Səfir Dan
Stav: Azərbaycanın tolerantlıq modeli unikallığı ilə seçilir
Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İsrail Dövlətinin Azərbaycandakı səfiri Dan Stav ilə görüşüb.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Azərbaycan-İsrail münasibətlərinin tarixindən, yəhudi icmasının Azərbaycandakı fəaliyyətindən danışıb. Ölkəmizdə multikultural və tolerant mühitin dərin tarixi köklərə malik olduğunu vurğulayan Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin təsadüfi olmadığını bildirib. O deyib ki, tolerantlıq xalqımızın həyat tərzidir. Yəhudilər də daxil olmaqla Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələri əsrlərdir sülh və qardaşlıq mühitində yaşayırlar.
Səfir Dan Stav fəaliyyəti dövründə ölkəmizin
bölgələrinə səfərlər etdiyini,
multikultural və tolerant
mühitin bütün
ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünün
şahidi olduğunu,
müxtəlif mədəniyyətlərin və dinlərin
nümayəndələrinin, etnik
azlıqların harmoniya halında,
qarşılıqlı hörmət şəraitində
yaşadıqlarını bildirib. ABŞ-ın Kaliforniya
ştatında yerləşən Sinay sinaqoqunun üzvlərindən ibarət 50 nəfərlik
heyətin ötən ilin noyabr
ayında Azərbaycandan çox yüksək
təəssüratla qayıtdıqlarını bildirən səfir
müxtəlifliyin geniş
yayıldığı bir dünyada
millətlərin birgə yaşamasını təşviq
edən Azərbaycan modelinin
unikallığı ilə seçildiyini
deyib. O qeyd edib ki, bu
baxımdan Azərbaycan tolerantlıq ixracatçısı ola bilər
Yeni Azərbaycan.-
2016.- 12 yanvar.- S.5