Həyata keçirilən islahatlar regionların elektrik enerjisi ilə təchizatında dönüş yaradıb

 

Azərbaycanın bütün bölgələrində elektrik enerjisi təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir

İndiki dövrdə elektrik enerjisinin önəmi yalnız məişət tələbatımızın ödənilməsi ilə məhdudlaşmır. Hazırda dünyanın mənzərəsinə nəzər saldıqda bir sıra digər vacib faktorlarla yanaşı, elektrik enerjisinin də dövlətlərin, ölkələrin inkişafı ilə assosiasiya olunduğunu aydın görmək mümkündür. Bu mənada Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar yaradır. Hələ keçmiş sovet dönəmində xalqımızın Ümummilli lideri Heydər Əliyev öz nüfuzundan istifadə edərək Azərbaycanda güclü elektrik enerjisi təsərrüfatının möhkəm əsaslarını yaratmağa nail olub. Daim Azərbaycanın gələcəyini düşünən Ulu öndərin davamlı səyləri sayəsində respublikanın regionlarında dərin sosialiqtisadi əhəmiyyət daşıyan elektrik enerjisi təsərrüfatında bir sıra iri layihələr reallaşdırılıb. 1971-ci ildə Araz çayı üzərində gücü 22 MVt olanArazSu Elektrik Stansiyası inşa edilib. Tərtər çayı üzərində 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyni adlı su elektrik stansiyası istifadəyə verilib. Qısa zaman kəsiyində Şəmkir SES-inindiki “Azərbaycan” DRES-in inşası da Ümummilli liderin zamanında nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində baş tutub.

Müstəqil Azərbaycanın elektrik enerjisinə olan tələbatını daxili istehsal hesabına ödəməsi böyük nailiyyətdir

Ümummilli lider Heydər Əliyevin hələ keçmiş sovet dönəmində respublikamızın elektrik enerjisi təsərrüfatında yaratdığı möhkəm əsaslar müstəqillik illərində daha da zənginləşdirilib. Ulu öndərin ölkənin elektrik enerjisi təsərrüfatının möhkəmləndirilməsi istiqamətində başladığı işlər 2004-cü ildən bəri Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Xatırladaq ki, hazırda respublikamızda bütövlükdə 34 elektrik stansiyası fəaliyyət göstərir. Respublikamızda mövcud elektrik stansiyalarından 25-nin 2004-cü ildən sonra tikilməsi və eyni zamanda, mövcud stansiyalarda genişmiqyaslı yenidənqurma işlərinin həyata keçirilməsi Prezident İlham Əliyevin Azərbaycanın enerji təchizatının gücləndirilməsinə necə güclü siyasi iradə nümayiş etdirdiyini əyani şəkildə təsdiqləyir. Qısa müstəqillik tarixində respublikamız yeni yaradılan güclər, mükəmməl infrastruktur, paylayıcı şəbəkənin yenidən qurulması, ardıcıl şəkildə həyata keçirilən idarəetmə islahatları və əlbəttə ki, çoxminli peşəkar kadrlar ordusunun zəhməti sayəsində elektrik enerjisinə olan tələbatını tam yerli istehsal hesabına ödəməyə nail olub, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb ki, bütün bunlar çox böyük nailiyyətdir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində qarşısına yüksək inkişaf hədəfləri qoyan müstəqil Azərbaycanın öz böyük məqsədlərinə çatmasında respublikamızda istehsal olunan elektrik enerjisininondan səmərəli istifadə olunmasının müstəsna rolu var.

Regionların paylayıcı şəbəkəsi sürətlə yenidən qurulur

Son illərdə paytaxtın enerji paylayıcı şəbəkəsində əldə olunan müsbət təcrübə həmçinin respublikanın bölgələrində də geniş yayılır. Məlumdur ki, Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılıb. Naxçıvan Muxtar Respublikası istisna olmaqla ölkə ərazisində istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi “Azərişıq” ASC-yə həvalə edilib.

Qısa müddətdə bölgələrin də enerji təchizatında dönüş yarandığını söyləmək mümkündür. Regionların paylayıcı şəbəkəsi sürətlə yenidən qurulur. 2015-ci ildə Gəncədə şəhərin qədim memarlıq üslubunda tikilən yarımstansiya istifadəyə verilib. 2015-ci ildə “Azərişıq” ASC 3 yeni 110 kV-luq yarımstansiya inşa etmişdir ki, onlardan da ikisi regionların (Şəki şəhərində “Göynükvə Gədəbəy rayonunda “Gədəbəy” yarımstansiyaları) payına düşür. “Azərişıq” tərəfindən Xaçmazda 2, Qubada 3, Şabranda 2, Daşkəsəndə 3, həmçinin Qəbələ, Sabirabad, Zərdab və Hacıqabul rayonlarının hər birində bir yarımstansiya inşa edilib. Regionlarda müasir standartlara cavab verən 18 rayon enerji təchizatı və satış idarələrinin ofisləri istifadəyə verilib, 10 rayonda (Cəlilabad, Sabirabad, Sumqayıt, Ucar, Şəki, Hacıqabul, Qəbələ, Ağsu, Gədəbəy, Goranboy) isə ofis binalarının tikintisi davam etdirilir. Ayrı-ayrı bölgələrdə 35 kV-luq 400-dək yarımstansiya təmir olunub, 1450 ədəd müasir tipli yeni TM və KTM tikilərək quraşdırılıb, 6500-ə yaxın transformator yarımstansiyalarında təmir işləri həyata keçirilib, 24 000 kilometrə yaxın elektrik verilişi xətləri təmir edilib, 15 000-dən çox yeni dayaqlar quraşdırılıb, 750 kilometr kabel xətti, 2400 kilometr hava xətti çəkilib.

Regionların elektrik enerjisi təsərrüfatı yenidən qurularkən ən müasir standartlar tətbiq olunur. Yeni tikilən yarımstansiyalar xüsusi layihə əsasında iki transformatorlu (açıq şəraitdə) olmaqla qapalı tipli tikilir. Yüksək və alçaq gərginlikli xətlərin yarımstansiyaya girişi və çıxışı xüsusi kabel kanalları vasitəsi ilə izolyasiyalı kabellərlə həyata keçirilir. Bu tip yarımstansiyalar daha uzunmüddətli və təhlükəsiz olmaqla dayanıqlıdır. Xarakterik haldır ki, bütün yeni tikililər əsasən mövcud yarımstansiya və digər energetika qurğularının ərazisindən səmərəli istifadə etməklə, birbaşa həmin ərazilərdə inşa olunur. İstifadəyə verilən inzibati binalardakı infrastruktur və xidmət mükəmməlliyi ilə seçilir. İşçilərin fasilə zamanı normal istirahəti üçün də hərtərəfli şərait yaradılır.

“Azərişıq” ASC-nin kollektivi müharibə şəraitində olan ölkəmizdə cəbhə bölgəsində yerləşən rayonların eneji təchizatına xüsusi qayğı göstərir. Düşmənlə təmas xəttində yerləşən Tərtər, AğdamFüzuli rayonlarında köhnəlmiş, istismara yararsız elektrik dayaqları dəyişdirilir, naqillər, transformatorlar yeniləri ilə əvəz edilirmüasir tipli yarımstansiyalar quraşdırılır.

Ümumiyyətlə, “Azərişıq” tərəfindən regionların enerji paylayıcı şəbəkələrində görülən işlərin miqyası kifayət qədər böyükdür. Qısa müddətdə həyata keçirilən tədbirlər sayəsində “Azərişıq” ASC-nin regional elektrik şəbəkələri üzrə texniki itkilər 2016-cı ilin 6 ayının yekunlarına görə 10,4 faizə endirilib.

Yeni istifadəyə verilən “Daş Salahlı” yarımstansiyası regionda mövcud güc çatışmazlığını aradan qaldıracaq

Qeyd etdiyimiz kimi, Azərbaycanın bütün bölgələrində elektrik enerjisi təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkədə yeni güc mərkəzlərinin yaradılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Elə bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Qazax rayonunda 110/35/6 kilovoltluqDaş Salahlı” yarımstansiyasının açılışı olub. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev bildirib ki, Qazax rayonunun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə 110/35/6 kilovoltluq yeniDaş Salahlı” yarımstansiyası inşa edilib.

Diqqətə çatdırılıb ki, əvvəlki yarımstansiya 8 kəndi və 3637 abonenti əhatə edirdisə, “Daş Salahlı” artıq 22 kəndi, 19364 abonenti, o cümlədən QazaxAğstafa rayonlarındakı sosial obyektləri və istehsal müəssisələrini dayanıqlı elektrik enerjisi ilə təmin edəcək. Həmçinin bu yarımstansiyanın istifadəyə verilməsi ilə regionda mövcud güc çatışmazlığı aradan qalxacaq, növbəti illərdə enerjiyə yaranacaq tələbat ödəniləcək.

Yeni yarımstansiya ən son elmi-texniki yeniliklərə əsaslanan “eleqaz”, “vakuumtipli avadanlıqlarla təchiz edilməklə yanaşı, məsafədən idarə olunan SCADA dispetçer sisteminə də qoşulub. Ən son texnologiyalara əsaslanan bu cür layihələr həm paytaxtda, həm də bölgələrdə yenidənqurma tədbirlərinin ardıcıl xarakter aldığını bir daha təsdiq edir.

Əsas hədəflərdən biri də xidmətin səviyyəsini yüksəltməkdir

Regionların elektrik enerjisi təchizatı şəbəkəsinin müasir tələblər səviyyəsində yenidən qurulması strategiyasında qarşıya qoyulan əsas hədəflərdən biri müştəri məmnunluğuna nail olmaqdan ibarətdir. Bu məqsədlə bölgələrdə abonentlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Neqativ halların qarşısının alınması, şəffaflığın təmin olunması məqsədilə abonentlər müasir tipli sayğaclarla təmin olunurlar. 2011-2016-cı illər ərzində ölkə üzrə 70 mindən artıq SMS Smart tipli sayğac quraşdırılıb.

Eyni zamanda, “Azərişıq” “ASAN xidmət” mərkəzləri vasitəsilə abonentlərə xidmətin əhatəsini genişləndirməyə çalışır. Hazırda “Azərişıq” regionlarda Sumqayıt, Sabirabad, Bərdə, Gəncə və Qəbələ “ASAN xidmət” mərkəzlərində müştərilərinə yüksək səviyyəli xidmət göstərməkdə davam edir.

“Azərişıq” ASC regionlarda elektrik enerjisi haqlarının ödənilməsində də köhnə stereotiplərin aradan qaldırılmasına çalışır. Bu istiqamətdə istehlakçılarla maarifləndirmə və tanışlıq işləri aparılır. Əyani vəsait və sosial reklam çarxları hazırlanır. Abonentlərə tövsiyə olunur ki, dövrün ən son texnoloji nailiyyətlərindən istifadə edərək elektrik enerjisinə görə ödəmələri “Azərişıq” ASC-nin Regional Enerji Təchizatı və Satışı idarələrində, rayon, qəsəbə və kəndlərdə quraşdırılmış ödəmə məntəqələrində, bankpoçt şöbələrində həyata keçirsinlər. Bundan başqa, internet üzərindən azerishiq.az saytı vasitəsilə “onlayn” rejimdə də ödəmə aparıla bilər.

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.- 2016.-26 oktyabr.- S.8