Heydər Əliyev Fondunun yardım hədiyyələri Pakistanın Rara məktəbinə təqdim olunub

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Müzəffərabad şəhərinə səfər etmiş, 2007-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü dəstəyi ilə Müzəffərabad şəhərində inşa edilmiş, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adını daşıyan Rara məktəbində olmuşdur. Məlumatı Azinforum.az-a səfirlikdən veriblər.

Səfir Əli Əlizadə məktəbin müəllim heyəti şagirdləri ilə görüşərək, ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində onun adını daşıyan Heydər Əliyev Fondu tərəfindən tikilən məktəbi ziyarət etməkdən qürur duyduğunu bildirmişdir. Səfir, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti həyata keçirdiyi sosial humanitar layihələr barədə məlumat vermişdir. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət, idman, elm texnologiya, ekologiya, sosial digər sahələrdə müxtəlif ölkələrdə, xususən Pakistanda xeyli sayda layihələr həyata keçirdiyini qeyd etmişdir. Bu layihələr içərisində 2005-ci ildə Pakistanda baş vermiş dağıdıcı zəlzələdən sonra Müzəffərabad şəhərində 400 şağird yerlik Rara qızlar məktəbinin Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən inşa edilməsinin Azərbaycan-Pakistan dostluq qardaşlıq əlaqələrinin bir təzahürü, eyni zamanda təhsilə göstərilən diqqət qayğının bir nümunəsi olduğunu bildirmişdir.

 Səfir Azərbaycanın Pakistanla əlaqələrinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayaraq, Azərbaycan Pakistanın hər zaman bir birinə daim dəstək göstərdiyini, Azərbaycan torpaqlarını, Dağlıq Qarabağ ətraf rayonları işğal etdiyinə görə Pakistanın Ermənistanı bir dövlət olaraq tanımadığını, həmçinin, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Kəşmir üzrə təmas qrupunun üzvü olduğunu, Dağlıq Qarabağ Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında tezliklə həll olunması gərəkdiyini bildirmişdir. Səfir, həmçinin məktəbdə tədrisin mövcud vəziyyəti ilə yaxından tanış olmuş məktəbin ehtiyacları ilə maraqlanmışdır. Səfir Heydər Əliyev Fondunun yardım hədiyyələrini, uşaqlar üçün alınmış dərslikləri, məktəbli formalarını, kompüter printerləri, dəmir seyfləri, idman ləvazimatlarını, əyani dərs materiallarını, xəritə, məlumat lövhələrini, uşaq oyuncaqlarını müəyyən digər hədiyyələri məktəbə təqdim etmişdir. Səfir həmçinin Heydər Əliyev Fondunun nəşr etdiyi müəyyən kitabları, eləcə Pakistanda urdu ingilis dillərində dərc edilmişHeydər Əliyev”, ““Azərbaycanın qısa dövlətçilik tarixi”, “Xocalı Soyqırımı şahidlərin dili ilə”, “Azərbaycan poeziyası”, “Azərbaycan Qafqazın cənnəti”, eləcə Azərbaycan Azərbaycan həqiqətlərinə dair digər kitabları, jurnal bukletləri məktəbə təqdim etmişdir.

Əyalətin təhsil nazirinin müavini İrşad Əhməd Qureyşi məktəbin direktoru xanım Nighat Şahin Fond tərəfindən tikilmiş Rara məktəbinin şağirdlərin müxtəlif biliklərə yiyələnməsində, onların tədris, təlim tərbiyəsində önəmli rolunun olduğunu, təhsil üçün yaradılmış əlverişli şəraitə, diqqət qayğıya görə Azərbaycan dövlətinə, xüsusilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, xanım Mehriban Əliyevaya hökümətin özlərinin dərin təşəkkürlərinin çatdırılmasını xahiş etmişlər.

Sonda məktəblilər müxtəlif mədəni nömrələr nümayiş etdirməklə öz fəaliyyətlərini təqdim etmişlər.

Yeni Azərbaycan.- 2017.- 2 2 aprel.- S.7