Milli mətbuatımızın
inkişafında xüsusi yeri olan “Səs” qəzetinin 25
yaşı tamam olur
Hər zaman öz xüsusi mövqeyi, işi və dəst-xəttilə fərqlənən “Səs” qəzeti bu gün də prinsiplərinə sadiq qalaraq qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsinə nail olur
Müstəqil Azərbaycanın ilk mətbuat orqanlarından birinin - müasir, müstəqil qəzetçiliyin inkişafında özünəməxsus yeri və rolu olan “Səs” qəzetinin 25 yaşı tamam olur. 1990-1993-cü illərdə, ölkədə ictimai-siyasi vəziyyətin gərgin olduğu və güclü senzuranın mövcud olduğu dövrdə fəaliyyətə başlayan, həmin dövrün keşməkeşlərində Həsən bəy Zərdabi irsinin, müasir və milli qəzetçilik ruhunun qorunub saxlanılmasına öz töhfəsini vermiş “Səs” qəzeti ölkəmizdə baş verən mürəkkəb kataklizmlər dövründə ictimai rəyin düzgün əsaslarda formalaşmasına, Azərbaycan xalqının, dövlətçiliyinin maraqlarına və Ulu öndər Heydər Əliyevin ideyalarının pərvəriş tapmasına xidmət edən bir mövqe tutub. Ölkə ziyalıları Azərbaycanın dövlət müstəqilliyini məhv olmaqdan xilas etmək üçün 1992-ci ilin oktyabr ayında “Səs” qəzeti vasitəsilə Ümummilli liderimiz Heydər Əliyevə müraciət etdilər. Ulu öndərin bu müraciətə cavabı da “Səs” qəzetində dərc olundu.
Mətbuatımızın ən çətin vaxtlarında, demək olar ki, gündəlik mətbuatın olmadığı bir zamanda Azərbaycanın geniş oxucu kütləsinin çox maraqla, həvəslə növbəti nömrəsinin nəşrini gözlədiyi qəzetlərdən biri də məhz “Səs” qəzeti olub.
Qəzetə 1993-2005-ci illərdə
Ağabəy Əsgərov rəhbərlik edib. 2005-ci il mayın
1-dən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.
“Əlincə” Xeyriyyə Cəmiyyətinin rəsmi orqanı
kimi fəaliyyətə başlamış qəzet sonrakı
dövrlərdə də öz fəaliyyətini uğurla
davam etdirib. 2008-ci ilin avqustunda
bu qəzetin balansında “Səs” İnformasiya Agentliyi
(SİA) yaradılıb. Qəzetin həmçinin
“Səs” İnternet Televiziyası da fəaliyyət göstərir.
“Səs” artıq bir Media Qrup kimi çoxminli Azərbaycan
mediası arasında geniş populyarlığa malikdir.
Bu yubiley günlərində “Yeni Azərbaycan” qəzeti
olaraq biz də öz həmkarlarımızı təbrik etmək
və ötən 25 ilin xatirələrini bölüşmək
üçün “Səs” qəzetinin redaksiyasına baş
çəkdik.
İlk olaraq qəzetin baş redaktoru, fəlsəfə
üzrə fəlsəfə doktoru Bəhruz Quliyevlə
söhbətləşdik. “Səs” Media Qrupunun
baş direktoru B.Quliyev bildirdi ki, hər bir cəmiyyətin
güzgüsü məhz onun mətbuatıdır. Cəmiyyətin inkişafında, maariflənməsində,
məlumatlandırılmasında, eyni zamanda, mənafeyinin təmin
edilməsində mətbuatın üzərinə
böyük vəzifə düşür. Azərbaycanın
mətbuat tarixində bu böyük missiyanı əzmlə və
şərəflə yerinə yetirən, milli dövlətçiliyimizin
və müasir dövlətçilik ənənələrimizin
qorunub saxlanmasında əvəzsiz xidmətləri olmuş və
öz müqəddəs işini indi də yüksək həvəslə
davam etdirən “Səs” qəzeti də fəaliyyət göstərdiyi
ötən 25 il ərzində qarşısına qoyulmuş
olduğu vəzifələrin öhdəsindən həmişə
ləyaqətlə gəlmişdir: “İnsanların
yaddaşlarından silinməyib ki, sovet imperiyasının
dağılmasının real olduğu bir zamanda, Azərbaycanda
bir sıra qüvvələr moskvayönlü siyasəti davam
etdirir, Azərbaycanın yenə də hər hansı bir mərkəzdən
idarə olunması ideyasının tərəfdarları kimi
çıxış edirdilər. Məhz belə bir çətin
dövrdə araya-ərsəyə gələn “Səs” qəzetinin
əsas fərqləndirici xüsusiyyətlərindən biri o
olub ki, 1990-cı illərin fərqli, alternativ fikirlərini
öz səhifələrinə gətirməklə, milli
azadlıq mübarizəsinin həqiqi mahiyyətinin ortaya
çıxmasında və sağlam bünövrə üzərində
müstəqillik ideyalarının insanlarımız
arasında geniş yayılmasında müstəsna xidmətlər
göstərmişdir. “Səs” qəzetinin Azərbaycanın
mətbuat tarixində özünəməxsus yeri və əzəmətli
xidmətlərindən biri məhz Ulu öndərimiz Heydər
Əliyevin zəngin irsinin Azərbaycan vətəndaşları
arasında geniş şəkildə təbliğ olunması
ilə bilavasitə əlaqədardır. Bunun
nəticəsi idi ki, ölkə ziyalıları, sağlam
düşüncə sahibləri o illərdə Azərbaycanın
dövlət müstəqilliyini məhvolmadan, fəlakət və
tənəzzüldən xilas etmək üçün 1992-ci
ilin oktyabr ayında “Səs” qəzeti vasitəsilə
xalqımızın yeganə ümidgahı olan Ümummilli
liderimiz Heydər Əliyevə müraciət etdilər.
Fərəhləndirici haldır ki, Ümummilli
liderimiz Heydər Əliyevin ziyalılara
ünvanladığı cavab da məhz “Səs” qəzetində
dərc olundu. Bu tarixi hadisədən sonra
Azərbaycan yeni siyasi həyata qədəm qoydu.
Təbii ki, Yeni Azərbaycan Partiyasının
yaradılmasından sonra “Səs” qəzeti fəaliyyət
istiqamətini bu faktor üzərində quraraq, öz
mübarizliyini, əqidəsini, məktəbini
formalaşdırmağa başladı. Bu gün biz
gördüyümüz işlərdən yorulmur, əksinə,
daha da geniş işlər qurmaq üçün yeniliklərə
imza atırıq.
Bu gün “Səs” qəzeti inkişaf yolunu davam etdirir və
dövlətçiliyimizin daha da möhkəmləndirilməsi
istiqamətində 25 ildə formalaşmış
gücünü, qətiyyətini sərgiləyir. Qəzetimizin
balansında fəaliyyət göstərən “Səs” Media
Qrupu da bu tərəqqinin bir parçasıdır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev Ulu öndər Heydər Əliyev tərəfindən
təməli qoyulmuş mütərəqqi siyasəti qətiyyətlə
davam etdirir. Biz məhz bu siyasətin təbliğ olunmasında,
uğurlar qazanmasında xidmət göstəririk. Bu yolda qəzetdə çalışan kollektivimizin
hər bir üzvünə uğurlar, zəfərlər arzu
edirəm”.
“Səs” Media Holdinqin tərkibində fəaliyyət
göstərən eyniadlı informasiya agentliyinin
icraçı direktoru Vəli Vəliyev də “Səs” qəzetini
Azərbaycanın informasiya məkanında özünəməxsus
yeri olan, böyük tarixə malik mətbu orqan
adlandırdı. Hələ 1991-92-ci illərdə, Azərbaycanın
dövlət müstəqilliyinin təzə elan olunduğu
dövrdə tirajı çox, səhifələri az olan bu qəzetin ən sadiq oxucularından
biri olduğunu dilə gətirən V.Vəliyev qəzetin fəaliyyətinin
hazırkı dövrünün də mühüm
uğurlarla müşayiət olunduğunu söylədi:
“1990-cı illərin əvvəllərində “Səs” qəzeti
jurnalistika məktəbi olmaqla yanaşı, həm də
böyük siyasi məktəb sayılırdı. Ulu öndər Heydər Əliyevin siyasi
ideologiyasının daşıyıcılarından olan bu qəzet
son 25 illik tariximizin canlı şahidinə çevrilib. Qəzetin məktəbində püxtələşmiş
neçə-neçə ziyalımız bu gün ölkəmizin
siyasi mühitində tanınmış şəxslərdir,
dövlət xadimləridir. Mən də
25 yaşı olan qəzetimizin bütün kollektivini təbrik
edirəm, onlara qarşıdakı illərdə daha
böyük yaradıcılıq uğurları
arzulayıram”.
“Səs”in
“veteran”larından sayılan baş redaktorun müavini Valeh Məhərrəmov
ötən illərdə qəzetin fəaliyyətində
mübarizliyin bir an olsa da səngimədiyini dedi. V.Məhərrəmov
bildirdi ki, “1991-ci ildə sərhəd bölgələrində
yaşayan əhalinin, eləcə də soyuq səngərlərdə
Vətənə xidmət edən əsgər və zabitlərə
layiqli mənəvi dəstək verən, 1992-ci ilin mart
ayından etibarən Ulu öndər Heydər Əliyevə
qarşı tətbiq edilən “yaş senzi”nə qarşı
piket və mitinqlərə mətbu dəstək verən “Səs”
qəzeti o illərdə Naxçıvan Muxtar
Respublikasında fəaliyyət göstərən Ümummilli
lider Heydər Əliyevin gördüyü işlər haqda
çoxsaylı yazılar və məqalələrlə
çıxış edirdi. Qəzet, bir növ,
xalqla Heydər Əliyevin arasında mənəvi körpü
rolunu oynamışdır. Fəxr edirəm
ki, qəzetin azsaylı “veteranlar şurası”nda təmsil
olunuram”.
Baş redaktorun digər müavini Fətulla Həsənov
da “qocaman” “Səs”çilərdəndir. Ömrünün 16 ilini bu
qəzetlə bağlayan F.Həsənov bundan qürur
duyduğunu dilə gətirdi: “Bu qəzet Ulu öndər Heydər
Əliyevin dövlətçilik ideologiyasının
daşıyıcısı kimi fəaliyyət göstərir.
Qəzet həmişə dövlətçilik
və milli maraqları müdafiə edib. “Səs”
qəzetində fəaliyyət göstərdiyimə görə
məmnunluq duyuram, bütün kollektivimizi təbrik edirəm”.
Şöbə
müdiri Zümrüd Bayramova Azərbaycanın müstəqillik
məfkurəsinin obyektiv, qərəzsiz
işıqlandırılmasında müstəsna xidmətləri
olan bir qəzetdə 25 il
çalışması ilə qürur duyduğunu bildirdi:
“25 il elə bir tarixdir ki, arxaya boylandıqda əldə
etdiyimiz nailiyyətlər bizi fərəhləndirir, gələcək
fəaliyyətimizdə də üzərimizə böyük
məsuliyyət qoyur. Əsrin dörddə
birini yaşayan qəzetimizin kollektivini təbrik edir, ona bu
şərəfli yolda hər zaman olduğu kimi məfkurəsinə,
əqidəsinə sadiq qalmağı arzulayıram”.
Qəzetin
şöbə müdiri İlham Əliyev qeyd etdi ki, “Səs”
qəzeti bütün fəaliyyəti dövründə
xalqın sevimli və oxunaqlı mətbuat orqanına
çevrilməyi bacarıb: “Səs” qəzeti adının Azərbaycanın
müstəqillik tarixinə qızıl hərflərlə
yazılmasına nail olub. Bu gün “Səs” qəzeti
modernləşərək öz bazasında “Səs”
İnformasiya Agentliyini (SİA) və “SƏS” TV internet
televiziyasını yaradıb. Qısa zaman
ərzində agentlik və televiziya internet resursları
arasında öz layiqli yerini tutub. Təbii
ki, “Səs” qəzeti fəaliyyətini bundan sonra da xalqa və
dövlətə xidmət üzərində quracaq. Oxunaqlı və sevilən qəzet olaraq Azərbaycan
Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətini
faktlarla cəmiyyətə, insanlara çatdıracaq”.
Qəzetin
şöbə müdiri Rəfiqə Kamalqızı da öz
fikirlərini bölüşərək bildirdi ki, “Səs” qəzeti
nəşrə başlamasının 25-ci
ildönümünü böyük şərəflə qeyd
etməkdədir: “O çətin, ağır dövrdə
yeni sözə, fikrə böyük ehtiyacın olduğu
zaman “Səs” qəzeti bu missiyanı uğurla yerinə yetirdi.
O dövrdə “Səs” qəzeti Azərbaycanın müstəqilliyi,
söz azadlığı, mətbuat azadlığı,
demokratiya uğrunda mübarizənin ön sırasında yer
aldı. Qəzetin yaradıcı heyəti fədakar
işlər görüb. Ümummilli
liderimiz Heydər Əliyev çıxışlarında, o
cümlədən YAP-ın qurultaylarında “Səs” qəzetinin
fəaliyyətini yüksək qiymətləndirib. “91-lərin müraciəti”, Ulu öndər Heydər
Əliyevi müdafiə edən ziyalıların məqalələri
də məhz “Səs” qəzetində dərc olunub. “Səs” qəzetinin üzərinə düşən
vəzifəni bundan sonra da şərəflə yerinə
yetirməsi üçün bütün
gücümüzü səfərbər edəcəyik”.
Qəzetin
xüsusi müxbiri, eləcə də SİA-nın siyasət
şöbəsinin müdiri Rövşən Rəsulov da “Səs”
qəzetində çalışmağın böyük
şərəf və sonsuz iftixar hissi olduğunu dilə gətirdi:
“Bu məktəbdən keçərək ömrünün
bir hissəsini qəzetə həsr etmək heç də hər
kəsə nəsib olan xoşbəxtlik deyil. Dövlətçiliyimizin
qorunmasında, onun tərəqqi və inkişafında, Ulu
öndər Heydər Əliyev ideyalarının
yaşadılmasında kiçik də olsa
iştirakçı olmaq bizlər üçün
böyük fəxarətdir. Mən
başda veteranlarımız, rəhbərliyimiz olmaqla hər
bir “Səs”çini yubiley münasibətilə təbrik edir,
bundan sonrakı illərdə də yorulmadan yaratmağı,
dayanmadan inkişaf etməyi arzu edirəm”.
2003-cü ildən yolunu “Səs”lə birləşdirmiş
məsul katibi Mətləb Salahov da həmkarlarını təbrik
etdi. Azərbaycanın
ictimai-siyasi həyatında mühüm yer tutan bir mətbuat
orqanında çalışmağın, dövlətçilik
təcrübəsi qazanmağın, peşəkar jurnalist kimi
formalaşmağın hər bir jurnalist üçün
mühüm hədəf olduğunu söyləyən M.Salahov
“Səs” qəzetində jurnalist olaraq fəaliyyət göstərməyin
şərəfli və məsuliyyətli olduğunu dedi: “Səs”
qəzeti, bu gün də tarixi prinsiplərinə və
mövqeyinə sadiq olaraq modern şəkildə fəaliyyətini
davam etdirir. Arzu edirəm ki, “Səs” qəzeti
bundan sonrakı illərdə də Azərbaycanın
ictimai-siyasi həyatında öz layiqli yerini qoruyub saxlasın”.
Qəzetin müxbiri Nəzakət Ələddinqızı
tarix üçün böyük olmayan 25 ilin qəzet
üçün böyük tarixi yol olduğunu önə
çəkdi.
Onun sözlərinə görə, müstəqil mətbuat
tariximizdə özünəməxsus yeri, dəst-xətti, eləcə
də şərəfli tarixçəsi olan “Səs” qəzeti
hər zaman qərəzdən, böhtandan uzaq olması,
milli-mənəvi dəyərlərə hörmətlə
yanaşması, ümummilli məsələlərdə vətəndaşlıq
mövqeyi nümayiş etdirməsi ilə bağlı məqalələrini
çap etdirməklə ənənəsinə sadiqliyini
nümayiş etdirib, bu gün də belədir: “Qəzet
ölkədə və dünyada baş verən hadisələri,
insanların fikirlərini, əldə olunan uğurları və
problemləri səhifələrində mütəmadi olaraq
işıqlandırır. Belə bir qəzetdə
çalışmaq əlbəttə ki, böyük məsuliyyətdir.
Mən də, öz növbəmdə, qəzetin
əməkdaşı olaraq 25 yaşını qeyd edən “Səs”
qəzetinə yeni-yeni uğurlu illər, nailiyyətlər
arzulayıram”.
Artıq
3 ildir ki, “Səs” qəzetində çalışan
İntizarə Məmmədova da fəaliyyətə
başladığı ilk gündən dövlətçiliyimizə
xidmət edən “Səs” qəzetinin ölkə mətbuatında
bir ənənə, media məktəbi formalaşdırdığını
dilə gətirdi: “Mən bu qəzetdə 3 ildir ki,
çalışıram və ilk növbədə, bununla fəxr
edirəm. Biz gənclər də hazırda
Prezident İlham Əliyev cənablarının uğurlu siyasətini
təbliğ etməklə, ölkəmizin tərəqqisinə
və inkişafına, kiçik də olsa töhfə
verdiyimizə görə fəxr edirik”.
Müxbir
Gülyanə Ağakərimova isə 7-ci ildir ki, “Səs”çidir:
“Səs” qəzeti yarandığı gündən bu günə
kimi obyektiv məlumatların, təhlillərin dərci və
cəmiyyətin maarifləndirilməsi istiqamətində fəaliyyət
göstərib. O cümlədən dövlətçiliyimizin
möhkəmləndirilməsində öz sözünü
deyib. Mən 7 ildir “Səs” qəzetində
işləyirəm. İşlədiyim
dövrdə həyat məktəbim üçün bir
çox örnəklər əldə etmiş, media sahəsində
uğurlar qazanmışam. Hər bir həmkarımı
yubiley münasibətilə təbrik edirəm”.
Müxbir
Samir Feyruzov bildirdi ki, “Səs”in yaşı bugünkü
müasir müstəqil Azərbaycanın yaşı qədərdir:
“Mətbuat tariximizdə özünəməxsus yeri olan “Səs”
qəzeti Azərbaycan xalqının ən çətin
anlarında fəaliyyətə başlamışdır. XX əsrin 90-cı illərinin əvvəllərində
Azərbaycanda baş verən arzuolunmaz hadisələrə ən
çox etiraz edən qəzetlərdən biri məhz “Səs”
qəzeti idi. Ona görə də həmin
dövrdə böyük təzyiqlərə məruz
qaldı. Amma tarix öz işini
gördü. “Səs” qəzeti bu gün də
böyük bir məktəbdir. Şadam
ki, cənab Prezidentin daxili və xarici siyasətini dəstəkləyən,
bu siyasəti təbliğ edən və böyük tarixə
malik olan “Səs” qəzetinin əməkdaşıyam”.
Qəzetdə
yığıcı-operator işləyən Mahirə Cəfərova
da ömrünün bir çox illərini məhz “Səs” qəzeti
ilə bağlayıb: “Mən də qəzetimizin 25
yaşını təbrik edirəm, həmkarlarıma
qoşulur, burada qazanılan nailiyyətləri
bölüşür və ardıcıl uğurlar
qazanılmasını arzulayıram. 25
yaşın mübarək doğma “Səs”imiz”.
Yığıcı-operator
Afət Rəsulova da bu qəzetin üzvü olmaqla fəxr
etdiyini dilə gətirdi: “Qəzetimizin həm də bir həyat
məktəbi olması danılmaz faktdır. 25
yaşını qeyd edən “Səs” qəzetinin bütün
kollektivini ürəkdən təbrik edir, yeni və davamlı
uğurlar arzulayıram”.
Sədaqət
Bayramova da öz növbəsində həmkarlarının təbrikinə
qoşularaq ürək sözlərini bizimlə
bölüşdü: “Səs” qəzetinin 25 illiyi burada
çalışan hər bir əməkdaş
üçün sonsuz sevinc və şərəfdir. Çünki bu qəzetin digər media
orqanlarından fərqi onda formalaşmış
doğmalıq hissləridir. Burada
çalışan hər bir əməkdaş ilk növbədə
dövlətinə sadiq olan insanlardır. Qəzetin
25 illik yubileyi münasibətilə hər kəsi təbrik
edirəm”.
Biz də “Yeni Azərbaycan” qəzeti olaraq öz həmkarlarımızı
təbrik edir, gələcək fəaliyyətlərində
daha böyük uğurlar arzulayırıq.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2016.- 12 yanvar.- S.7