“Simurq” Azərbaycan
Mədəniyyət Assosiasiyasının tarixi:
1990-2015-ci illər”
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA) öz 25 illik yubileyinə həsr olunmuş “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının tarixi: 1990-2015-ci illər” adlı kollektiv kulturoloji monoqrafiyanı çap edib.
Kitab “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının yaradılması və inkişafının çətin yolunu əks etdirən orijinal tarixi materiallardan ibarətdir. Bu, özünün işdən azad vaxtını və çoxillik əməyini təmənnasız olaraq yüksək ruhi mədəniyyət ideallarının həyata keçirilməsinə həsr edən Azərbaycan mədəniyyəti fədakarlarının fəaliyyət salnaməsidir. Eyni zamanda, Azərbaycanın milli-mədəni inkişafına xidmət, müasir sivilizasiyanın mütərəqqi və sülhsevər ölkələrindən biri imicini qazanmış doğma Vətənə xidmət yolunu seçmiş insanların yaradıcı tarixidir.
Elmi redaktorunun AMEA-nın vitse-prezidenti, Azərbaycan Milli
Ensiklopediyasının direktoru, elm sahəsində Dövlət mükafatı
laureatı Tofiq Nağıyevin olduğu kitabda elm, təhsil və maarifin,
demokratiya, təşkilat və idarəetmə
mədəniyyətinin, fərdi və beynəlxalq münasibətlərin
inkişafında, Azərbaycanın milli
maraqlarına cavab verən sosial-mədəni
siyasətin həyata keçirilməsində “Simurq”
AMA-nın dövlətə vətəndaş yardımına
yönəldilmiş geniş fəaliyyəti
öz əksini tapıb. Burada müstəqil Azərbaycan
Respublikasının mədəniyyət sahəsində ilk qeyri-hökumət təşkilatının
tarixi iş təcrübəsini
ümumiləşdirməyə, həyat fəlsəfəsini,
ideoloji və psixoloji
istiqamətlərini, idarəçilik texnologiyalarını meydana çıxarmağa səy göstərilib.
Kitabın müsbət elmi məziyyətlərindən
biri - “Simurq”
AMA-nın sənədlər və materiallar
arxivində saxlanılan çoxsaylı mənbələrdən
ilk dəfə olaraq
istifadə olunmasıdır
Yeni Azərbaycan.-
2016.- 12 yanvar.- S.8