həm dünya, həm də Azərbaycan klassikasından tamaşalar təqdim olunacaq. Oktyabr ayının repertuarını isə “Xanuma” (A.Saqrelli), “Danışan gəlincik” (A.Şaiq), “Zorən şorgöz” (R.Kuni), “Ölülər” (C.Məmmədquluzadə) və “Müsyö İbrahimQuran çiçəyi” (E.Şmit) tamaşaları daxil edilib.

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı isə 108-ci teatr mövsümünə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası ilə başlayıb. Teatrın mətbuat xidmətindən o da bildirilib ki, oktyabrın 22-də P.ÇaykovskininQu gölübaleti, 26-da isə Xalq artisti Fidan Hacıyevanın iştirakı ilə Jorj BizeninKarmen” operası tamaşaya qoyulacaq. Məlumat üçün bildirək ki, klassik balet sənətinin parlaq nümunələrindən biri olanQu gölü” tamaşası uzun illərdir teatrın repertuarındadır və baletsevərlər bu tamaşada əsas rollarda yerli sənətçilərlə yanaşı, xarici ölkələrdən dəvət olunmuş balet ulduzlarının çıxışlarına da maraqla tamaşa edə bilirlər.

Bu il 85 yaşını qeyd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün yubiley mövsümünə başlayıb. Əvvəlki illərdə olduğu kimi bu il də uşaqları sevindirməyi qarşısına məqsəd qoyan teatr oktyabr üçün bir-birindən rəngarəng repertuar planı hazırlayıb. Belə ki, balacalar üçünPinokkionun sərgüzəştləri” (K.Kollodini), “Cırtdan” (M.Seyidzadə), “Qoğal” (rus nağılı), “Göyçək Fatma” (K.Ağayeva), “Qoçaq Əhməd” (T.Ağayeva), “Çipollino” (C.Rodari) tamaşaları səhnələşdiriləcək. Məlumata görə, ilin sonunadək yeni səhnə əsərlərinin təhvil verilməsi də nəzərdə tutulur.

Onu da qeyd edək ki, hazırda ölkədə 28 peşəkar teatr fəaliyyət göstərir ki, bunlardan biri operabalet, 19-u dram, musiqili-komediyamusiqili dram, 8-i isə uşaq və gənc tamaşaçılar teatrlarıdır.

Müşfiqə BAYRAMLI

Yeni Azərbaycan.- 2016.- 21 oktyabr.- S.7