Azərbaycan ilə Misir arasındakı mədəni əlaqələr
daha da inkişaf
edir
Oktyabrın 25-də Prezident Kitabxanasının direktoru Mayıl Əhmədovun rəhbərliyi ilə kitabxananın əməkdaşları Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olublar.
Tanışlıq və əməkdaşlıq məqsədi ilə keçirilən görüş zamanı M.Əhmədov rəhbərlik etdiyi kitabxananın yaranma tarixi, fəaliyyət istiqamətləri, kitabxana fondunda müxtəlif sahələrə aid kitabların, o cümlədən nadir kitabların saxlanılması haqqında ətraflı məlumat verib. Öz növbəsində Əhməd Sami Elaydi də müdiri olduğu mərkəzin fəaliyyəti, Azərbaycan mədəniyyət və təhsil ocaqları ilə əməkdaşlığı, həmçinin aidiyyəti qurumlarla birgə keçirilən tədbirlər barədə bəhs edib. Daha sonra qonaqlar mərkəzin zəngin kitabxanası ilə tanış olublar.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.-
2016.- 28 oktyabr.- S.11