Bakı Yunus Əmrə İnstitutu Milli Suverenlik Uşaq Bayramı münasibətilə silsilə tədbirlər keçirib

 

Məlum olduğu kimi, aprelin 23-də Türkiyədə Milli Suverenlik Uşaq Bayramı, həmçinin Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının 97-ci ildönümü qeyd olunub. Bu münasibətlə ölkənin bütün ərazisində, o cümlədən təhsil müəssisələrində tədbirlər, şənlik konsertlər təşkil olunub. Küçə meydanlar bayramsayağı bəzədilib.

Eyni zamanda, Azərbaycanda da bu münasibətlə 18-21 aprel tarixlərində Bakı Yunus Əmrə İnstitutu tərəfindən türk dilinin tədris edildiyi Azərbaycan məktəblərində silsilə bayram şənlikləri həyata keçirilib. Sözügedən qurumdan qəzetimizə verilən məlumata görə, tədbirlərdə Bakı Yunus Əmrə İnstitutunun təhsil şöbəsinin müdiri Ali İhsan Çevik, Bakı TÖMER müdiri İdris Göbütoğlu, türk dili müəllimi Aydan Umudova məktəb direktorları - Arzu Qədirova, Hicran Qarabəyli, Abuzər Əsədov çıxış edərək 23 aprel bayramının tarixi əhəmiyyətindən, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət qayğıdan, iki qardaş ölkənin təhsil mədəniyyət sahəsindəki uğurlarından bəhs ediblər.

Azərbaycan Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayan şənliklərdə məktəb şagirdlərinin oxuduqlarıSev, qardaşım”, “Əl-ələ verək”, “Dünyaya gəldik bir kərə”, “Həyat bayram olsamusiqi parçaları, həmçinin şeirlər böyük cosquyla qarşılanıb. Eyni zamanda, ibtidai sinif şagirdlərinin hazırladıqlarıKiçik əsgərsəhnəciyi, “Azərbaycan incilərirəqsi, əyləncəli sehrbaz nömrələri uşaqlara sevincli anlar yaşadıb.

Sonda Bakı Yunus Əmrə İnstitutu tərəfindən bütün uşaqlara hədiyyələr verilib.

Yeni  Azərbaycan.- 2017.- 25 aprel.- S.7