Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində aparılan məqsədyönlü dövlət siyasəti

 

 Demokratik dövlətdə idarəetməyə konstitusion-dövlət idarəetməsi kimi baxılsa, daha dəqiq olar ki, bunun da mahiyyəti cəmiyyətin bütün tənzimləyici sisteminin bazası olan Əsas Qanuna-Konstitusiyaya söykənilməsindən ibarətdir. İnsanın konstitusion hüquq və azadlıqları şəxsiyyətin fərdi fəallıq potensialını əks etdirirbu fəallığın nizamlanmasının ölçüsü kimi çıxış edirlər.Hikmət Babaoğlu yazır: "Demokratik cəmiyyət quruculuğu yolu ilə inkişaf edən Azərbaycan Respublikasında da insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinə böyük əhəmiyyət verilir, bu sahədə düşünülmüş, məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu siyasətin başlıca istiqamətlərindən birini insan və vətəndaş hüquq və azadlıqları sisteminin yaradılması, onların konstitusiyada təsbit edilməsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının maddələrinin üçdə biri beynəlxalq standartlara uyğun olaraq, insan hüquq və azadlıqlarına həsr olunmuş, burada, həm də onların müdafiəsi və təminatı mexanizmləri müəyyənləşdirilmişdir.Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarını bir neçə qrupda birləşdirmək olar: şəxsi hüquq və azadlıqlar; siyasi hüquq və azadlıqlar; iqtisadi, sosial və mədəni hüquq və azadlıqlar.Şəxsi hüquq və azadlıqlara yaşamaq hüququ, azadlıq hüququ, şəxsi toxunulmazlıq, təhlükəsiz yaşamaq hüququ və digər hüquqlar aiddir. Ölkə konstitusiyasında insanın şəxsi hüquq və azadlıqlarının hüquqi dövlətin tələblərinə müvafiq təsbit edilməsi ilə yanaşı, onların müdafiəsi bir vəzifə olaraq bütün dövlət orqanları qarşısında qoyulur".Müəllifin fikrincə, siyasi hüquq və azadlıqlara sərbəst toplaşmaq azadlığı, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək hüququ, seçki hüququ müraciət etmək, birləşmək hüquqları və s. daxil edilir. Bütövlükdə, konstitusiyada təsbit olunmuş siyasi hüquqların siyahısı Azərbaycanın müasir siyasi inkişafının ümumi tendensiyalarını əks etdirir. Təhlillər göstərir ki, bu siyasi hüquqların əksəriyyəti, yalnız Azərbaycan vətəndaşlarına mənsubdur. Buna misal olaraq birləşmək, sərbəst toplaşmaq, dövlət işlərinin idarə olunmasında iştirak etmək və bir sıra hüquqları göstərmək olar.Azərbaycan Respublikasının Konstitusiyası, ondan çıxış edir ki, dövlətin siyasəti insanın azad inkişafı və layiqli həyatının təmin edilməsi üçün şəraitin yaradılmasına yönəlmişdir. Bu isə dövlətin sosial-iqtisadi sahəni tənzimləmək və hər kəsin geniş iqtisadi, sosial və mədəni hüquqlarını təmin etmək vəzifəsini nəzərdə tutur. Bizim fikrimizcə, bu hüquq və azadlıqların təsbit edilməsində prinsipcə yeni yanaşma, ilk növbədə, onunla bağlıdır ki, vətəndaş cəmiyyətinin mənafeyinin dövlət mənafeyindən üstün olduğu elan edilir.H.Babaoğlu daha sonra yazır: "Təhlillər əsasında onu da qeyd etmək olar ki, əgər konstitusiyada təsbit olunmuş siyasi hüquqların əksəriyyəti yalnız vətəndaşlara aid edilirsə, şəxsi və sosial-iqtisadi hüquqların bir çoxu, ümumiyyətlə, Azərbaycan ərazisində olan şəxslərin hüquqları kimi təsbit edilir. İkincisi, insan və vətəndaşların hüquqları ayrı-ayrılıqda verilir, bu da insan və vətəndaşın bir-birindən fərqləndiyini göstərir. Bu isə, bizim fikrimizcə, vətəndaş cəmiyyətinin dövlətdən fərqləndiyindən irəli gəlir.Beləliklə, Azərbaycan Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını dünya təcrübəsi nəzərə alınaraq, geniş təsbit edir, onların və eləcə də, insanın ən ali dəyərə malik olmasından çıxış edir. Bütün bunlar isə demokratik-hüquqi dövlətin ən əsas və ayrılmaz əlamətlərindən biri olmaqla, bütün dövlət hakimiyyəti

 

- fikirsöz azadlığı;

 

- vicdan azadlığı, dinə münasibəti müstəqil.

 

İnsanın əsas, təbii hüququ, onun təhlükəsizliyinin təminatı kimi yaşamaq hüququ çıxış edir. Ona görə də, Azərbaycan Respublikasının Konstitusiyasında şəxsi hüquq və azadlıqlar, məhz yaşamaq hüququndan başlayır. Bizim fikrimizcə, konstitusiyaya bu mənəvi-etik amilin daxil edilməsi praktiki mahiyyət daşıyır və şəxsiyyətin cəmiyyətdə ən yüksək dəyər olması ideyasını qeyd edir".Müəllifin, qeyd edildiyi kimi, konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların böyük bir qrupu şəxsiyyətin azadlığı və toxunulmazlığının təmin edilməsinə yönəlmişdir. Belə ki, 28-ci maddədə hər kəsin azadlıq hüququ təsbit edilir və göstərilir ki, bu hüquq yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsə almaya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər, Azərbaycan vətəndaşına isə hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ verilir. Şəxsi toxunulmazlıq hüququ isə 32-ci maddədə təsbit olunmuşdur: "hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır". Bu maddənin ikinci bəndi ilə şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ təsbit edilirqanunla nəzərdə tutulan hallar istisna olmaqla şəxsi həyata müdaxilə qadağan edilir. Həmin maddənin üçüncü bəndində isə göstərilir ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.Konstitusiyaya görə, hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Burada bu hüququn məhdudlaşdırılmasına yol verilən hallar göstərilir; bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Beləliklə, göründüyü kimi, şəxsi toxunulmazlıq hüququ şəxsi həyatın, yazışmanın, telefon danışıqlarının sirrini saxlamaq hüququna təminat verir.H.Babaoğlu göstərir ki, Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin mənzil toxunulmazlığı barədə müddəa da təsbit edilmişdir. Şəxsiyyətin bu hüququ bəzi istisnalarla məhdudlaşdırıla bilər. Qanunla müəyyən olunmuş hallardaya müvafiq məhkəmə qərarı olduqda. Bu hallar istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.Konstitusiyanın hər kəsin öz milli mənsubiyyətini qoruyub-saxlamaq, ana dilindən istifadə etmək və istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüquqlarının olması barədə müddəaları böyük praktiki əhəmiyyət kəsb edir. Çünki burada söhbət şəxsiyyətin öz müqəddəratını azad təyin etməsindən, onun azad inkişafı üçün yaradılan imkanlardan gedir.Şəxsi hüquqlar sistemində şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etməyi, ona qarşı zor işlətməyi qadağan edən təhlükəsiz yaşamaq hüququ və hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vacib yer tutur.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 8 sentyabr.- S.15