Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların və əməkhaqlarının artırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əməli tədbirlərin görülməsinə başlanılıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev AZƏRTAC-a müsahibəsində sosial sahələrdə nəzərdə tutulan tədbirlər barədə danışaraq deyib:

- Hazırda dünyanı iqtisadi və maliyyə böhranı cənginə alıb. Azərbaycan da dünyanın bir hissəsidir. Böhranın Azərbaycan üçün təsirlərini minimuma endirmək, əhalinin maddi durumunu yaxşılaşdırmaq üçün Azərbaycan Prezidentinin tapşırıqlarının icrasına başlanılıb. Hazırda nazirlik manatın devalvasiyasının əhalinin sosial müdafiə sosial təminat sisteminə, eləcə əmək bazarına təsirinin qiymətləndirilməsini həyata keçirir. Bu məqsədlə yaradılmış monitorinq qrupları respublikanın seçilmiş şəhər rayonlarında yerləşən 4 fərqli ticarət mərkəzində - topdansatış müəssisələrində, bazarlarda, supermarketlərdə xırda ticarət obyektlərində minimum istehlak məhsullarının qiymətlərinin dəyişməsinə dair məlumat toplayırlar. Bir həftəyə dəqiq rəqəmlər əldə olunacaq. Həmin məlumatlar Nazirlər Kabinetinə təqdim ediləcək sonra minimum istehlak səbətinin tərkibi barədə qərar imzalanacaq. Bu qərara əsasən Azərbaycanda minimum istehlak səbətinə daxil olan ərzaq qeyri-ərzaq məhsulları, eləcə xidmətlərin siyahısı müəyyənləşdiriləcək.

Nazir müavini deyib ki, Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.

Əhalinin məşğulluğunun təmin olunması ilə bağlı görülən işlərdən danışan İ.İsayev deyib ki, nazirliyin yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ötən il bu istiqamətdə mühüm tədbirlər görülüb. Son bir ildə xidmət tərəfindən 29 min nəfər işsiz işaxtaran vətəndaş münasib yerləri ilə təmin olunub. İşsiz işaxtaran vətəndaşların əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə kurslarına cəlb edilməsi diqqətdə saxlanılıb. Nazirlik bu istiqamətdə işi fəallaşdıracaq.

Müharibə əlilləri şəhid ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə toxunan nazir müavini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası üzrə işlərin davamı olaraq, nazirlik tərəfindən respublikanın müxtəlif bölgələri üzrə 82 fərdi ev, hazır binalardan alınaraq təmir etdirilmiş 145 mənzil, habelə Tərtər rayonunda 54 mənzilli ev, yəni, ümumilikdə 281 mənzil ötən il bu kateqoriyadan olan ailələrə təqdim edilib. Gözdən əlillər üçün Bakının Nərimanov rayonunda inşa edilən 132 mənzilli yaşayış binası keçən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bu istiqamətdə işlər bu ildavam etdiriləcək.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli Sərəncamı bu sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürüdür. Sərəncama əsasən bu qəbildən olan ailələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Prezidentinin Ehtiyat fondundan 10 milyon manat vəsait ayrılıb. Bütün bunlar Azərbaycanın dövlət siyasətinin sosialyönümlü olduğunu təsdiq edir.

Yeni Azərbaycan.- 2016.- 14 yanvar.- S.4