Bu günə qədər tanımadığımız dastanımız - Karaman dastanı

 

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru İlhami Cəfərsoydur.

- İlhami müəllim, son kitabınızda yazırsınız ki, bizimKaraman” adlı dastanımız olmuş, həmin dastan VII əsrdə iber, XVI əsrdə italyan dilinə tərcümə edilmişdir. Əsərin əlyazması və ya tərcümələri harada saxlanır?

- Dastanın italyan dilinə tərcüməsini əldə etmək mümkündür. Təbrizli tacir Xaçatur onu italyan dilinə tərcümə etmiş, əsər Venesiya şəhərində nəşr olunmuşdur. Əsərin ilkin mətnləri, bəlkə də, qalır. Onu İtaliyanın kitabxanalarında axtarmaq lazımdır.

Dastanın İberiyanın Urbat qalasında saxlanan variantı hələ VII əsrin sonlarında knyaz David Orbeliani (633-744) tərəfindən tərcümə olunmuşdu. Həmin əlyazma 30x20 sm ölçüdə 248 vərəqdən ibarət idi.

Gürcü alimləri bu qədim abidənin hansı dildən hansı dilə çevrilməsi barədə susurlar. Yalnız onu bildirirlər ki, naməlum müəllif tərəfindən yazıya alınan “Karamaneposunu knyaz David Orbeliani tərcümə etmişdir (Djanaşvili 1900. s.86, 91; Buaçidze 1983. s.275).

Əsər XII əsrə qədər gürcü dilinə tərcümə oluna bilməzdi. Çünki o zaman gürcü dili yox idi və gürcülərin əcdadları olan baqrationlar hələ Gürcüstana gəlməmişdilər. Onlar Anadoludan axıb Qara dənizə tökülən Çorox çayı boyunda yaşayırdılar. Min il idi ki, gah İberiya, gah Kartveloba adlanan ölkənin çoxsaylı qəbilələri iber, kart, qurd, kür, kolx, kimer, xəzər, ucar, qax, qux dillərində və bu dillərin çoxlu ləhcələrində danışırdılar.

Düşünürəm ki, knyaz David dastanı özü üçün anlaşıqlı olan Karaman türkcəsindən Çin Bakur türkcəsinə çevirmişdir. Bakurlar İberiyaya köçüb gəlməzdən Çin Türküstanının hakim nəsillərindən biri idilər. Onlar özlərini həm baqrationlardan, həm də arşakidlərdən üstün tuturdular (Armeniə i Rim 1843. s.251, 254, 260).

Mənşəcə Baktriyanın Baklı nəslindən olan Kerop Patkanov yazır ki, Çin Bakur nəsli İberiyaya baqrationlardan qabaq gəlmişdir. Əldə olan mənbələr göstərir ki, onlar türkdürlər (Patkanov 1883. s.253, 260).

Bakur övladları V əsrdə xristian dinini qəbul etdilər. Ancaq XII əsrə qədər türk olaraq qaldılar. Uzun qanlı döyüşlərdən sonra 1117-ci ildə baqrationlar onları məğlub edib, adlarını kilsə salnamələrindən çıxartdılar (Patkanov 1883. s.252, 254).

Sağ qalanlar Gəncəyə Şəmsəddin Eldənizin yanına gəldilər. Eldəniz göstərdikləri fədakarlıqlara görə Əlincə qalasının idarəsini onlara tapşırdı. “Karaman” dastanı çinli bakurların dilinə çevrilmiş olmasaydı, çar Vaxtanq (1707-1737) onu yenidən tərcümə etdirməzdi.

VI Vaxtanqın əmrilə tərcümə olunan əsərlərin hamısının ilkin nüsxələri məhv edildi. Bunu Tiflisdə olarkən akademik Mari Brosse görmüş və 1828-ci ildə Parisdə Asiya Cəmiyyətinə məruzə etmişdir (Xantadze 1970. s.102; Buaçidze 1983. s.266, 267).

X.A.Vermişev yazır: VI Vaxtanqın əmrilə tərcümə və redaktə olunan əsərlərin heç birinin əlyazması saxlanmamışdır (Vermişev 1904. s.89).

Qədim salnamələrin məhv edilməsi Gürcüstanda yeni hadisə deyildi. Hələ çariça I Tamarın zamanında katolikos I Antoni əmr etmişdi ki, Şota Rustavelinin poemasının əlyazmalarını Kür çayına atsınlar (Şota Rustaveli 1885. s.1-2). Çünki əsər gürcü dilində yazılmamışdı və obrazların çoxu müsəlman idilər (Cəfərsoy 2014. s.3-32).

- Sizin istinad etdiyiniz mənbələrdə deyilir ki, dastan Urum xaqanı Karamanın dilindən qələmə alınmışdır (Marr 1895. s.220, 228, 229; Xaxanov 1901. s.9-20). Tarixşünaslıqda qəbul olunan ümumi fikrə görə, Karaman eli Anadoluya səlcuqların tərkibində XI əsrdə gəlmişdir. Necə ola bilər ki, onların Türkiyəyə gəlişindən min il qabaq Urum ölkəsini Karaman adlı xaqan idarə etsin?

- Səlcuqlar dövrünün tədqiqatçıları öz ehtimallarında Fəzlullah Rəşidəddinə əsaslanırlar. Ancaq Rəşidəddin demir ki, Karaman eli Anadoluya səlcuqlarla birlikdə gəlmişdir. Yazır ki, karamanlar Urum türkmənləridir. Onlar Malazgird döyüşündən sonra Toğrul bəyə qoşuldular (Rəşidəddin 1992. s.61).

Karamanlar Ön Asiyanın ən qədim türk etnoslarından biridir. Onlar Suriya ilə Türkiyə arasında makedoniyalılardan qabaq yaşayırdılar. Bu barədə IV-VI əsr Suriya salnamələrində dəyərli bilgilər vardır.

Yepiskop Mixail yazır ki, e.ö. 227-ci ildə Makedoniya ağalığına son qoyuldu. Şərqin bir sıra xalqları, o cümlədən karamanlar əsarətdən xilas oldular (Quseynov 1960. s.28, 91).

Karamanlar makedoniyalıların təzyiqilə e.ö. 332-ci ildə Afrikanın şimalına köçmüşdülər. Publi Maron VergilininEneida” poemasında onlar Tunislə Liviya arasında yaşayan döyüşkən bir tayfa kimi xatırlanırlar (Gneida 1933. s.21).

Karaman akmanlar Man nəslindən çıxmışlar. Onlar Makedoniya sərkərdəsi Selevki Suriyadan sıxışdırıb çıxartdılar, 300 ilə yaxın Edessa şəhərinin ətrafındakı kəndlərin hakimi oldular.

Edessa hakimləri Abqar titulu ilə taxta çıxır Man totem adını saxlayırdılar. Həmin nəsildən Abqar I Riqa (e.ö. 92-68), II Abqar Man (e.ö. 68-53), II Bar Man (e.ö. 53-34), III Abqar (e.ö. 29-26), Abqar IV Sumaqa (e.ö. 26-23), V Abqar Ukkama bar Man (13-50), V Abqar bar Man (50-57), VI Abqar bar Man (57-71), VII Abqar bar Ezat (109-116), VIII Man filorhomaios (165-177), VIII Abqar Gread bar Man (177-212), IX Abqar Severus (212-214), X Abqar Fraat bar Man (240-242) Edessa hakimləri olmuşdurlar.

Xristian Suriya salnamələrində bar sözü ata, mar ana xəttilə əcdadları bildirir. Gread böyük, severus zalım deməkdir.

Xüsusilə maraqlıdır ki, Man nəslindən Edessa çarlarından birinin ləqəbi Riqa olmuşdur. Riqa, Raqa Eraq etnoniminin yunanlaşmış formasıdır. Aran panteonunda Eraq alplıq, ərənlik kultu idi.

Diqqəti çəkən ləqəblərdən biri Somaqadır. Somaqa çomaqlı deməkdir. Yunan dilində “ç” səsi olmadığından çomaq sözü somaq kimi yazıya alınmışdır.

Karamanların uzaqgörən siyasətçilərindən biri Böyük Abqar bar Man idi. O, bütpərəst Romaya qarşı xristian icmaları birləşdirmiş, 177-212-ci illər arasında Şimali Suriyanı idarə etmişdir.

İlk xristian missionerlər Albaniyaya Suriyadan gəlirdilər. Ancaq yanlış olaraq onlar suriyalı türklərin yox, suriyalı samilərin keşişləri kimi təqdim olunurlar. Missionerlər arasında xristian türklər çox idi. Onlar öz yepiskoplarına xan, kilsələrinə ekli deyirdilər.

Yunanlar ekli sözünü eklesiya formasında öz dillərinə daxil etdilər. Sonra eklesiya kilsə, kəlisa formalarında başqa xalqlar tərəfindən mənimsənildi.

- Ermənilər Mesrop Maştosabizim Maştosdeyirlər. Başqaları isə yazırlar ki, o, erməni deyildir, suriyalıdır. Siz bu fikirlərin hansının tərəfdarısınız?

- Mesrop Maştos suriyalıdır, ancaq ermənidir, yəhudi. O, Aran nəslindəndir. Bibliyada Aran övladları misraim adlandırılır (Turaev 1922. s.7). Misirin baş kahini Manefon da (e.ö. III əsr) Nil vadisinin Aran nəslindən olan fironlarına misraim deyir (Şopen 1866. s.40).

İ.İ.Şopen yazır ki, samilər Aran adını misraim formasında öz dillərinə tərcümə etdilər. Beləliklə, Misir ölkə adı yarandı (Şopen 1866. s.205).

Mesrop misirli deməkdir. Daha doğrusu, Misirin, yəni Aranın nəslindən olan deməkdir. Azərbaycanda qədər Ömər, Osman adlı adamlar var. Onlar ərəb deyillər ki?!

- Yazırsınız ki, karamanların bir qolu XV əsrə qədər İslam dinini qəbul etməmişdi. Onlar türk olaraq qalırdılarmı?

- Gəncədə Stefannos adlı bir xəttat vardı. Onun atasının adı Karaman idi (Marr 1895. s.13, 222). Xristian karamanlar tədricən öz soydaşlarından uzaqlaşdılar. Atdan düşüb tacir oldular. Qazandıqları pullar ilə məscid tikdirmədilər. Sinay dağının ətəyində, Yerusəlim ətrafında kilsələr ucaltdılar. Artıq onlar türk qəhrəman deyildilər. Xristian tacir idilər.

Təbrizli Xaçatur da xristian tacir idi. Ancaq damarlarında atalarının iki-üç damcı qanı qaldığındanKaramandastanını öz vəsaiti ilə İtaliyada nəşr etdirdi. Həmin tərcüməni tapıb, türk dillərinə çevirmək lazımdır.

Karamanların müsəlman nəsilləri türk qəhrəman olaraq qalırdılar. Qafqazın Anadolunun yenidən türkləşməsində böyük rol oynadılar. Ölkədə türk dilindən başqa bir dil konuşulmayacaqdırsözləri Karaman oğlu Məhəmməd bəyə məxsusdur (Faruk Sümər 1992. s.170-171).

Gürcülər XV əsrdə eposun tərcüməsiniRusudanianıkitabına daxil etdilər (Xaxanov 1901. s.9, 20, 23-25). Rusudan çariça I Tamarın qızıdır. 12 fəsildən ibarət olan kitab onun xatirəsinə ithaf olunub.

Kvinta Kursiya yazır: Türklər Tavr dağlarının bir hissəsinə Karaman dağları deyirlər (Kvinta Kurüiə I. 1750. s.204, 263).

Karaman dağlarının ətəyində Man adlı şəhər vardı. Xristian salnaməçilər həmin şəhəri Mankert adlandırırlar (Armənskaə anonimnaə xronika 1988. s.56, 62).

Man etnonimi qoyuna sitayişlə bağlıdır. Kara man qara qoç, ak man qoç deməkdir.

Karamanlar qoç kultunu Asiyadan Afrikaya apardılar. Onların hakim olduqları vilayətlərdə tanrılar qoç başı altında təsvir olunurdu.

Bizim üçün maraqlıdır ki, arxaik Misirin qoç başı altında təsvir olunan fironlarının heykəlləri Manqoç adlanırdı.

- Siz yazırsınız ki, dünya kitabxanalarının nadir nüsxələr fondunda sanskrit, ibrit, aramey, amxar əlifbaları Misir heroqlifləri ilə yazıya alınan türkcə əlyazmaları vardır. Bizim dilçilərimiz onları oxuya bilirlərmi?

- Hələlik onların çoxunu oxumaq mümkün deyil. İki-üç dil üzrə mütəxəssisləri istisna etsək, qədim mətnləri oxuya bilən alimlərimiz yoxdur. Bu məqsədlə Dövlət başçımızın Sərəncamı ilə Dilçilik İnstitutunda Qədim dillər mədəniyyətlər şöbəsi yaradılmışdır.

Artıq ikinci ildir ki, Elmlər Akademiyasının magistrantları qədim dilləri öyrənirlər. Yaxın illərdə gənc doktorantlarımız belə mətnlər üzərində tədqiqat apara biləcəklər.

- Sizə çətin işinizdə uğurlar arzulayırıq.

- Sağ olun.

Yeni Azərbaycan.- 2016.- 27 oktyabr.- S.67