Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində ziyalılarla görüş keçirilib

 

Yanvarın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev “Dədə QorqudFondunun prezidenti, “Azərbaycan dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov, rejissor Ziya Şıxlinski və “Mir” Dövlətlərarası TeleviziyaRadio Şirkətinin şef-redaktoru Elvira Xusainovadan ibarət ziyalı heyəti ilə görüşüb.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Dövlət müşaviri BBMM-də mütəmadi olaraq tanınmış elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri ilə görüşlərin keçirildiyini söyləyib. O deyib: “Görüşdə iştirak edən qonaqların Multikulturalizm Mərkəzinin rəhbərliyi ilə birgə fəaliyyət istiqamətinin müəyyənləşməsi baxımından bu tədbir çox önəmlidir, xüsusilə də 2016-cı ildə. Bildiyiniz kimi, Prezidentimiz 2016-cı ili AzərbaycandaMultikulturalizm ilielan edib. Bununla bağlı Sərəncamdan irəli gələn məsələləri, qarşımızda duran vəzifələri aydın şəkildə dərk edib ziyalılarımızla görüşürük ki, özündə başqasının halına acımaq, mərhəmət, şəfqət, başqasının problemini özününkü kimi qəbul etmək qabiliyyəti bacarığını ehtiva edən multikulturalizm, tolerantlıq istiqamətində mühüm işlər həyata keçirək gələcəkdə birlikdə daha hansı işləri görə biləcəyimizi müzakirə edək. Buradakı qonaqlar hər biri öz sahəsində böyük işlər görür. Mənə elə gəlir ki, biz fəaliyyətimizdə ümumi oxşar cəhətləri tapıb inkişaf elətdirsək daha aydın, daha konkret perspektivlərə çıxa bilsək, hamımız bundan mənəvi cəhətdən qazanmış olarıq”.

Kamal Abdullayev bildirib ki, Azərbaycan Prezidenti bizə konkret ideoloji hədəflər göstərir. Bu, ölkəmizin dünyaya tanıdılmasıdır. Bu gün Azərbaycanın dostları getdikcə artır. BizimAzərbaycana marağı Azərbaycana məhəbbətə çevirək!” devizli bir layihəmiz var. Bu istiqamətdə bir çox işlər görürük. Ən əsas işlərimizdən biri - ölkə rəhbərinin təqdir etdiyi layihəmiz xarici ölkələrdəAzərbaycan multikulturalizmifənninin tədrisidir. Bu fənn bu gün Portuqaliyada, Almaniyada, İsveçrədə, İtaliyada, Rusiyada, Çexiyada, Gürcüstanda, Litvada, Belarusda, Bolqarıstanda keçilir həmin fənnin tədrisi perspektivdə bir çox ölkələrdə nəzərdə tutulub. Adıçəkilən ölkələrdə bu fənn artıq ikinci semestrdir ki, tədris edilir. Xarici ölkələrdə bu fənnə böyük maraq var. Azərbaycanı dünyada tanıtmaq istiqamətində keçən ilin yayında təşkil edilən bu il fevralın 8-15-də növbəti dəfə keçiriləcəkMultikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş!” mövzusunda beynəlxalq qış məktəbi dövlətimizin başçısının təqdir etdiyi layihələrimizdəndir. Biz bu işləri mütəmadi davam etdirəcəyik. Multikulturalizm ili”ndə yeni nailiyyətlər qazanmaq üçün ziyalılarımızın ideyaları, təklifləri dəstəyi bizim üçün çox önəmlidir.

Mərkəzin icraçı direktoru Azad Məmmədov və aparat rəhbəri Aytən Qəhrəmanın da iştirak etdikləri görüşdə qonaqların təmsil olunduqları qurum və təşkilatların “Multikulturalizm ili”ndə BBMM-lə əməkdaşlıq perspektivləri müzakirə edilib, təkliflər dinlənilib.

Yeni Aaərbaycan.- 2016.- 16 yanvar.- S.3