Azərbaycanın tərəqqisi konseptual əsaslara söykənir

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkə iqtisadiyyatının şaxələndirilmiş inkişafına əlverişli zəmin yaradıb

Regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 12 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib.

Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.

Beləliklə, hazırda bütün dünyada nümunə kimi göstərilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Ötən illərdə ölkədə iqtisadi potensialın artması, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsi, biznesinvestisiya mühitinin, əhalinin rifahının yaxşılaşması və digər parametrlər baxımından paytaxt Bakı və digər iri şəhərlərlə regionlar arasındakı fərq, demək olar ki, tam aradan qalxıb. Respublikamızda dövlət başçısı tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən siyasət sayəsində iqtisadi potensialın yalnız paytaxtdayaxud bir neçə regionda cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkə boyu inkişaf təmin edilib, ayrı-ayrı bölgələr tarixən formalaşan ənənələrinə, əmək ehtiyatlarına uyğun olaraq respublikanın ümumi tərəqqisi prosesinə qoşulub.

Bunun nəticəsidir ki, uğurla icra olunan Dövlət proqramları bölgələrdə iqtisadi potensialın artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznesinvestisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb.

Bu uğurlar 2015-ci ildə davam edib. Belə ki, ötən il regionların inkişafına bütün mənbələr hesabına 3,6 milyard manat vəsait yönəldilib, regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilib. İl ərzində 400 kilometrdən artıq ölkə yerli əhəmiyyətli avtomobil yolu, 12 yeni körpü yolötürücüləri tikilib ya təmir olunub, kənd yollarının tikintisi isə davam etdirilib. Ötən il regionlarda 2 elektrik stansiyası istifadəyə verilib, 1289 transformator 20 yarımstansiya quraşdırılıb ya təmir olunub, 8200 kilometrdən artıq elektrik 12500 kilometrə yaxın qaz xətləri çəkilib, 43 rayon üzrə 430 yaşayış məntəqəsi təbii qazla təmin edilib, qazlaşdırma səviyyəsi 90 faizə, o cümlədən regionlar üzrə 80 faizə çatıb.

Ötən il, eyni zamanda, regionlarda su təchizatının yaxşılaşdırılması işləri davam etdirilib, əhalisi 175 min nəfər olan 4 şəhərdə su təchizatı layihəsi başa çatıb, regionlarda 750 kilometr su, 391 kilometr kanalizasiya xətti çəkilib, 125 minə yaxın əhalisi olan 58 yaşayış məntəqəsində modul tipli təmizləyici qurğular quraşdırılıb, əhalisi 630 min nəfərə yaxın olan 34 şəhər rayonun 241 yaşayış məntəqəsində 300 subartezian quyusu qazılıb.

Baxmayaraq ki, 2015-ci il dünyada maliyyə böhranı neftin qiymətinin kəskin azalması ilə müşahidə olunub, ölkəmizdə bütün sosial proqramlar tam həcmdə icra olunub. Belə ki, il ərzində regionlarda 39 məktəb, 37 bağça, 55 səhiyyə, 13 gənclər idman, 33 mədəniyyət obyekti tikilib ya əsaslı təmir olunub. Məcburi köçkünlər üçün 5 yeni yaşayış kompleksi salınıb, 3 min ailənin ya 15 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, əlil şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi önəm verilib, Tərtər rayonunda 54 mənzilli yaşayış binası, 11 rayonda 82 fərdi ev tikilib.

Qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının məhəllələrinin təşkili işləri davam etdirilib, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, iri qabaritli transformatorlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki digər müəssisələr açılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanılıb, ötən il sənaye məhsulu 2,4 faiz, o cümlədən qeyri-neft sənayesi 8,4 faiz artıb. Bununla yanaşı, Mingəçevir Sənaye Parkının yaradılmasına başlanılıb, Neftçala Sənaye Məhəlləsində isə yaxın üç ay ərzində sahibkarlar tərəfindən ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanılması gözlənilir.

Yeri gəlmişkən, ölkə Prezidenti tərəfindənKənd təsərrüfatı ilielan edilən 2015-ci ildə fermerlərə satılan gübrəyə, yanacaq motor yağlarına görə subsidiyaların artırılması, “Aqrolizinqxətti ilə gətirilən texnikaya yeni güzəştlərin tətbiqi digər tədbirlər aqrar sahənin inkişafına öz töhfəsini verib. Ötən il aqrar sahədə 5100 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 213 milyon manata yaxın güzəştli kredit verilib. Məhz bu kreditlər əsasında 43 müasir quşçuluq 25 heyvandarlıq kompleksi, 39 intensiv bağçılıq təsərrüfatı, 53 logistik mərkəz 22 taxıl anbarı, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsi, 28 çörək zavodu, 46 istixana kompleksi, 6 yem zavodu digər müasir müəssisələr yaradılıb. Bundan başqa, 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edib.

Vurğulamaq lazımdır ki, Azərbaycan dövləti özəl sektorun inkişafını daim diqqət mərkəzində saxlayır. Belə ki, özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib bu kreditlər hesabına 12600-dək yeni yerinin açılması üçün şərait yaradılıb. Kreditlərin 40 faizi büdcə, 60 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib. Həmin kreditlərin 64 faizi regionların payına düşür. Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov probleminin həlli üçün kiçikhəcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilib onların vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilib. Ümumilikdə, ötən il 84 mini daimi olmaqla 110 min yeni yeri açılıb.

Onu da qeyd edək ki, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafıDövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda İqtisadiyyat Nazirliyi tərəfindən Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, qarşıdakı illər üçün hər bir regionun iqtisadi potensialı əhalinin məşğulluq səviyyəsi nəzərə alınmaqla ilkin dəyəri 1,5 milyard manat olan 150-dən çox investisiya layihəsi hazırlandığı bildirilib. Bu layihələrin icrasına isə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri, yerli xarici investisiyalar cəlb olunacaq.

Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, iqtisadiyyatımızın şaxələndirilməsinin təmin olunması məqsədilə ölkəmizdə geniş infrastruktur quruculuğu aparılıb yerli istehsalın inkişafı üçün münbit şərait yaradılıb. Hazırkı dövrdə əlavə valyuta tələbi yaradan, idxalı əvəz edən ölkəyə valyuta gətirən ixracyönümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədilə dövlət tərəfindən konkret layihələrə yönəldilən infrastruktur dəstəyi yerli istehsalın daha sürətli artımına, dövlət investisiyalarının məqsədyönlü səmərəli istifadəsinə, əhalinin məşğulluğuna imkan yaradacağını deməyə əsas verir.

Bu gün ölkədə sahibkarlığın inkişafı istiqamətində görülən işlərin məntiqi nəticəsi olaraq, Azərbaycanda özəl sektor da dinamik inkişaf edir ki, bu da öz növbəsində qeyri-neft iqtisadiyyatının inkişafına təkan verir. İlk növbədə, daxili bazarın rəqabətqabiliyyətli məhsullarla təminatı vətəndaşların ölkədə istehsal olunan ən yüksək keyfiyyətli məhsullarla təmin edilməsini əsaslandırır. Lakin kənd təsərrüfatının, emal sənayesinin sürətli inkişafı istehsal edilən məhsulların keyfiyyət kəmiyyətcə rəqabətqabiliyyətli olması xarici bazarlara çıxa bilməsini labüdləşdirir. Ona görə rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması ən vacib prioritetlərdən birinə çevrilib.

Həyata keçirilən uğurlu daxili siyasət sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı intensiv xarakter daşıyır, əldə edilən nailiyyətlər bu inkişafın davamlı olacağına əminlik yaradır. Bununla yanaşı, spesifik milli inkişaf modelinə malik olan Azərbaycanın tərəqqisi konseptual əsaslara söykənir müasir çağırışlara cavab verir.

Pərviz Sadayoğlu

Yeni Azərbaycan.- 2016.- 28 yanvar.- S.8