“Xalçaçılıq
sənətini yaşat
və təbliğ et” adlı layihənin
açılış mərasimi
olub
Yeni Azərbaycan Partiyası
Gənclər Birliyi və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Xalçaçılıq
sənətini yaşat
və təbliğ et” adlı layihəyə
start verilib.Muzeyin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
tədbirdə YAP Gənclər
Birliyinin əlaqələndiricisi
Elmar Məmmədov çıxış
edərək Azərbaycan xalq
tətbiqi sənəti
olan xalçaçılığın
xalqımızın mədəniyyət
tarixində özünəməxsus
yer tutduğunu və tarixən böyük inkişaf yolu keçdiyini bildirib.Vurğulanıb ki,
layihə ölkə başçısının imzaladığı
“Azərbaycan xalça
sənətinin qorunması və
inkişaf etdirilməsi”
haqqında Sərəncama
uyğun olaraq reallaşıb.Tədbirdə Xalça
Muzeyinin YAP ilk ərazi təşkilatının
sədri, layihənin əlaqələndiricisi Fuad
Rəsul iştirakçı
gənclərə layihə
haqqında ətraflı
məlumat verib.Bildirilib
ki, Azərbaycan xalqının sevə-sevə
yaşatdığı, əsrlərboyu
qoruduğu qədim sənət növü olan xalçaçılıq
tarixinin öyrənilməsi,
unudulmaqda olan xalça sənətinin dirçəlişi və
gənc nəsillərə
təbliği məqsədilə
xalçaçılıq üzrə tədris planı təşkil olunub. Bir ay müddətinə
nəzərdə tutulan
tədris planı ərzində Azərbaycan
Xalça Muzeyinin əməkdaşlarının mühazirələri
dinləniləcək, xalçaçı-rəssamlar
iştirakçılara əyani
şəkildə milli
naxışları çəkməyi,
yerli toxucular isə xalçanın toxunması texnikalarını
öyrədəcək.Sonra tədbirdə xalçanın yaranma tarixindən və xalça sənətindən
bəhs edən videoçarx nümayiş
olunub.Sonda layihədə
iştirak edən gənclərə sertifikat
təqdim olunacaq.
Yeni Azərbaycan.-
2017.- 13 aprel.- S.7