Görkəmli
yazıçı Kamal Abdullanın
trilogiyası Rusiyada nəşr olunub
Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...” adlı romanlardan ibarət trilogiyası Rusiyanın məşhur “Xudojestvennaya literatura” nəşriyyatı tərəfindən “Qarağacın kölgəsində” adlı kitabda (Pod senğö Karaqaça. Moskva, “Xudojestvennaə literatura” nəşriyyatı, 2016-cı il, 728 səhifə) bir yerdə nəşr edilib.
AZƏRTAC xəbər verir ki, dünyanın aparıcı dillərində 20-dən çox ölkədə çap olunan bu romanlar fərqli süjet xəttinə, müxtəlif zamanlarda baş verən hadisələrdən və müxtəlif qəhrəmanlardan bəhs etdiyinə baxmayaraq, ilk dəfə bir ədəbi çevrəni qapayan və bir-birinə dərin ədəbi lağımlarla bağlanan trilogiya halında nəşr olunur.
“Qarağacın kölgəsində” kitabı müəllifin rus oxucusuna müraciəti ilə başlayır. Müəllif burada oxucu ilə romanları barədə fikir mübadiləsi aparır, bir növ əsərlərdə gizlənən mətləblərdən oxucunun xəbərdar olması üçün yardımçı olur.
Kitabdakı ilk roman “Yarımçıq əlyazma” mərhum sənətkarımız Vaqif İbrahimoğlunun, digər iki roman - “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox...” isə rus yazarı Lüdmila Lavrovanın tərcüməsində təqdim olunur.
“Qarağacın kölgəsində” kitabına “son söz”ü “Xudojestvennaya literatura” nəşriyyatının direktoru, rus yazıçısı, akademik Georgiy Pryaxin yazıb. Ürək genişliyi ilə yazılan bu “son söz”də Azərbaycan yazıçısının əsərlərinə yüksək qiymət verilir və onun mətnləri dünya ədəbiyyatının korifey yazarlarının əsərləri ilə müqayisə edilir.
Kitabın arxa
üzündə Kamal Abdullanın ədəbi
və elmi fəaliyyəti, əsərlərinin
tərcümə olunduğu dillər, nəşr
olunduğu ölkələr və layiq görüldüyü
ədəbi mükafatlar (“Scanno
Prize” (İtaliya),
“Qızıl Delviq” (Rusiya),
“Humay” (Azərbaycan) haqda
qısa məlumat öz əksini
tapıb.
Yeni Aaərbaycan.-
2016.- 10 sentyabr.- S.2.