Oğuz xan tarixi şəxsiyyət
olub, yoxsa mifik qəhrəman?
“Xatırlaya bilərsiniz, 70-ci illərdə mən dəfələrlə Elmlər Akademiyasının qarşısında vəzifə qoymuşdum ki, Azərbaycanın tarixi yazılmalıdır. Amma bu gün mənim haqqım var deyəm ki, tarixçilərimiz bu vəzifəni yerinə yetirmədilər. Bizim tarixçilərimiz, bir tərəfdən, çəkişmə ilə məşğul oldular, hərə öz konsepsiyasını irəli aparmağa çalışdı. Başqa respublikalarda tarixçilər pis də, yaxşı da olsa, hər halda öz xalqlarının tarixini yaza bildilər. Biz bunu edə bilmədik. Ancaq indi bir tərəfdən, bəlkə yaxşıdır ki, bunu edə bilməmişik. Çünki etsəydik də onu yenidən yazmalıydıq. İndi vəzifə bundan ibarətdir ki, Azərbaycanın tarixi yazılmalıdır”.
Ulu öndər Heydər Əliyev
Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoydur:
- İlhami müəllim, bu yaxınlarda “Kitabi-Dədə Qorqud”un Avropada öyrənilməsinin 200 illiyinə həsr olunan elmi konfransdakı çıxışınızda Oğuz xanın real tarixi şəxsiyyət olduğunu, bizim eradan əvvəl III minilliyin sonlarında yaşadığını bildirdiniz. Lakin bu tədqiqatınız elmi ictimaiyyət tərəfindən təəccüblə qarşılandı və bir sıra suallar yaratdı. İlk olaraq o sualdan başlayaq ki, bu, doğrudanmı belədir?
- Bəli, bu, həqiqətən də belədir. İ.İ.Şopen 1866-cı ildə Sankt-Peterburqda nəşr etdirdiyi “Qafqaz və onun qədim sakinləri haqqında yeni bilgilər” kitabında yazır ki, Oğuz xan real tarixi şəxsiyyət olmuş, bizim eradan əvvəl XXIII əsrdə yaşamış, 80 minlik arabadan ibarət ordu ilə Nil vadisini tutmuşdur.
- İ.İ.Şopenin-Qafqaz canişini Paskeviçin yaxın adamının yazdıqlarına inanmaq olarmı? Siz qədim mədəniyyətlərin tədqiqatçısı kimi yaxşı bilirsiniz ki, hər hansı bir alimin irəli sürdüyü fikirlər mənbələrlə, arxeoloji tapıntılarla təsdiq olunmalıdır?
- Əlbəttə, irəli sürülən fikirlər mənbələrlə təsdiq olunur. Həmin mənbələr Jan Fransua Şampolyonun 1822-1832-ci illərdə oxuduğu Misir papirus mətnləridir. Sözügedən mətnlərdə göstərilir ki, Nil vadisi orta çarlıq dövründə, yəni bizim eradan əvvəl 23-18-ci əsrlərdə asiyalı çoban knyazlar tərəfindən idarə olunmuşdur. Həmin knyazların başında xan titulu daşıyan Oğuz övladları dururdu.
Ən maraqlı fakt odur ki, Oğuz xan real tarixi şəxsiyyət olmuş, Misirdə fironluq etmişdir. İngilis arxeoloqu Flinders Petri yüz il bundan qabaq onun ehramını tapmışdır. Ehramın içində Oğuz xanın mərmər üzərində barelyefi var. Heykəl sınaraq ortadan iki yerə bölünmüşdür.
- İlhami müəllim, dediyiniz arxeoloji nümunələr bir əsr əvvəl tapılıb. Ancaq necə olub ki, sizdən başqa heç bir tədqiqatçı indiyədək bundan xəbər tutmayıb?
- Əslində, bu tapıntılardan xəbər tutanlar çox olub. Lakin həmin tapıntıların dünya ictimaiyyətinə çatdırılmasının qarşısı məqsədli şəkildə alınıb. Belə ki, ilk arxeoloji nəticələr keçən əsrin əvvəllərində Avropanın elmi jurnallarında çap olunurdu. Ancaq siyasiləşmiş Qərb tarixçiləri uzun zaman Oğuz xanla bağlı yuxarıda bəhs etdiyimiz faktı inkar etdilər və yeni nəticələrin dərsliklərə, həmçinin ensiklopedik nəşrlərə daxil edilməsinə imkan vermədilər.
- Bütün bu dedikləriniz Qərb alimlərinə nə üçün lazım idi?
- Ona görə ki, Qərbi Avropa tarixçiləri ənənəvi olaraq Yunanıstanı qədim mədəniyyətin beşiyi kimi qələmə verirdilər. Onların düşüncəsinə görə, Ellada etnik sivilizasiyaların fövqündə duran antik mədəniyyətin vətəni olmuşdur. Bu yanlış elmi yanaşma indi də davam edir.
- Sizin surətini çıxartdığınız barelyef Oğuz xanın ölümündən sonra mumiyalanma prosesində hazırlanmış təsviridir. Onun gənclik dövrünün təsvirləri qalmayıbmı?
- Oğuz xanın qələbələrini əks etdirən şəkillər, mərmər üstündə qabartmalar olmuşdur. O sənətkarlıq nümunələri Fələstinlə Sinay dağı arasında Oğuz xanın saldırdığı Saruxan, Arazxan və Avar şəhərlərində idi. Yeni çarlıq dövrü fironları Fələstini tutanda həmin şəhərlər yerlə yeksan edilmiş, tarixi abidələrin çoxu bizə gəlib çatmamışdır.
- Bəs necə olmuşdur ki, Oğuz xanın ehramı dağıdılmamış, salamat qalmışdır?
- Çünki Oğuz xan Asiyada yox, Nil çayının qərbində dəfn olunmuşdur. Ozamankı inanca görə, günün batdığı yer ölülər dünyası hesab edilir və müqəddəs sayılırdı.
- Sizdə Oğuz nəslindən başqa fironlar haqqında məlumat varmı?
- Oğuzların və müttəfiqlərinin Misirdə 511 illik hakimiyyətinin sübutu kimi çoxlu abidələr qalmışdır. Onlardan biri firon Xencerin ehramıdır. Maraqlıdır ki, Aran və Oğuz nəslindən çıxan fironların ehramları taş adlanırdı. Bu barədə Klota bəyin 1843-cü, Avdiyevin 1948-ci ildə nəşr olunan kitablarında dəyərli bilgilər var.
Oğuz xanla birlikdə Misiri tutan tayfalardan
biri Tekle adlanırdı. Tekle türkmən tayfalarından
biridir. Akademik Q.Maspero yazır
ki, bizim eradan əvvəl II minilliyin əvvəllərində
Misirdə I Tekeli və II Tekeli adlı xanlar fironluq etmişdir. Təkə türkmən tayfasıdır.
Q.Maspero
onu da qeyd
edir ki, Oğuz mənşəli fironlar vəliəhd ikən şat, taxta çıxandan
sonra ağa titulu daşıyırdılar.
Bundan başqa xan titulu orta
çarlıq dövrü
fironları Şat adlı bir tanrıya
tapınırdılar. Piramida
mətnlərində st
kimi yazılan bu teonimi bəzi
mətnşünaslar Set, bəziləri
Şat, bəziləri
Şad kimi oxuyurlar.
Maraqlıdır ki, Altay şaman
dualarında Şat xeyirxah ruhlardan biridir. Bir məqamı da
qeyd edim ki, Altay kosmoqoniyasında mövcud olan ruhların çoxu Misir, Həbəş, Amxar dualarında və cadu mətnlərində
olduğu kimi təkrar olunur. Aran müdrikləri Kəşmirdə,
daha sonra Misirdə yaratdıqları
mədəniyyəti Afrikanın
şərqinə və
qərbinə yaymışlar.
Sanskrit dilli eposlarda
hindlilərin əcdadları
Altaydan gələn
Mali və Su Mali tayfaları
ilə vuruşurlar.
İndi malilər öz irqini dəyişərək
Afrikanın qərbində,
somalilər həbəşlərin
qonşuluğunda yaşayırlar.
- Siz yazırsınız ki, Altay miflərində Oğuz xanın Sam ölkəsinə axınından
bəhs edilir. Sam və ya Sim ölkəsi haradır?
- İndiki Fələstin,
İordaniya və Misirdir. Həmin ölkələrdə Oğuz nəslindən çoxlu fironlar hökmran olmuşdur.
Yakob Xer (Yaqub peyğəmbər),
oğlu Gözəl Yusif (İoseph) Oğuz xanın və müttəfiqlərinin
son nümayəndələridir. Bu barədə Avropa
tarixçiləri çox
şey bilirlər.
Biz isə heç
bir şey bilmirik.
Semitoloqlar İoseph adını
iyo və sep hissələrinə ayırıb, “birləşdirən”
mənasında izah edirlər. Çünki
o, bizim eradan əvvəl 1730-cu ildə
bir-birindən ayrı
düşən Asiya mənşəli etnosları
birləşdirib, Nil çayının deltalarını
tutmuşdu. İosep iy və sap deməkdir. İy iynə sözünün
köküdür. Azərbaycan dilində
indi də əlçimləri əyirib-bükdürmək
üçün cəhrələrə
taxılan millərə
iy deyilir.
- B.A.Turayevə istinadən yazırsınız ki, Yusif peyğəmbərin bir oğlunun adı Sadax olmuşdur. Kənan onomaloji leksikasında
belə adlar təsadüfi deyil ki?
- Yalnız Sadax yox, Kənan mənşəli xanların
çoxu türk totem
adları daşıyırdılar. Yusifin doğma
qardaşı Beniamin oğlanlarına Kurt, Kuyu,
Tengiz, Arslan, Qul, Kur adları
qoymuşdu. Sadax yalnız
Yusif Kənanın oğlunun adı deyildi. Kənan nəslinin əsas
kultu idi. Yusif övladları Misirdə də, Misirdən qovulanda da inşa
etdikləri Sadax məbədini ziyarətə
gələrdilər. Borçalı mahalındakı Sadaxlı
kəndinin camaatı həzrəti Yaqub hümmətinin son qalıqlarıdır.
Biz onları Oğuz
xanın və Yusif Kənanın övladları kimi qorumalı, göz bəbəyimiz kimi əziz tutmalıyıq.
- İ.Berezin, Orxan
Şaiq Gökyay Oğuz xanı hun xaqanı Mete ilə eyniləşdirirlər. Sizin iddialarınız onların
fikirləri ilə üst-üstə düşmür?
- Çin salnamələrində
adı Maotun kimi göstərilən
Mete xan eradan öncə I minilliyin, Oğuz xan III minilliyin sonlarında yaşamışdır. Onların
arasında 2 min il fərq var. Heç bir mənbə Oğuz xanla Metenin eyni
tarixi şəxsiyyət
olduğunu təsdiq etmir. Adlarını çəkdiyiniz tədqiqatçılar
mənbələrə yox,
hunlarla türklərin
oxşar adət-ənənələrinə,
döyüş taktikasına
və s. istinad edərək onları eyniləşdirirlər.
Oğuz
xanın real tarixi şəxsiyyət olduğunu,
onun Mete xaqandan çox qabaq yaşadığını Misir
piramida mətnləri,
papirus yazıları,
eyni zamanda, kahin Manetonun (bizim eradan əvvəl
III əsr) salnaməsi
təsdiq edir.
- Mahmud Kaşğarinin divanında Karnak Oğuz şəhərlərindən
biridir. Siz yazırsınız ki, qədim Misirin İli şəhərindəki baş
məbəd Karnak adlanırdı. Bu, təsadüfi oxşarlıqdırmı?
- Burada təsadüfi heç bir şey yoxdur. Bizim əcdadlarımız yaratdıqları
qədim mədəniyyətləri
Türküstandan Şumerə,
Elama, Misirə gətirmiş, finikiyalılar,
yunanlar, daha sonra latınlar həmin mədəniyyəti
mənimsəmişlər.
Semitoloq Reveka Rubinşteyn yazır ki, qədim Misir Yunanıstanın müəllimidir. Yunanlar yazıb-oxumağı,
gəmiçiliyi, əkinçiliyi
Misiri və Finikiyanı idarə edən Aran müdriklərindən öyrənmişlər.
Sonra bu mədəniyyət Avropa xalqları tərəfindən mənimsənilmişdir.
Ona görə də Şotlandiyadakı Aran adasına, adadakı mağaradan türk-runik əlifbası ilə yazılmış mətnlərin
tapılmasına təsadüf
kimi yanaşmaq olmaz.
- Yunanların arxaik mədəniyyəti Finikiyadan
və Misirdən mənimsəməsini tarixi
faktlar təsdiq edirmi?
- Bəli. Kahin Maneton mətnləri
kopt dilindən qədim yunan dilinə tərcümə
edərkən Aukuz
Xian, yəni Oğuz xan adını İoniy şəklində
vermişdir. Bundan istifadə
edən Avropa tarixçiləri Ellada mədəniyyətinin yaranışında
böyük rol oynayan Xan ittifaqını
İoniya ittifaqı kimi ümumiləşmiş
əsərlərə daxil
etmişlər. Dörd tayfa
birliyindən ibarət
olan İoniya ittifaqı 4 dildə danışırdı. O dillərdən
biri ari və sami
mənşəli dillərin
təsirinə uğramış
türk dili idi.
Tarix Şərqdə
yaranır, Qərbə doğru hərəkət
edir. Orada yeni məna, yeni məzmun qazanaraq Şərqə qayıdır. Bir zaman səlibçilər
əllərində qılınc Yerusəlimə gəldilər.
İndi həmin yol ilə
Avropanın, Rusiyanın bombardmançı təyyarələri
gəlirlər. Min illərlə
gül-çiçək verdiyimiz əllər
indi bizə daş
atır.
Yeni Azərbaycan.-
2016.- 11 yanvar.- S.5