Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunanTrapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışı olub

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib

Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunanTrapezitsa” Memarlıq Muzeyi Qoruğunun sentyabrın 22-də açılışı olub.

Azərbaycan birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Bolqarıstanın Baş naziri Boyko Borisov, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və digər rəsmi şəxslər Mehriban Əliyevanı və Leyla Əliyevanı qarşılayıblar.

Əvvəlcə burada xatirə lövhəsinin açılışı olub.

Bu tədbirdə iştirak etmək mənim üçün şərəfdir”, - deyən Veliko Tırnovo şəhərinin meri Daniel Panov sakinlər adından Azərbaycanın birinci xanımına bu layihəyə görə minnətdarlığını bildirib. “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun tarixindən danışan mer bildirib ki, bu qədim abidənin bərpa edilməsi bolqar xalqının uzun illərdən bəri arzusu olubbu arzunu Heydər Əliyev Fondu gerçəkləşdirib. Mer bu nəcib missiyanın həyata keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bir daha təşəkkürünü bildirib. O, Azərbaycanın birinci xanımına, Leyla Əliyevaya və Bolqarıstanın Baş nazirinə xatirə hədiyyələri təqdim edib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib: “Hörmətli mer, əziz qonaqlar, əziz dostlar.

Çox şadam ki, sizin gözəl ölkənizdə, qədim Veliko Tırnovo şəhərindəyəm. İcazə verin, səmimi qəbula və qonaqpərvərliyinizə görə sizə dərin minnətdarlığımı bildirim.

Bizim görüşümüz əlamətdar bir gündə - Bolqarıstanın Müstəqillik günündə keçir. Bu bayram münasibətilə bütün bolqar xalqını ürəkdən təbrik edir, sülh və firavanlıq diləyirəm. Mən, eyni zamanda, siziTrapezitsa” Memarlıq Muzey Qoruğunun bərpadan sonra açılışı münasibətilə təbrik edirəm. Mənə çox xoşdur ki, bu mədəniyyət-muzey mərkəzinin bərpasına Heydər Əliyev Fondu öz töhfəsini verib. Yaşıl təpələr arasında yerləşən Veliko Tırnovo şəhəri XII-XIV əsrlərdə Avropanın aparıcı mədəni, tarixi, ictimai-siyasi mərkəzlərindən biri olub və əvvələn özünün bənzərsiz təbiəti, gözəlliyi, habelə məhz memarlıq xüsusiyyətləri, müdafiə təyinatlı qala divarları ilə fərqlənib. “Trapezitsaqoruğu bütün bolqar xalqının milli sərvətidir, eyni zamanda, o, Ümumavropa mədəni irsidir. Buna görə bir daha demək istəyirəm ki, dünya əhəmiyyətli bu tarixi-mədəni irsin bərpasına öz töhfəmizi verdiyimizə görə biz də, fondumuz da çox qürur duyuruq.

Əziz dostlar, bizim ölkəmiz Azərbaycan Avropa ilə Asiya arasında, sivilizasiyaların qovuşuğunda yerləşir. Təbii ki, minilliklərlə ölçülən tarix onun mədəni müxtəlifliyində çox böyük rol oynayıb, iz qoyub. Minilliklər boyu bizim ölkəmizin ərazisində müxtəlif millətlərdən, müxtəlif dinlərdən olan insanlar yaşayıb və həmişə sülhdostluq şəraitində yaşayıb.

Azərbaycanda heç vaxt konfessiyalararası və ya millətlərarası zəmində problemlər olmayıb. Bu gün biz müasir müstəqil Azərbaycanda hökm sürən tolerantlıq, dözümlülük, qarşılıqlı hörmət şəraiti ilə fəxr edirik. Biz müsəlman ölkəsi olmaqla ənənələrimizə, dinimizə, mədəniyyətimizə hörmət edirik. Lakin bununla bərabər biz dünyanın bütün mədəni müxtəlifliyinə eyni dərəcədə hörmətlə yanaşırıq.

Heydər Əliyev Fondu məhz dünyanın mədəni müxtəlifliyi, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq təkcə Azərbaycanda deyil, bütün dünyada mədəni irsin dəstəklənməsi üzrə layihələr həyata keçirir. Fondun dəstəyi ilə Versal sarayındakı heykəllər bərpa olunub. Biz Strasburq kilsəsinin bərpasında iştirak etmişik. Romadakı Kapitoliya muzeyində “Filosoflar zalı” bərpa edilib. Biz Vatikan muzeylərindəki nadir əlyazmaları bərpa edirik. Azərbaycan yeganə müsəlman ölkəsidir ki, ən qiymətli xristian relikviyalarından birinin - Vatikandakı Müqəddəs MarçellinoPyetro katakombalarının bərpası üzrə böyük bir layihəni həyata keçirib.

Təəssüf ki, müasir dünyada ksenofobiya, radikalizm, terrorizm kimi proseslərin güclənməsini görürük. Hesab edirəm ki, məhz humanitar, mədəniyyətlərarası əlaqələr, başqa mədəniyyətin qavranılması, anlamaq, dərk etmək, kömək etmək cəhdi bütün bu cür mənfi hallara qarşı mübarizədə çox vacib silahdır. Mən çox şadam ki, layihələrimizdən biri bizə dost ölkədə - Bolqarıstanda həyata keçirilib. Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı hörmətə, qarşılıqlı marağa əsaslanan çox möhkəm əlaqələr var. Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin bütün səviyyələrdə inkişafı prosesi gedir. Əminəm ki, bizim bugünkü layihə də Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək.

Əziz dostlar, sonda bizə kömək edənlərin, bu layihənin həyata keçirilməsinə aidiyyəti olanların hamısına, ilk növbədə, cənab Baş nazir, sizə təşəkkür etmək istəyirəm ki, bu gün bizimlə bərabər rəsmi mərasimdə iştirak edirsiniz və bərpa dövründə bütün prosesə daim nəzarət etmisiniz. Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maya Xristovanı xüsusi qeyd etmək, ona təşəkkürümü bildirmək istərdim. Ölkələrimiz arasında, xüsusən humanitar sahədə əlaqələrin möhkəmlənməsində onun rolu çox böyükdür. Bu layihəni qısa müddət ərzində həyata keçirmiş tikinti şirkətlərinə təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, əməkdaşlıq haqqında saziş keçən il may ayında imzalanıb və artıq bu gün biz bərpa olunmuş qoruğu açırıq.

Qonaqpərvərliyinizə görə sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizi milli bayramınız münasibətilə təbrik edir, hamınıza möhkəm cansağlığı, xoşbəxtlik və bol-bol sevgi arzulayıram. Çox sağ olun”.

* * *

Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin uzun illərdir dostluq şəraitində inkişaf etdiyini deyən Bolqarıstanın Baş naziri Boyko Borisov abidənin bərpa edilməsinə görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib. Baş nazir bu hadisəni ölkələrimiz arasında möhkəm dostluq körpüsü adlandırdı. Boyko Borisov Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş qədim mədəniyyət abidəsinin Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına xidmət edəcəyini vurğulayıb. O, həmçinin Mehriban Əliyevanın “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi uğurlu fəaliyyətindən də danışıb.

Sonra mərasim iştirakçıları qoruğun ərazisində yaradılan Mədəni İrs Mərkəzi ilə tanış olublar.

Mərkəzdə Veliko Tırnovo və “Trapezitsa”nın, həmçinin İkinci Bolqar Xanlığının tarixiburada aparılan arxeoloji tədqiqatlar barədə məlumatlar verilir, eləcə də orta əsrlərə aid müxtəlif eksponatlar sərgilənir. Tırnov şəhəri İkinci Bolqar dövlətinin məşhur paytaxtı, XII əsrin sonundan XIV əsrin sonunadək Avropanın dövlətçilik, mənəvi və mədəni mərkəzi olub.

Sonra Heydər Əliyev FondununTrapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası layihəsinə həsr olunan, Azərbaycan və bolqar dillərində buraxılan poçt markaları təqdim edilib.

Təqdimat mərasimindən sonra poçt markalarının xatirə nüsxələrinin imzalanması mərasimi keçirilib.

Qeyd edək ki, “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında” saziş 2015-ci il mayın 27-də Sofiyada imzalanıb. Sazişə əsasən, Heydər Əliyev Fondu tarixi abidədə 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, mədəni irs mərkəzinin yaradılmasını, ərazidəki orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçirib.

Qoruğun ərazisində bərpa edilən tarixi kilsələrlə tanışlıq zamanı bildirilib ki, XIII və XIV əsrlərə aid bu kilsələr nəinki qoruğun, eləcə də Bolqarıstanın tarixi dini abidələrindən hesab edilir.

Bolqarıstan və Şərqi Avropada tarixi turizm mərkəzlərindən biri olanTrapezitsa” Memarlıq Muzeyi Qoruğunda konservasiya və bərpa işləri 10 ay davam edib. Qoruq bolqar xalqının zəngin mədəni dəyərlərini əks etdirir.

Yeni Azərbaycan.- 2016.- 23 sentyabr.- S.2