Xalq artisti Əfrasiyab BədəlbəylininQız qalasıbaleti nümayiş etdirilib

 

Aprelin 15-də Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar, musiqişünas-alim dirijor Əfrasiyab Bədəlbəylinin 110 illiyinə həsr olunmuşQız qalasıbaletinin tamaşası keçirilib.

Məlumat üçün bildirək ki, “Qız qalasıAzərbaycan milli baletinin ilk nümunəsi olub 1940-cı il aprelin 16-da Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında tamaşaya qoyulub. Həmin vaxtdan tamaşa teatrın repertuarında geniş yer tutur, bir neçə dəfə Moskva Rusiyanın başqa şəhərlərində, eləcə Türkiyədə qədim Aspendos teatrında göstərilib. Qeyd edək ki,”Qız qalasıbaleti yalnız Azərbaycanda deyil, bütün Yaxın Orta Şərqdə ilk balet hesab olunur.

Qədim Bakının tarixi mərkəzində, alınmaz qala divarlarının əhatəsində şəhərin əsas rəmzlərindən biri olan Qız qalası haqqında yazılan baletdəŞoloxo”, “Ay bəri bax”, “Kikicankimi xalq havalarının əsasında yaradılan emosional rəqslər gecəyə xüsusi rəng qatıb. Ali hisslər yaradan rəqslərin musiqi ilə ahəngi, o cümlədən gözoxşayan dekorasiya aktyorların bir-birindən parlaq gözəl geyimləri gecəni unudulmaz edib. Görkəmli sənətkarın qardaşı oğlu, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli tamaşanı izləməyə gələnlərin sırasında öz yerini almışdı.

Yeri gəlmişkən bildirək ki, dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov olan səhnə əsərində əsas rolları Azərbaycanın Xalq artisti Gülağası Mirzəyev (Polad) Əməkdar artistlər Tamilla Məmmədzadə (Gülyanaq) Makar Ferştandt (Cahangir xan) ifa ediblər. Sonda tamaşaçılarla dolu olan zal uzun müddət ayaq üstə aktyorları alqışlayıb.

Müşfiqə BAYRAMLI

Yeni Azərbaycan.- 2017.- 18 aprel.- S.7