Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

Müasir müstəqil Azərbaycan dinamik inkişaf yolunda irəliləyir. Bu inkişafın göstəriciləri qismində sürətli sosial-iqtisadi tərəqqi - iqtisadiyyatın inkişafı, regionların simasının əsaslı dərəcədə dəyişməsi, vətəndaşların sosial rifah halının davamlı olaraq yaxşılaşdırılması kimi amillər çıxış edir. Digər tərəfdən, həyata keçirilən səmərəli sosial-iqtisadi kursun qanunauyğun nəticəsi kimi, milli inkişafın Azərbaycan modelinin formalaşdırılması ümummilli tərəqqi baxımından aydın perspektivlərin mövcud olduğunu deməyə əsas verir. Məhz hazırkı səmərəli iqtisadi siyasət sayəsində hədəflənən strateji nəticələr əldə edilib, makroiqtisadi sabitlik qorunub saxlanılıb.

O da qeyd edilməlidir ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. Bunun başlıca göstəricisidir ki, güclü iqtisadiyyata malik olan inkişaf etmiş dövlətlərin əksəriyyətinin ciddi itkilərə məruz qaldığı bir dövrdə - beynəlxalq böhran şəraitində Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını qoruyub saxlamağı bacarmışdır. Bu inkişaf cari ildə də davam edib və əldə edilən göstəricilər həyata keçirilən iqtisadi kursun səmərəliliyini əks etdirir.

Bir sözlə, ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilib, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılıb.

Bakı şəhəri və onun qəsəbələrinin inkişafı istiqamətində həyata keçirilən işlər ölkəmizin ümumi tərəqqisinə töhfələr verir

Bu kontekstdə vurğulamaq yerinə düşər ki, Bakı şəhəri və onun qəsəbələrinin inkişafı istiqamətində həyata keçirilən işlər də ölkəmizin ümumi tərəqqisinə fundamental töhfələr verir. Təbii ki, dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası təkcə Bakı şəhəri və onun ətraf qəsəbələrinin inkişafına təkan verməyib. Qeyd etdiyimiz kimi, bu, eyni zamanda, ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Həmçinin sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb.

Qeyd etmək gərəkdir ki, cari il ərzində bütün Dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli sukanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiyairriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin həyata keçirilməsinə nail olunub. Başqa sözlə, proqramlarda nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Həmçinin sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb.

Azərbaycan iqtisadiyyatının dinamik inkişafında Nizami rayonunun da öz payı var

Sadalananların fonunda qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatının uğurla və sürətlə inkişaf etdirilməsində, respublikamızın bütün sahələr üzrə böyük nailiyyətlər qazanmasında Nizami rayonunun da öz yeri və payı var. Belə ki, 2015-ci ilin 9 ayı ərzində rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 346,9 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz çoxdur. İstehsal olunmuş məhsulun 24,8 faizi qeyri-dövlət sektoruna aiddir. Sənayenin dövlət sektorunda 260,9 milyon manatlıq və ya ümumi istehsalın 75,2 faizi qədər məhsul istehsal edilib və xidmətlər göstərilib. Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində 2015-ci ilin 9 ayında istehlakçılara 364,4 milyon manat dəyərində məhsul göndərilib, müəssisələrin anbarlarında hazır məhsul qalığının həcmi 1,7 milyon manat olub. Eyni zamanda, cari ilin 9 ayında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 162,8 milyon manat həcmində investisiya yönəldilib. Dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 81,6 min manat (50,1 faiz), qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələr isə 81,2 milyon manat (49,9 faiz) sərmayə yönəldiblər. Adambaşına düşən investisiyaların həcmi il ərzində 836,6 manat olub. Paralel olaraq bu müddət ərzində bütün maliyyə mənbələri hesabına 24,5 milyon manatlıq əsas fondlar istifadəyə verilib.

Həyata keçirilən tədbirlər sosial sahədə əhəmiyyətli dəyişiklikləri təmin edib

Bunlarla yanaşı, vətəndaşların sosial rifahının yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması istiqamətində də mühüm işlər görülüb. Belə ki, bəhs olunan müddət ərzində Nizami rayonunda 1847 yeni yeri açılıb ki, 307-si yenidir, 210-u mövcud müəssisə və təşkilatlara, 1330-u isə fiziki şəxslərə aiddir. Ümumilikdə, 2003-cü ildən bu günə kimi rayonda 28012-si daimi yeri olmaqla 28109 yeni yeri açılıb. Eyni zamanda, ötən ilin yanvar-avqust aylarında orta aylıq əməkhaqqı ötən illə müqayisədə 7,3 faiz artaraq 528,3 manat təşkil edib. Bu göstərici ayrı-ayrı sahələr üzrə - sənaye sahəsində - 11 faiz, informasiya və rabitə sahəsində - 11,2 faiz, maliyyə sahəsində - 14 faiz, tikinti sahəsində - 21,9 faiz, dövlət idarəedilməsi və müdafiə sahəsində - 7,7 faiz, təhsil sahəsində - 0,8 faiz, səhiyyə sahəsində - 3,9 faiz, istirahət, əyləncə, incəsənət sahəsində - 3,7 faiz, inzibati və yardımçı xidmətlərin göstərilməsi üzrə isə - 28,6 faiz artıb.

Digər tərəfdən, 2015-ci ilin yanvar-sentyabr aylarında həyata keçirilən tədbirlər sosial sahədə əhəmiyyətli dəyişiklikləri təmin edib. Əhalinin rifah halının daha da yaxşılaşması, işsizliyinyoxsulluğun minimuma endirilməsi və digər amillər onu deməyə əsas verir ki, ölkənin sosial həyatında son illər müşahidə olunan inkişaf 2015-ci ilin 9 ayı ərzində davam etdirilib. Həmçinin Nizami rayon ƏSMM-də 1050 ailəyə 166142 manat məbləğində ünvanlı sosial yardım təyin edilib. Təyin olunmuş sosial yardımın orta aylıq məbləği hər bir ailə üçün 160 manat təşkil edir.

Bundan başqa, 2015-ci ilin 9 ayı ərzində Nizami rayon Məşğulluq Mərkəzində işaxtaran kimi 1361 nəfər qeydiyyata götürülüb ki, bunların 484 nəfəri qadın, 102 nəfəri isə qaçqın və məcburi köçkünlərdir. Mərkəzə müraciət edən vətəndaşlardan 484 nəfəri münasib işlə təmin olunub. İşə düzələnlərdən 251 nəfəri qadın, 51 nəfər isə qaçqın və məcburi köçkünlərdən ibarətdir. Onlardan 156 nəfəri dövlət müəssisələrinin, 317 nəfəri qeyri-dövlət müəssisələrinin, 11 nəfəri isə fiziki şəxslərin payına düşür. Eyni zamanda, bu müddət ərzində keçirilmiş 9 mini əmək yarmarkasında 24 nəfər, “Karyerada ilk addım” devizi altında Texniki və Bakı Biznes Universitetlərində keçirilmiş Əmək Yarmarkalarında isə 5 nəfər işlə təmin olunub.

Vətəndaşların müraciətlərinə baxılması və mövcud məsələlərin həllini tapması istiqamətində operativ işlər görülüb

Vətəndaşların müraciətlərinə baxılması və mövcud məsələlərin həll edilməsi istiqamətində də operativ işlər görülüb. Belə ki, 2015-ci ilin 9 ayında rayon icra hakimiyyətinə vətəndaşlardan 1024, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasından 309, digər rəhbər və mərkəzi orqanlardan 292 müraciət daxil olub. Ərizələrdə toxunulan məsələlər üzrə mövzuların təhlili göstərir ki, onlardan 24,8 faiz mənzil məsələləri, 33,2 faiz tikinti məsələləri, 8,6 faiz torpaq məsələləri, 8,5 faiz məişət problemləri və maddi yardım, 24,9 faiz isə digər məsələlər təşkil edib. 237 müraciətin icrası nəzarətə götürülüb, bu da problemlərin müsbət həll olunmasına öz təsirini göstərib. Binaların istiliklə təchizatı, həyətlərin abadlaşdırılması, yolların asfaltlanması və maddi yardım göstərilməsinə görə görülən işlərlə əlaqədar vətəndaşlardan 20 minnətdarlıq məktubu daxil olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə daxil olmuş müraciətlərin sayı 148 vahid azalıb. Qeyd edək ki, müraciətin sənədləşdirilməsi və baxılması prosesində operativliyi təmin etmək məqsədi ilə zəruri texniki vasitələrdən, eyni zamanda, daxil olmuş ərizələrin icrasına nəzarətin gücləndirilməsi, müvafiq təhlillərin aparılması məqsədilə xüsusi proqramdan istifadə olunur. Məhz bu baxımdan, 2015-ci ilin hesabat dövründə vətəndaşlardan 89 elektron müraciət daxil olub.

Onu da vurğulayaq ki, mövcud problemlərin, vətəndaşların sosial əhəmiyyətli sifarişlərinin, tələb və təkliflərinin öyrənilməsi məqsədilə ayda iki dəfədən az olmayaraq yerlərdə rayon icra hakimiyyəti başçısının sakinlərlə səyyar görüşləri keçirilir. 2015-ci ilin 9 ayı ərzində 17 səyyar görüş keçirilib, sakinlər tərəfindən 84 müraciət edilib.

Görülən işlər mövcud problemlərin tam olaraq həllini mümkün edir

Göründüyü kimi, Nizami rayonunun sosial-iqtisadi inkişafı operativeffektiv surətdə həyata keçirilən tədbirlərin fonunda uğurla davam edir. Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması naminə görülən işlər mövcud problemlərin tam olaraq həllini mümkün edir. Yuxarıda nəzər saldığımız istiqamətlərdə görülən işlər və əldə edilən nəticələr digər sahələrin də paralel inkişafını təmin edir.

Nurlan QƏLƏNDƏROV

Yeni Azərbaycan.- 2016.- 7 yanvar.- S. 6