Azərbaycan multikulturalizmifənninin tədrisi Texniki Universitetdə

 

Əyyub Kərimov: Tələbələrin çoxu Azərbaycan multikulturalizmi modeli ilə bağlı araşdırmalar aparmaq arzusundadırlar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmifənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hal-hazırda sözügedən layihə çərçivəsində respublikamızın 40, dünyanın 15 aparıcı universitetindəAzərbaycan multikulturalizmifənni tədris edilir. BBMM-in mətbuat xidməti ölkədə və xaricdəAzərbaycan multikulturalizmifənnini tədris edən mütəxəssislərlə silsilə müsahibələri oxuculara təqdim etməyi planlaşdırır. Bu istiqamətdə ilk həmsöhbətimiz adıçəkilən fənni Azərbaycan Texniki Universitetində tədris edən dosent Əyyub Kərimovdur.

Müsahibimiz ölkəmizdəki multikultural əhvalın kökləri, multikulturalizmin fəlsəfi əsasları ilə bağlı fikirlərini bölüşüb: “Torpağımız ta qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olub. Azərbaycan dövlətinə, dövlətçiliyinə, ərazi bütövlüyünə və tarixinə onların sadiqliyi bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən irəli gəlir. Azərbaycanın vəazərbaycançılığınəzəməti bu müqəddəs diyarı öz vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Multikulturalizmin fəlsəfi əsası irqindən, cinsindən və dinindən asılı olmayaraq bütün insanların məəyinin həm mövcud təbii-elmi, həm də dini nəzəriyyələrdə eyni kökdən olmasındadır. Bu isəbəşəriyyət doğma bir ailədirməntiqi nəticəsini verir. Deməli, milli, dini, irqi, etnik və s. ayrı-seçkiliklər, “ikili standartlaryalnız müxtəlif maraqlardan, o cümlədən siyasi maraqlardan qaynaqlanır. Qeyd etdiklərimiz kontekstində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin bəyan etdiyi kimi, bu gün dünyada multikulturalizm sahəsində İngiltərənin baş naziri Devid Kameronun başçılıq etdiyimultikulturalizm iflasa uğramışdır” pessimist və ziddiyyətlərə rəvac verən mövqeyə qarşı Prezident İlham Əliyevin dünya nizamını, onun rəngarəngliyini qoruyub saxlamağa və inkişafa, sülhə və əmin-amanlığa, multikulturalizmin bütün dünyada Azərbaycan nümunəsində bərqərar olmasına çağıran optimist mövqeyi dayanır.

Möhtərəm Prezidentimizin IV Bakı Beynəlxalq Humanitar Forumunda vurğuladığı aşağıdakı dərin strateji məna yüklü fikirlər qeyd etdiklərimizi tam təsdiq edir: “Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missiya kimi öz üzərinə götürmüşdür. Biz hesab edirik ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikulturalizmin alternativi yalniz ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamofobiya və antisemitizm ola bilər.

Bütün bu qeyd etdiklərim kontekstindəMultikulturalizmə girişvəAzərbaycan multikulturalizmifənlərinin tədrisi nəinki tələbələrimizin dünyagörüşünün yüksəldilməsi baxımından, həmçinin dünyada bu sahədə baş verənlərə nəzərən mühüm əhəmiyyət daşımaqla yanaşı müasir dövrün məntiqindən doğan zərurətdir. Azərbaycan Texniki Universitetində magistratura səviyyəsindəAzərbaycan multikulturalizmi”, bakalavr səviyyəsində isəMultikulturalizmə girişfənni 2015-ci ildən tədris olunur. UniversitetimizdəAzərbaycan multikulturalizmifənni birinci kurs magistrlərinin bütün ixtisaslarına tədris olunur. Bakalavr səviyyəsində isəMultikulturalizmə girişfənni seçmə fənn blokuna daxil olmaqla hər fakültədən (cəmi səkkiz fakültə) bir qrup olmaqla ikinci kursun ikinci semestrində tədris olunur. Xüsusi texnika və texnologiyafakültəsinin bütün ikinci kurs tələbələriMultikulturalizmə girişfənnini seçdikləri üçün onların hamısına bu fənn tədris olunur. Bakalavr səviyyəsində mühazirədə auditoriyada təxminən 70-75 tələbə iştirak edir”.

Alim qeyd edib ki, adıçəkilən fənlərin tədrisi tələbələrimizdə vətənpərvərlik, humanizm, milli-mənəvi dəyərlərimizə sevgi, başqa dinlərə və irqlərə, milli-etnik qruplara tolerant münasibət, milli birlik və ümumbəşəri həmrəylik hissləri tərbiyə edir, cari hadisələrin fövqünə qalxmağı, həyata böyük ideallar mövqeyindən yanaşmağı öyrədir.

Yeni Azərbaycan.- 2017.- 4 aprel.- S.7.