İmamverdi İsmayılovun
Ulu öndər Heydər Əliyev haqqında məqaləsi Türkiyə mətbuatında
dərc olunub
Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist, Milli Məclisin deputatı İmamverdi İsmayılovun xalqımızın
Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Heyrət” sərlövhəli məqaləsi
Türkiyənin bir sıra kütləvi informasiya vasitələrində
dərc olunub.
AZƏRTAC xəbər
verir ki, “Ekoyaşam” qəzetində,
“Kocaeli” xəbər və mədəniyyət
portalında dərc olunan məqalədə Ulu öndər Heydər Əliyevin mənalı həyat yolu və zəngin
siyasi fəaliyyəti
fərqli prizmadan oxuculara təqdim edilir.
Müəllif məqalədə 1930-cu ildə
çəkilən fotoda
dünyaya maraq dolu nəzərlərlə
baxan yeddi yaşlı Heydər Əliyevin gözlərinin
ifadə gücündən
heyrətləndiyini xüsusi
vurğulayır. Qeyd edir ki, həmin
məşhur fotoda yeddi yaşlı Heydər Əliyevin çöhrəsindəki ifadə
fotoaparatın obyektivinə
baxan başqa uşaqların heyrətinə
əsla bənzəmir.
Çünki həmin
şəkildə Heydər
Əliyev fotoobyektivə
yox, bütünlüklə
dünyaya baxır.
Məqalədə dahi şəxsiyyət
Heydər Əliyevin dünyaya gəldiyi dövrün - XX əsrin birinci rübünün ağır ictimai-siyasi mənzərəsi ətraflı
nəzərdən keçirilir,
Birinci Dünya müharibəsinin, ermənilərin
xalqımızın başına
gətirdikləri müsibətlərin
ağır fəsadları dəqiq təsvir olunur. Yazıda taleyinə Azərbaycanın
ən çətin dövrlərində xalqının
köməyinə yetişmək,
onu təhlükələrdən
xilas edərək sabitlik, inkişaf, çiçəklənmə yoluna
çıxarmaq yazılan
Heydər Əliyevin Vətəninə xidmət
etmək amalı uğrunda hamıya örnək olan fəaliyyəti qardaş ölkə oxucularının diqqətinə
çatdırılır.
Xüsusi vurğulanır ki,
ötən əsrin ortalarına qədər gərgin psixoloji sarsıntılar yaşamış,
repressiya xofundan illərlə özünə
qapanmış cəmiyyətdə
milli şüurun oyanışına nail olmağı, ana dilimizi dirçəltməyi,
bu xalqın əsrlər boyu yetişdirdiyi tarixi şəxsiyyətlərə, Vətən
tarixinə, ədəbiyyatına, mədəniyyətinə,
elminə, milli-mənəvi
dəyərlərinə sahib
çıxmağı, xalqın
azadlıq ruhunun daşıyıcısı olan
ziyalıları təzyiqlərdən
qorumağı, onların
fəaliyyətini istiqamətləndirməyi
ancaq Heydər Əliyev bacara bilərdi. Məhz belə bir ağır məqamda şəxsiyyəti, uzaqgörənliyi,
qətiyyəti, peşəkarlığı
ilə bütün zəruri istiqamətləri
zərgər dəqiqliyi
ilə müəyyənləşdirərək,
Ümummilli lider obrazında tarix səhnəsinə çıxan
Heydər Əliyev imperiya rəhbərlərinin
min bir maneələrinə baxmayaraq, respublikamızın
inkişafı ilə
bağlı böyük
proqramları uğurla
reallaşdırmaqla, ölkənin
gələcəyi üçün
milli kadr potensialı formalaşdırmaqla,
Azərbaycanı dünyada
tanıtmaqla, cəmiyyəti
müstəqil həyata
hazırlamaqla taleyinə
yazılan çətin
və müqəddəs
missiyanı uğurla
reallaşdıra bildi.
Məqalədə müstəqilliyin ilk illərində Azərbaycanın bütün
sahələrdə dərin
tənəzzül, vətəndaş
müharibəsi, parçalanma
təhlükəsi ilə
üzləşdikdə xalqın
Ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət
etdiyi vurğulanır.
Belə bir dövrdə Ümummilli liderin siyasi hakimiyyətə qayıdışından sonra
müstəqil dövlətin
sağlam təməllər
üzərində inkişaf
istiqamətlərinin müəyyənləşdirildiyini,
cəmiyyətdə demokratik
dəyərlərin bərqərar
olunduğunu, hüquqi
dövlət quruculuğu
istiqamətində dərin
və mütərəqqi islahatların
həyata keçirildiyini,
azad bazar iqtisadiyyatı yolunda qısa müddətdə
böyük nailiyyətlərin
qazanıldığını diqqətə çatdıran
müəllif oxuculara
“İndi siz deyin, bütün bunlar bir Heyrət
nümunəsi deyilmi?!”
sualını ünvanlayır.
Yazıda Ulu öndər
Heydər Əliyevin arzularındakı Azərbaycanı
tarixinin ən qüdrətli çağlarına
yetirən, dahi şəxsiyyətin missiyasını
yaşadan və davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizin
mühüm uğurlar
qazandığı xüsusi
vurğulanır. Həmçinin bu məfkurəni layiqincə yaşadan, ailə ocağının
qoşa qanad kimi cəfakeş qoruyucusu Mehriban xanım Əliyevanın da genişmiqyaslı fəaliyyəti ilə Ulu öndər Heydər Əliyev ideyalarının həyata
keçməsinə mühüm
töhfələr verdiyi
diqqətə çatdırılır.
Əməkdar jurnalist İmamverdi İsmayılovun türkiyəli
oxucularda böyük maraq doğuran “Heyrət” sərlövhəli
məqaləsi yaxın
günlərdə qardaş
ölkənin nüfuzlu
“Simge” jurnalında dərc olunacaq. Məqaləni digər
KİV-lər də dərc etməyi planlaşdırı
Yeni Azərbaycan.-
2017.- 21 fevarl.- S.6