İtalyan tenoru “ADA” UniversitetindəSevgili canan”ı ifa edib

 

Oktyabrın 26-da “ADA” Universitetinin Tələbə Mərkəzində İtalyan Azərbaycan klassik musiqi əsərlərindən ibarət konsert proqramı təqdim edilib. Konsert “ADA” Universiteti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) arasında əməkdaşlıq çərçivəsində təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konsertdə italyan tenorları - Luici Çerubini Konservatoriyasının prorektoru, professor Leonardo De Lisi, konservatoriyanın tələbəsi Cuzeppe Sturace, instrumental ifaçılar Pyer Luici Rugiyero Darya Neçayeva, eləcə BMA-nın professorları Yeganə Axundova Zəhra Quliyevanın ifasında məşhur klassik bəstəkarlar, o cümlədən Paolo Tosti, Bela Bartok, Frans List, Üzeyir Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Sevda İbrahimovanın əsərləri səsləndirilib.

ADA”nın musiqili qonaqları eyni zamanda, BMA Luigi Çerubini Konservatoriyası arasında ERASMUS proqramı çərçivəsində İtaliya-Azərbaycan musiqi mədəniyyəti təhsil mübadiləsi proqramı barədə müzakirələr aparıb, hər iki ölkənin mədəniyyət ustalarının ustad dərslərindən maraqlı məqamları bölüşüblər.

Tenor Leonardo De Lisinin ilk dəfə ifa etdiyi Üzeyir Hacıbəylinin “Sevgili canan” romansını “ADA” Universitetinin tələbə və müəllim heyəti ayaqüstə alqışlayıb.

Yeni Azərbaycan.- 2016.- 27 oktyabr.- S.6