Multikulturalizm Mərkəzində “Müasir
Azərbaycan cəmiyyətində
multikultural ənənələrin
inkişafında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda seminar keçirilib
Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzində (BBMM) “Müasir
Azərbaycan cəmiyyətində
multikultural ənənələrin
inkişafında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda “Multikulturalizmə
giriş” və “Azərbaycan multikulturalizmi”
fənlərinin tədrisi
məsələlərinə həsr olunmuş növbəti metodik seminar keçirilib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşaviri
xidmətinin baş məsləhətçisi Seyfəl
Həsənov tədbiri
açaraq öncə
Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan cəmiyyətində multikultural
ənənələrin inkişafı istiqamətində həyata keçirdiyi
əvəzsiz işlərdən
söz açıb:
“Ümummilli lider Heydər Əliyev Azərbaycanın tarixən
sahib olduğu tolerantlıq ənənələrini
və multikulturalizm dəyərlərini daha yüksək hüquqi və siyasi müstəviyə qaldırdı.
Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin
qorunması və inkişafı sahəsində
həyata keçirilən
siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə
davam etdirilir. Məhz bu siyasi
kursun nəticəsində
multikulturalizm bu gün Azərbaycanın dövlət siyasətində
prioritet istiqamətlərdəndir.
Dünyanın müxtəlif
ölkələrindəki ali
təhsil müəssisələrində
və ölkəmizdəki
universitetlərdə “Azərbaycan
multikulturalizmi” və
“Multikulturalizmə giriş”
fənlərinin tədrisi
də bunun parlaq sübutlarından biridir. Vaxtaşırı təşkil etdiyimiz
belə seminarlar sözügedən fənlərin
tədris keyfiyyətinin
daha da artırılması,
qarşıda duran vəzifələrin həlli,
mövcud problemlərin
aradan qaldırılmasını
birgə müzakirə
etmək, ortaq nəticələrə gəlmək
məqsədi daşıyır”.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşaviri
xidmətinin baş məsləhətçisi, professor
Etibar Nəcəfov “Azərbaycan multikulturalizmi”
fənninin hazırda dünyanın 15, ölkəmizin
40 aparıcı universitetində
tədris olunduğunu
xatırladaraq artıq
fənnin tədrisi istiqamətində müsbət
təcrübə və
nailiyyətlərin əldə
olunduğunu diqqətə
çatdırıb.
Etibar Nəcəfov
tədris prosesinin elmi-metodiki təminatı sahəsindəki problemlərin
də artıq həllini tapmaq üzrə olduğunu bildirib. Professor qeyd edib ki, “Azərbaycan multikulturalizminin qaynaqları”
seriyasından “Azərbaycan
multikulturalizminin ədəbi-bədii
qaynaqları” kitabı
artıq üç dildə - Azərbaycan, rus və ingilis
dillərində işıq
üzü görüb
və tədrislə məşğul olan müəllimlərə çatdırılıb,
bu seriyadan digər nəşrlər
də hazırlanır.
“Azərbaycan multikulturalizmi”
dərsliyi də bu günlərdə müəllim-tələbə heyətinə
təqdim ediləcək.
Müxtəlif universitetlərdə adıçəkilən fənni
tədris edən mütəxəssislər - Azərbaycan
Dövlət Rəssamlıq
Akademiyasından Rima Qafarzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Azad Cəfərov, Bakı Mühəndislər Universitetindən
Turac Məmmədova, Azərbaycan Texniki Universitetindən Eyyub Kərimov
və Qabil Hüseynli, Azərbaycan Dövlət Pedaqoji Universitetindən Leyli Quliyeva, Polis Akademiyasından Rəhim Məcnunov, Bakı Slavyan Universitetindən Hacı Rauf, Sumqayıt Dövlət Universitetindən Adil Qurbanov, AMEA-nın Fəlsəfə İnstitutundan
Elsevər Səmədov
və BBMM-in Analitika şöbəsinin
müdiri Rəşad İlyasovun da qatıldığı tədbirdə
Ulu öndərin Azərbaycan multikulturalizminin
qorunması və inkişafı sahəsində
əsasını qoyduğu
işlərdən söz
açılıb, eləcə
də tədrisin keyfiyyətinin daha da artırılması, gələcəkdə layihənin
miqyasının daha da genişləndirilməsi
perspektivləri nəzərdən keçirilib,
irəli sürülən
təkliflər müzakirə
edilib.
Yeni Azərbaycan.- 2017.- 25 aprel.- S.7