BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur

 

Öz inkişafına görə regionun lider dövləti olan, bir sıra nüfuzlu beynəlxalq forum və konfransların, həmçinin mədəniyyət və idman tədbirlərinin keçirildiyi məkan kimi tanınan Azərbaycan cari il 25-27 aprel tarixlərində daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Belə ki, həmin tarixlərdə Bakıda “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirildi. Ümumilikdə 147 xarici ölkədən 1500-dən çox nümayəndənin, o cümlədən prezidentlərin, baş nazirlərin, baş nazir müavinlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi, 45 panel iclasının, təqdimat və qrup görüşlərinin, 86 mədəni tədbirin keçirildiyi, Bakı Bəyannaməsi kimi əhəmiyyətli sənədin imzalandığı Forum çərçivəsində bütün dünya üçün aktuallıq kəsb edən məsələlərlə bağlı müzakirələr aparıldı.

Azərbaycan multikulturalizm sahəsində çoxəsrlik təcrübəyə malikdir

Əlbəttə, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi heç də təsadüfi deyil. Əvvəla, Azərbaycan dünyada tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan ölkə kimi tanınır. Azərbaycanın multikulturalizm ənənələri və təcrübəsi həm üstün dəyər, həm də xüsusi nümunə kimi çıxış edir. Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub, yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin formalaşmasına və inkişafına mühüm töhfələr verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında çıxışı zamanı bu məqamlara toxunaraq deyib ki, əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülükmultikulturalizm burada hər zaman mövcud olub. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar: “Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir. Bununla yanaşı, ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslavkatolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasisosial vəziyyətə baxmayaraq, bu sərvəti qoruyub saxlamışdır”.

Dövlət başçısının da qeyd etdiyi kimi, bizim üçün multikulturalizm dövlət siyasətidir. Lakin təəssüflər olsun ki, hazırda dünyanın bir sıra inkişaf etmişinkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə insan hüquqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, dözümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik, insan hüquqlarının müdafiəsi təmin edilib. Ona görə də təsadüfi deyil ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi qlobal əhəmiyyətli tədbirlər dünyaya tolerantlıq, multikulturalizminklüzivlik kontekstində yeni model bəxş edən Azərbaycanda keçirilir. Eyni zamanda, ölkəmizin təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxduro, özündə tolerantlıq ənənələrini ehtiva edir.

VII Qlobal Forum ölkəmizin sivilizasiyalar arasında körpü rolu oynadığını bir daha təsdiqlədi

Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində də zəngin təcrübəyə malikdir. Belə ki, müstəqillik illərində mühüm nailiyyətlərə imza ataraq, dinamik inkişaf edən Azərbaycan Respublikası öz müstəqil və məqsədyönlü siyasəti ilə dünya siyasətində və beynəlxalq münasibətlər sistemində layiqli yer tutub. Azərbaycan həmçinin qlobalregional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadihumanitar mərkəz kimi tanınır. Təsadüfi deyil ki, I Avropa Oyunları, “Formula 1” yarışları, şahmat üzrə dünya çempionatı, IV İslam Həmrəylik Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Bu beynəlxalq tədbirlərdə fəaliyyətdə olankeçmiş dövlət və hökumət başçıları, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların rəsmi nümayəndələri, tanınmış ekspertlər, QHT və KİV rəhbərləri iştirak ediblər. Bu tədbirlər həm mövzuların aktuallığı, həm də çoxsaylı iştirakçıların yüksək statusunüfuz dairəsi baxımından diqqəti çəkib.

Dünya ictimaiyyəti Bakı Forumunu yüksək dəyərləndirir

Beləliklə, sadalananların fonunda bir məqamı xüsusi vurğulaya bilərik ki, baş tutan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu multikulturalizmin təşviqi baxımından mühüm tədbir oldu. Forum mədəniyyətlər və sivilizasiyalar arasında, eləcə də sivilizasiyalar daxilində dialoq və anlaşmanın gücləndirilməsinə əsaslı töhfə verdi. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyəli nazirlər iclasının Bakı Bəyannaməsi qəbul edildi. Bəyannamədə Alyansın VII Qlobal Forumununİnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında keçirilməsinə ev sahibliyi etməsi, müasir dövrdə cəmiyyətlərdə artan müxtəlifliyin fonunda inklüziv birgəyaşayışa qarşı artan təhdidlərin qarşısının alınması və irəliləyişin müəyyən edilməsi nöqteyi-nəzərindən müxtəlif dairələrin fərqli baxışlarının bir araya gətirilməsi, “Bakı prosesi” və 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ilielan edilməsi baxımından Azərbaycanın rolu təqdir edildi. Həmçinin bəyanatda Forumun mövzusunun BMT-nin bütün Davamlı İnkişaf Məqsədlərinə, o cümlədən Alyansın gənclər, təhsil, mediamiqrasiya kimi təməl fəaliyyət istiqamətlərinə əsaslı töhfəsi vurğulanaraq VII Qlobal Forumun keçirilməsinə görə Azərbaycan hökumətinə və xalqına, xüsusilə Bakı şəhərinə təşəkkür ifadə olundu.

Öz növbəsində dünyada tanınmış ayrı-ayrı ictimaisiyasi xadimlər, həmçinin beynəlxalq qurumların təmsilçiləri də Bakı Forumunu yüksək dəyərləndiriblər. Məsələn, Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bu tədbirin zorakı ekstremizmin qarşısının alınmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Türkiyənin Avropa İttifaqı məsələləri üzrə keçmiş dövlət naziri Egemen Bağış bildirib ki, Azərbaycan sivilizasiyalar arasında körpü rolunu oynayır. Onun sözlərinə görə, Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, beynəlxalq təşkilatlarla sıx əlaqələr qurub.

Bundan başqa, Forumun iştirakçılarından - ABŞ-ın Viskonsin ştatının Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyz, Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman, BosniyaHerseqovina təmsilçisi Kerim Somun, Fransanın aparıcı nəşriyyat evlərindən biri olanQalimard” nəşriyyat evinin direktoru Antuan Qalimard, rusiyalı politoloq, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov, UNESCO-nun nümayəndəsi Alton Grizl, Sudan Xarici İşlər Nazirliyinin rəsmisi Abdullah Əhməd Osman, Qətər Xarici İşlər Nazirliyinin rəsmisi Abdullah Əl Sada və başqaları deyiblər ki, Azərbaycan bütün beynəlxalq tədbirlər kimi, bu Forumu da çox yüksək səviyyədə təşkil edib.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu həm də gənclərin səsinin dünyaya çatdırılması ilə yadda qaldı

Bu tədbirin daha bir əhəmiyyətli cəhəti isə Forumda gələcəyin liderləri olacaq gənclərin fəal iştirakının təmin olunmasıdır. Elə Misirin media üzrə eksperti Məcdi Dauf də dünyanın müxtəlif ölkələrini təmsil edən ziyalıları, ekspertləri bir araya gətirən bu cür tədbirlərin əlaqələrin qurulmasında mühüm rol oynadığını vurğulayaraq Forumda eyni zamanda gənclərin iştirakını yüksək qiymətləndirib. İstər onun, istər də digər ekspertlərin qeyd etdikləri kimi, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu həm də gənclərin səsinin dünyaya çatdırılmasında mühüm əhəmiyyətə malikdir. Bu da səbəbsiz deyil. Belə ki, sözügedən beynəlxalq tədbir çərçivəsində keçirilən, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirin, Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın və Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimovun da çıxış etdikləri Gənclər Forumunda gənclərin inklüziv cəmiyyət quruculuğunda rolu və iştirakı müzakirə edilib. Bu isə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, eyni zamanda, gələcəyin idarəçiləri olan gənclərin liderlik bacarıqlarını göstərməsi, onların mədəniyyətlərarası dialoqa verə biləcəkləri töhfələrin müəyyən edilməsi, dünyanın üzləşdiyi mövcud problemlərə qarşı eyni cəbhədə mübarizə aparması, gənclərin beynəlxalq əməkdaşlığının güclənməsi, yaşadığımız planeti daha yaxşı məkana çevirmək imkanları və s. məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bütövlükdə isə, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində keçirilməsi dünyanın ən nüfuzlu ali qurumunun, dünya ölkələrinin Azərbaycana olan hörmətinin, etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə multikultural dəyərlərin təşviqi və sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına töhfələrinə verilən qiymətin real ifadəsidir.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2016.- 27 oktyabr.- S.7