Dostluqordeni SSRİ Xalq artisti Murad Kajlayevə təqdim edilib

 

AZƏRTAC-ın xəbər verdiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə görkəmli bəstəkar, SSRİ Xalq Artisti Murad KajlayeviDostluqordeni ilə təltif edib.

Azərbaycanın Rusiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin tapşırığı ilə ordeni Murad Kajlayevə təqdim etmək üçün ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Mahaçqala şəhərinə səfər edib.

Yubiley tədbirində ordeni Murad Kajlayevə təqdim edən səfir Prezident İlham Əliyevin təbrik məktubunu oxuyub. Məktubda qeyd olunur ki, Kajlayev ailəsi Azərbaycanın elm, təhsil, səhiyyə mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş Bakı ziyalılarının nəslinə məxsusdur. Murad Kajlayevin Dağıstanın müasir musiqi sənətinin formalaşması istiqamətində çoxşaxəli fəaliyyəti öz xalqına xidmətin bariz nümunəsidir onun Mahaçqalada rəhbərlik etdiyi xüsusi istedadlı uşaqlar üçün incəsənət məktəbi Qafqazın musiqi irsi ənənələrinin qorunub saxlanılması kimi unikal missiyanı həyata keçirir.

Azərbaycan Respublikasının dövlət mükafatını qəbul edən M.Kajlayev onun fəaliyyətinə verilən yüksək qiymətə görə dərin təşəkkürünü bildirib. İlk əsərini məhz Bakıda peşəkar səhnədə ifa etdiyini xatırlayan M.Kajlayev hər zaman qəlbinin hökmü ilə musiqi yazdığını bütün həyatı boyu öz Vətəninə xidmət etdiyini söyləyib.

Səfər çərçivəsində səfir Polad Bülbüloğlu M.Kajlayevin rəhbəri olduğu xüsusi istedadlı uşaqlar üçün incəsənət məktəbində şagirdlər üçün yaradılmış şəraitlə tanış olub, ona məktəbin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Yeni Azərbaycan.- 2016.-19 yanvar.- S.8