Ərzaq təminatının gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülür

 

Regionlarda kənd təsərrüfatı məhsullarının istehsalının daha da genişləndirilməsi vətəndaşların sosial rifahının yüksəlməsinə xidmət göstərir

Ölkəmizdə artan inkişaf göstəriciləri arasında qeyri-neft sektorunun, ən əsası da kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Belə ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında nefttikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla əhalinin yerləri ilə təminatında ən böyük pay sahibidir. Nəticədə, bu sahənin inkişafı kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir etmək imkanına malikdir. Bununla yanaşı, dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilmək üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirib, həmçinin bu istiqamətdə bir sıra Dövlət proqramları reallaşdırılıb. Bu səbəbdən də istər məhsul yığımında, istərsə də heyvandarlıq sahəsinin inkişafında mühümuğurlu nəticələr əldə edilir.

“Kənd təsərrüfatı ili”ndə Zaqatala rayonunda heyvandarlıq məhsulları istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. Belə ki, 2015-ci il ərzində rayonda diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 174 ton artaraq 8 min 894 ton olub. Həmin müddətdə 43 min 169 ton süd istehsal olunub ki, bu da 2014-cü illə müqayisədə 225 ton çoxdur. Yumurta istehsalı isə 249 min ədəd artaraq 21 milyon 237 min ədədə çatıb. Heyvandarlıq məhsulları istehsalının dinamik artımında cins maldarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər mühüm rol oynayıb. 2015-ci ildə rayonun şəxsi və fermer təsərrüfatlarında 5 min 496 baş inək və düyə süni yolla mayalandırılıb və 4 min 400 baş cins buzov alınıb.

Masallı rayonundakı istixana təsərrüfatlarında da tərəvəz məhsullarının yığımı davam edir. Əsasən xiyarpomidor əkininə üstünlük verən fermerlər və məhsul istehsalçıları bazarda tələbatın və qiymətlərin qaneedici olduğunu bildirirlər. Rayon sakinləri bu il yerli bazarlara çıxarmaq üçün xiyar əkininə üstünlük veriblər. Tələbat və qiymələr isə onları qane edir.

Vurğulayaq ki, cənub bölgəsi üçün qeyri-ənənəvi sayılan istixana şəraitində tərəvəz məhsullarının istehsalı çətin və daha çox vəsait tələb etdiyi üçün geniş yayılmayıb. Lakin məhsul istehsalçıları bu sahənin ənənəvi əkinə nisbətən gəlirli olduğunu bildirirlər.

Qəbələ rayonunda isə iqtisadiyyatın əsasını təşkil edən taxılçılıq, meyvəçilik və tərəvəzçilik məhsullarının satışından gəlir əldə edən kəndli fermerlər və fərdi təsərrüfat sahibləri bu sahələrin ildə-ilə daha da inkişaf etdirilməsini qarşıya məqsəd qoyublar. Mütəxəssislər 2015-ci il “Kənd təsərrüfatı ilini Qəbələnin torpaq mülkiyyətçiləri üçün uğurlu olduğunu hesab edirlər. Belə ki, kəndlilər əvvəlki illərlə müqayisədə 2015-ci ildə əkin sahələrini xeyli artırmaqla yanaşı, bu sahələrdən bol məhsul da götürüblər.

2015-ci ildə Qəbələdə kənd təsərrüfatı məhsullarının yığımı vaxtında və itkisiz başa çatdırılıb. İl ərzində 21 min 300 hektar sahədən 64 min 645 ton taxıl, 1261 hektar sahədən 3 min 144 ton qarğıdalı, 130 hektar sahədən 1872 ton bostan məhsulları, 143 hektar sahədən 114 ton günəbaxan, 2 min 96 hektar sahədən 9 min 495 ton tərəvəz, 1157 hektar sahədən 7 min 497 ton kartof tədarük olunub. Ötən il bağbanlar 458 hektar üzüm sahəsindən 1414 ton, 10 min 429 hektar meyvə bağından 14 min 115 ton məhsul yığıblar.

Bütün bu nəticələr əvvəlki ilin göstəricilərindən xeyli yüksəkdir. Belə ki, 2015-ci ildə 26 min 512 hektar sahədə yazlıq və payızlıq məhsulların əkini aparılıb ki, bu da əvvəlki illə müqayisədə 1800 hektar çoxdur. Bundan əlavə, cari ilin məhsulu üçün 22 min 510 hektar sahədə taxıl səpilib (ötənilkindən 1210 hektar çox). Həmçinin son bir ildə Qəbələdə 220 hektar sahədə yeni meyvə bağı salınıb.

Oğuz rayonunun təsərrüfatlarında isə 2016-cı ilin məhsulu üçün 17 min 95 hektar sahədə payızlıq taxıl əkilib. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 745 hektar artırılıb. Taxıl əkinlərinin 12 min 165 hektarını buğda, 4 min 930 hektarını isə arpa sahələri təşkil edir. Taxıl səpini üçün ayrılan 3 min 360 ton yüksək reproduksiyalı toxumun 2 min 130 tonu rayonda fəaliyyət göstərən 7 özəl toxumçuluq təsərrüfatında istehsal olunub. Toxumun qalan hissəsini isə fermerlər digər toxumçuluq təsərrüfatlarından əldə ediblər.

Ağsu rayonunda da payızlıq taxıl əkini sahələrinin zərərvericilərdən qorunması istiqamətində tədbirlər gücləndirilir. Mütəxəssislər tərəfindən qısa vaxtda 9300 hektar taxıl sahəsində yoxlamalar aparılıb, 1220 hektarda siçanabənzər gəmiriçilər aşkar olunub. Zərərvericilərlə sirayətlənən sahələrdə artıq mübarizə tədbirləri görülür. Bu məqsədlə Respublika Bitki Mühafizə Mərkəzindən kifayət qədər preparat gətirilib. İndiyədək 534 hektarda kimyəvi dərmanlama aparılıb. Hazırda bu davam etdirilir.

Qeyd edilməlidir ki, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması istiqaməti mühüm yer tutur. Dövlət başçısı respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə yüksək nəticələrə nail olunması üçün güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin ötən il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ilielan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir. Bu sahədə görülən işlərin sistemliuğurla həyata keçirilməsi ötən il kənd təsərrüfatının 6,7 faiz artmasına səbəb olub.

Müasir qlobal dünyanın ən aktual problemlərindən sayılan ərzaq təhlükəsizliyinin təminatı istiqamətində aparılan tədbirlər sayəsində kənd təsərrüfatının inkişafında mühüm addımlara nail olunub. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, logistik mərkəzlərin və taxıl anbarları kompleksinin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, istehlak bazarının sabitləşməsinə, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə gətirib çıxarıb. Hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatının yaradılması başa çatdırılıb. Atılan addımlar isə məhsuldarlığın artımına da şərait yaradıb. Məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Bununla yanaşı, rayonlarda salınan aqroparklarla bağlı tədbirlər də davam etdirilir.

Yeri gəlmişkən, kənd təsərrüfatında özəl sektora, yerli fermer təsərrüfatlarına dövlət qayğısı bu sahədə inkişafın əsas təməl bazası sayılmalıdır. İstər ötən illərdə, istərsə də 2015-ci il kənd təsərrüfatı sahəsində çalışan insanlara verilmiş subsidiyalar, dəstək, maddi kömək sahibkarların bu sahəyə olan marağının daha da artmasına yol açıb. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamının icrası ilə əlaqədar 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında səpilmiş 17269 hektar payızlıq buğda səpininə görə 5260 nəfər istehsalçıya 690,8 min manat kompensasiya hesablanıb və aprel ayından vətəndaşlara ödənilib.

Qeyd edək ki, ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı daha da gücləndirilib, ödənilən kompensasiya 25 faiz artırılıb. İyun ayında 6358 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 27387 hektar əkin sahəsinə görə 1 milyon 397 min 861 manat kompensasiya hesablanıb.

Vurğulamaq lazımdır ki, son bir neçə ildə aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu, təbii fəlakətlər və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərin artmasına səbəb olduğu dövrdə bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Nəticədə, ərzaq məhsulları ilə etibarlı təminat beynəlxalq və milli səviyyədə iqtisadi təhlükəsizliyin əsas tərkib hissəsi olmaqla dünya ölkələrinin siyasətində aparıcı istiqamətə çevrilib. Bu baxımdan Azərbaycanda əhalinin etibarlı ərzaq təminatının dövlətin iqtisadi siyasətinin başlıca istiqaməti kimi qeyd edilməsi bir daha göstərir ki, ölkə hakimiyyətinin, Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır.

Sonda bir daha vurğulamaq yerinə düşər ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyininsosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Xüsusilə, son bir neçə ildə aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu, təbii fəlakətlər və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərin artmasına səbəb olduğu dövrdə bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Nəticədə ərzaq məhsulları ilə etibarlı təminat beynəlxalq və milli səviyyədə iqtisadi təhlükəsizliyin əsas tərkib hissəsi olmaqla dünya ölkələrinin siyasətində aparıcı istiqamətə çevrilib. Bu baxımdan, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2016.- 8 yanvar.- S.- 8