Azərbaycan dünyada tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib

 

Sentyabrın 28-də Ağsuda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikulturaltolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlikmövzusunda regional konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda dini işlər üzrə komissiyanın üzvləri, dini icma sədrləri, din xadimləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, o cümlədən ağsaqqallar və gənclər iştirak ediblər.

Konfrans DQİDK-nin sifarişi ilə çəkilən, dini ekstremizmradikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.

Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev konfransı açaraq, ölkəmizdə dövlət-din münasibətlərinin yüksələn xətt üzrə inkişafı üçün hər cür şəraitin yaradıldığını, Azərbaycanın tolerantlıq mərkəzi kimi tanındığını bildirib. İcra Hakimiyyətinin başçısı, eləcə Milli Məclisin deputatı Tahir Kərimli, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Nurəddin İslamov və başqaları vurğulayıblar ki, Azərbaycanda tarixən müxtəlif millətlərin nümayəndələri birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşıblar. Ölkəmizdə dinietnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin fəaliyyəti Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Həyata keçirilən uğurlu siyasət nəticəsində müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Respublikamız dünyada tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, bu gün həmin münasibətlər bütün hüquqi dövlətlərdə olduğu kimi, Azərbaycanda da qanunlarla tənzimlənir.

Qeyd olunub ki, ölkə əhalisinin böyük əksəriyyəti İslam dininə etiqad etsə də, Azərbaycan hüquqi, dünyəvi, unitar dövlətdir, dünyada tolerant ölkə kimi tanınır və tolerantlıq bizim həyat tərzimizdir.

Dövlət Komitəsinin sədri diqqəti din pərdəsi altında aparılan münaqişələrə çəkərək bildirib ki, dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir, İslamı siyasiləşdirərək qarşıdurma yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Din amilindən siyasi vasitə kimi istifadə olunduğu bir dövrdə Azərbaycan dünyaya qlobal təhlükəsizlik məsələlərində töhfə verən bir ölkəyə çevrilib.

Konfransda təhlükəli dini cərəyanlar, onların fəaliyyət metodları barədə ətraflı məlumat verilib, hər kəsin diqqətli olmasının zəruriliyi bildirilib.

Sonda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Yeni Azərbaycan.- 2016.- 29 sentyabr.- S.6.