Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Respublika Veteranlar Təşkilatında qeyd edilib

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə aprelin 12-də Azərbaycan Respublikası Müharibə, Əmək Silahlı Qüvvələr Veteranları Təşkilatında anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra kinorejissor Vaqif Mustafayevin xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat fəaliyyətinə həsr olunanƏsl məhəbbət haqqındasənədli televiziya filmi nümayiş etdirilib.

 

öndər Heydər Əliyevin mənalı həyatı çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verib. Ulu öndər Heydər Əliyev zamanın fövqündə duran, illər keçdikcə dühası əzəməti daha parlaq şəkildə görünən qüdrətli şəxsiyyətlərdəndir”, - deyən C.Xəlilov vurğulayıb ki, Ümummilli Lideri xalqın, dövlətin tarixində əbədi yaşadan mühüm cəhətlərdən biri onun Azərbaycanın ən çətin zamanlarında xalqı dövləti düşdüyü bəladan qurtarması, onu yeni inkişaf mərhələsinə çıxarmasıdır. Tarixi yaradan, onun gedişini dəyişməyə qadir insan kimi Heydər Əliyevin adı dünyanın ən böyük dövlət adamları olan Bismark, Atatürk, Adenauer digər tarixi şəxsiyyətlərlə bir sırada çəkilir.

Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi dərin ictimai-siyasi, sosial-iqtisadi problemlərə, cəbhədəki uğursuzluğa, hakimiyyət böhranına, vətəndaş müharibəsi təhlükəsinə toxunan C.Xəlilov bildirib ki, belə ağır vəziyyətdə xalqın imdadına məhz ulu öndər Heydər Əliyev yetişdi. Dahi rəhbər xalqın təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi, bununla da daxili xarici düşmənlərimizin bütün planları puça çıxdı. Xilaskarlıq missiyasını üzərinə götürən Ulu Öndər vətəndaş qarşıdurmasının qarşısını aldı, ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bundan sonra Azərbaycan gələcəyə inamla baxan qüdrətli dövlətə çevrilmək yoluna qədəm qoydu.

Məruzəçi daha sonra Azərbaycanın bu gün siyasi iqtisadi sahədə qazandığı böyük uğurlardan, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilməsindən, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına çıxmasından danışıb.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev kinorejissor Vaqif Mustafayevin ulu öndər Heydər Əliyev haqqında çəkdiyi filmin dahi şəxsiyyətin həyat fəaliyyətini dolğun əks etdirən ən maraqlı ekran əsərlərindən biri olduğunu vurğulayıb.

Ərəstun Mehdiyev qeyd edib ki, Azərbaycan xalqı zəngin tarixi ərzində bir sıra görkəmli şəxsiyyətlər yetişdirib. Həmin şəxsiyyətlərin arasında ümummilli lider Heydər Əliyevin özünəməxsus yeri var. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətinin tarixində silinməz izlər qoyub. Bütün fəaliyyəti dövründəXalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdırprinsipinə əsaslanan Heydər Əliyev ümumxalq mənafeyini hər şeydən üstün tuturdu. Ulu Öndərin həyatına, fəaliyyətinə nəzər salanda bunu aydın şəkildə görmək mümkündür. Heydər Əliyev xalqının Ümummilli Lideri səviyyəsinə yüksələnə qədərmühüm vəzifələrdə çalışıb, zəngin həyat yolu keçib. Xüsusi xidmət orqanlarında uğurlu fəaliyyətdən sonra sovet dövründə Azərbaycana rəhbərlik edib, daha sonra keçmiş SSRİ-nin ali rəhbərlərindən biri olub. Sovet İttifaqının süqutundan sonra müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev fəaliyyətinin hər iki dövründə ölkəmizin dinamik inkişafı, xalqın rifahı üçün yorulmadan çalışıb. Müstəqillik illərində Azərbaycanın beynəlxalq aləmdə tanınmasında yüksək mövqe qazanmasında ulu öndər Heydər Əliyevin rolu əvəzsizdir. Bu uğurları şərtləndirən əsas amil Heydər Əliyevin həmişə xalqa arxalanması olub.Prezident Administrasiyasının rəsmisi bildirib ki, dahi şəxsiyyət 1990-cı illərin əvvəllərində Azərbaycanı bütün sahələrdə yaşanan tənəzzüldən, vətəndaş qarşıdurmasından, parçalanmaq təhlükəsindən xilas edib, dövlət çevrilişi cəhdlərinin qarşısını müdrikliklə alıb. Heydər Əliyev məhz xalqa güvənərək respublikada ictimai-siyasi sabitliyi bərqərar edib, Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, bütün sahələrdə dərin islahatlar həyata keçirib. Ümummilli lider Heydər Əliyev cəmiyyətin bütün təbəqələrini, o cümlədən gəncləri, ziyalıları, müharibə veteranlarını da daim diqqət mərkəzində saxlayırdı. Ulu öndər Heydər Əliyev çıxışlarında vurğulayırdı ki, iqtisadiyyatı güclü olan dövlət xalqın mənafeyinə xidmət etməlidir. Belə dövlət beynəlxalq arenada mövqelərini möhkəmləndirə, ordusunu gücləndirə bilər. Dövlət özünün güclü ordusuna arxalanmalıdır. Dövlətin xalqın orduya qayğısı yüksək səviyyədə olmalı bu birlik daim təmin edilməlidir. Bu məsələlərə xüsusi diqqət yetirən Ümummilli Lider dövlət quruculuğu siyasətində həmin prinsiplərin təmin olunmasını daim nəzarətdə saxlayırdı.“Ötən il biz Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyini dövlət səviyyəsində qeyd etdik. Müstəqilliyin bərpasından ötən illər ərzində Azərbaycan sürətlə inkişaf edərək dünya dövlətləri sırasında özünə layiqli yer tutub. Bu uğur dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu siyasətin müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində əldə olunub. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət hazırda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam inkişaf etdirilir. Məhz bu siyasət sayəsində regionun lider dövləti olan Azərbaycan artıq bölgədə dünyada mühüm söz sahibinə çevrilib. Azərbaycan dövləti yaşadıqca ulu öndər Heydər Əliyevin xatirəsi qədirbilən xalqımız tərəfindən daim ən yüksək hörmət ehtiramla yad ediləcək. Çünki ümummilli lider Heydər Əliyevin adı Azərbaycan tarixinə xalqımızın yaddaşına əbədi həkk olunub”, - deyə Ərəstun Mehdiyev bildirib.Sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, “İnterfaks-Azərbaycanagentliyinin baş direktoru Aleksandr İvanov, veteranlar Vladimir Timoşenko, Tofiq Ağahüseynov, kinorejissor, Xalq Artisti, Dövlət Mükafatı laureatı, Heydər Əliyev haqqında sənədli televiziya filmlərinin müəllifi Vaqif Mustafayev digərləri çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında dünyaya tanıdılmasında Ümummilli Liderimizin tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Natiqlər vurğulayıblar ki, ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalan gənclərimiz dahi rəhbərin siyasi xəttini uğurla davam etdirərək, Azərbaycana yeni uğurlar qazandıran Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz töhfələrini verirlər.

Sonda kinorejissor Vaqif Mustafayevə Respublika Veteranlar TəşkilatınınVeteran həmrəyliyimedalı təqdim edilib.

Respublika.- 2017.- 13 aprel.- S.4