Azərbaycanda səhiyyənin daha da inkişafı üçün dövlətin siyasi iradəsi ortadadır

 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rafiq Məmmədhəsənov www.yap.org.az saytına müsahibə verib:

- Rafiq müəllim, bu günlər xalqımız dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü böyük təntənə ilə qeyd edir. Bu dövrdə ölkəmiz bütün sahələr üzrə inkişaf edib. Bu mənada Azərbaycan səhiyyəsinin inkişafı haqqında nə deyə bilərsiniz?

- Azərbaycan müstəqil dövlət kimi ötən 25 il ərzində böyük inkişaf yolu keçib. Bu dövr xalqımızın şərəfli bir tarixidir. Doğrudur, müstəqilliyimizin ilk illərində - 1991-1993-cü illərdə ozamankı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Amma xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdışından sonra ölkəmizin üzləşdiyi təhlükə sovuşdu. Ulu öndər hakimiyyətə qayıtdıqdan qısa müddət sonra ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, iqtisadi tənəzzülün qarşısı alındı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf strategiyası müəyyənləşdirildi və sosial-iqtisadi tərəqqi başlandı. Ən mühüm məsələ odur ki, Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyimizin sarsılmaz təməllərini yaratdı və onun dönməzliyini təmin etdi. Ümummilli liderimiz bəyan etmişdi ki, müstəqilliyi qorumaq onu elan etməkdən qat-qat çətindir. Zaman, həqiqətən də, Onun bu fikirlərinin nə qədər doğru olduğunu təsdiqlədi. Bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Ölkəmiz bütün sahələr üzrə inkişaf edib, Azərbaycan regionun lider dövlətidir, dünyada söz sahibidir.

Qeyd etdiyim kimi, Azərbaycanda bütün sahələr inkişaf edib. Bu inkişaf səhiyyə sahəsində də özünü əyani şəkildə göstərir. Səhiyyəyə dövlət qayğısının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. O, bildirirdi ki, həkimlər mənim ən yaxın dostumdur. Ulu öndərimiz hələ sovet dövründə bu sahəyə xüsusi qayğı göstərirdi. Bu qayğı müstəqillik illərində daha da geniş vüsət aldı. Hazırda Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi diqqət nəticəsində ölkəmizdə yüzlərlə tibb müəssisələri tikilib istifadəyə verilib. Həmin müəssisələr müasir avadanlıqlarla tam təmin olunublar.

Məsələn, əvvəllər Azərbaycan Tibb Universitetinin tələbələri dərs keçmək üçün Bakının bütün ərazisində bir çox xəstəxanalara gedirdilər, çünki universitetin kafedraları ayrı-ayrı xəstəxanalarda idi. Amma Prezidentimizin diqqəti nəticəsində ATU-nun Tədris-Terapevtik Klinikası, Cərrahiyyə Klinikası, Stomatologiya Klinikası, Onkologiya Klinikası yaradıldı və müvafiq kafedralar həmin klinikalara köçürüldü. Bu klinikalar ATU-nun əhatəsində yerləşir, yəni artıq universitetin müstəqil klinikaları var. Tələbələr dərsləri də, praktikanı da həmin klinikalarda keçirlər.

Tibb sahəsində kadr hazırlığı da yüksək səviyyədədir. ATU-nun məzunları bu gün dünyanın bir sıra ölkələrində peşəkar həkim kimi çalışırlar. Universitetin Türkiyənin tibb üzrə ali məktəbləri ilə müqaviləsi var. Türkiyə tərəfi 3-cü kursdan etibarən bizim əlaçı tələbələri gəlib özləri seçərək aparırlar. Həmin tələbələr də təhsilini Türkiyədə davam etdirir və mütəxəssis kimi yetişərək ölkəmizə qayıdırlar. Eləcə də rezidentura təhsili onların peşəkar mütəxəssis kimi yetişməsində mühüm rol oynayır.

Bütövlükdə, Azərbaycanda səhiyyə sahəsinin daha da inkişafı üçün dövlətin siyasi iradəsi ortadadır. Bu istiqamətdə işlər uğurla davam etməkdədir.

- Bu sahənin inkişafı ilə əlaqədar qəbul olunmuş Dövlət proqramlarının əhəmiyyəti nədən ibarətdir?

- Əlbəttə ki, səhiyyənin inkişafı məsələsində bu sahə ilə əlaqədar qəbul olunmuş Dövlət proqramlarının xüsusi əhəmiyyəti var. Ümumiyyətlə, ölkədə hər bir sahənin inkişafının proqramlar əsasında təmin olunması xüsusi diqqət mərkəzində saxlanılır. Bu baxımdan, səhiyyə ilə əlaqədar qəbul olunmuş Dövlət proqramları da böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda səhiyyənin inkişafı ilə əlaqədar 11 Dövlət proqramı qəbul olunub. Şəkərli diabet, onkoloji, talassemiya və digər xəstəliklərə düçar olmuş insanlara dövlət tərəfindən xüsusi qayğı göstərilir. Eləcə də ana və uşaqların mühafizəsinə yönəlmiş ciddi tədbirlər görülür. Böyrək çatışmazlığından əziyyət çəkənlərə dövlət hesabına dializ köçürülür. Bununla əlaqədar həm Bakı şəhərində, həm də zonalarda müvafiq mərkəzlər var.

Elə məsələlər var ki, başqa ölkələr Azərbaycanın təcrübəsindən istifadə edirlər. Məsələn, şəkərli diabet xəstələrinə dövlət qayğısı ilə əlaqədar qanunumuzu Rusiya model qanun kimi götürüb.

- Siz Milli Məclisin Səhiyyə komitəsinin üzvüsünüz. Hazırda səhiyyə sahəsində hansı qanunlar hazırlanır?

- Bildiyiniz kimi, indiyə qədər parlamentdə əhalinin sağlamlığının qorunmasına xidmət edən bir sıra qanunlar qəbul edilib. Hazırda da yeni qanun layihələri üzərində gedir. Mən onların bir neçəsinin adını çəkə bilərəm. Yeni layihələrdən biri psixoloji yardım haqqında qanun layihəsidir. Bu məsələ aktualdır. Bilirsiniz ki, depressiyalar, ailə münaqişələri, kollektivdə işçi ilə münasibətlərin tənzimlənməsi və digər məsələlər bütün dünyada diqqətləri psixoloji yardımın önəminə çəkir. Psixoloji yardıma müraciət edənlərin sayının artımı isə bu sahədə diplomsuz mütəxəssislərin olması, qeyri-leqal çalışanların çoxalması kimi problemlərin üzə çıxmasına gətirib çıxarır. Bu səbəbdən psixoloji yardımla bağlı hüquqi bazanın yaradılmasına ehtiyac var.

Yeni hazırlanan qanun layihəsində psixoloji yardımın hansı çərçivədə, harada göstərilməsi, dövlət və özəl sektorda bu xidməti göstərmək üçün sertifikatın kimdən alınması, icazə verən orqanın adının müəyyənləşdirilməsi və digər məsələlərin hüquqi baza ilə tənzimlənməsi nəzərdə tutulub.

Bundan başqa, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də hazırlanır ki, bu da aktual məsələdir. Belə bir qanun dünya ölkələrinin təcrübəsində də var.

- Azərbaycanda icbari tibbi sığorta sisteminə keçidlə əlaqədar ciddi işlər görülür. Sizcə, bu sistemin tətbiqinin üstünlükləri nədən ibarətdir?

- İcbari tibbi sığorta bir çox ölkələrdə tətbiq olunur. Hesab edirəm ki, bu sistemin Azərbaycanda da tətbiq olunması labüddür, zəruridir. Artıq hökumət tərəfindən bu yöndə ciddi işlər gedir. Yəqin ki, yaxın zamanlarda ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanacaq. Bu sistemin uğurla tətbiq olunacağına inanırıq. Bu sistemin tətbiqi həm vətəndaşlar üçün xeyirlidir, həm də səhiyyənin inkişafına əhəmiyyətli təsir göstərəcək.

- Bəs dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Əlbəttə ki, dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi çox müsbət haldır. Bu, vətəndaşların maraqlarına tam uyğundur. Bu məsələ dövlət başçısının tapşırığıdır və Onun tapşırığına uyğun olaraq hökumət bu addımları atır.

Bilirsiniz ki, dərmanlar xaricdən idxal olunurbu da milyonlarla vəsaitin xaricə getməsi deməkdir. Ölkə Prezidentinin tapşırığı ilə Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması istiqamətində də gedir. Azərbaycan dərman bitkiləri ilə zəngindir. Yəni dərman istehsal etmək üçün bitki xammalı ehtiyatımız çoxdur. Bundan istifadə edilməlidir. Yəqin ki, bu məsələ də tezliklə müsbət həllini tapacaq. Yerli dərman istehsalı dərmanların qiymətlərinin daha da ucuzlaşmasına gətirib çıxaracaq, həm də milyonlarla vəsaitin xaricə çıxarılmasının qarşısını alacaq.

- Rafiq müəllim, siz Milli Məclisdə bölgələri təmsil edirsiniz. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı həyata keçirilməkdədir. Bu proqramın icrası nəticəsində bölgələrimizdə böyük abadlıq və quruculuq işləri görülür. Bütün bunların önəmi nədən ibarətdir?

- Son illər regionların inkişafı böyük vüsət alıb. Bölgələrin siması əhəmiyyətli dərəcədə dəyişib. Mən tez-tez xarici ölkələrə səfər edirəm və deyə bilərəm ki, bölgələrimiz Avropa ölkələrindəki vəziyyətdən heç də fərqlənmir.

Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bölgələrimizdə böyük işlər həyata keçirilir. Həm bu prosesin birinci mərhələsində, həm də hazırkı mərhələdə görülən işlər yüksək qiymətə layiqdir. Bu Dövlət proqramları regionlarda infrastrukturun yaradılması, qeyri-neft sektorunun inkişafı, regionlarda daimi yerlərinin yaradılması, əhalinin sosial-rifah halının yüksəlməsinə birbaşa təsir göstərən amillərdən biri olub. Eyni zamanda, daha bir mühüm strateji məsələ ölkəmizdə işsizliyin azaldılması, məşğulluq siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi ilə bağlıdır. Regionların inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycanda regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılmasını vacib hesab edərək bu prosesə şəxsən nəzarət edir.

Qeyd etmək lazımdır ki, regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsinə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bundan başqa, bu Dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb. Dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur. Bütün bunlarla yanaşı, bölgələrdə xeyli sayda tibb ocaqları, məktəblər, mədəniyyət evləri, sosial obyektlər də tikilib istifadəyə verilir. Görülən bu işlər Prezidentimizin ölkə vətəndaşlarına qayğısının ifadəsidir.

Mən Milli Məclisdə Gədəbəy və Tovuz rayonlarını təmsil edirəm. Bu rayonlarda böyük abadlıq və quruculuq işləri həyata keçirilir. Yeni sosial obyektlər, körpülər, yollar tikilib istifadə verilib. Bu yöndə işlər davam etdirilir

Yeni Azəbaycan.- 2016.- 22 oktyabr.- S.5