Almaniyada “Heydər Əliyev
- gənclik-multikulturalizm” mövzusunda
beynəlxalq konfrans keçiriləcək
Mayın 10-11-də Almaniyanın Auqsburq şəhərində
Azərbaycanın Gənc
Dostları Klubunun təşəbbüsü, Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzi (BBMM) və
Auqsburq Universitetinin birgə təşkilatçılığı
ilə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev - gənclik- multikulturalizm” mövzusunda
ikigünlük beynəlxalq nəzəri-praktik
konfrans keçiriləcək.
Konfransın keçirilməsi ideyası
Azərbaycanın Gənc
Dostları Klubunun həmsədrləri Litva Pedaqoji universitetinin elmi işçisi Salomeya Lukayte və Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios
Asproulis tərəfindən
təklif edilib.
AZƏRTAC xəbər verir ki, BBMM-in mətbuat xidmətinə bununla bağlı açıqlamasında
Salomeya Lukayte bu layihənin həyata keçirilməsi
məqsədlərindən danışıb. Qeyd edib ki, əsas
məqsəd Azərbaycan
multikulturalizmini hüquqi
və siyasi müstəviyə qaldıran,
eyni zamanda, gəncliyin dostu və etibarlı dayağı olan Heydər Əliyevə bəslənilən ehtiramı
beynəlxalq səviyyədə
ifadə etməkdir. Həmçinin Avropa, Asiya və Amerikada
yaşayan Azərbaycanın
Gənc Dostları Klubunun üzvlərinin vasitəsilə multikulturalizmi,
tolerantlıq ideyalarını
daha geniş təbliğ və təşviq etmək, dünyada sülhün, barışın bərqərar
olmasına töhfə
verməkdir.
“Azərbaycan
multikulturalizminin siyasi
banisi olan Heydər Əliyevin doğum gününə həsr olunmuş bu möhtəşəm tədbirə Azərbaycan
Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, akademik
Kamal Abdullayev, ölkəmizdən, eləcə
də dünyanın müxtəlif ölkələrindən
12 alim, ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,
Bakı İslam Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetindən 6 tələbə,
17 xarici ölkə universitetindən Yunanıstan,
Litva, Rusiya, İndoneziya, Estoniya, İsrail, ABŞ, Portuqaliya,
Türkiyə, Bolqarıstan,
İtaliya, Polşa, Almaniya, Gürcüstan, İsveçrə, Makedoniya,
Çexiya, Rumıniya
və Efiopiyanı təmsil edən 25 tələbə, Azərbaycan
və Almaniyanın dini icma rəhbərləri, Auqsburq
Universitetinin müəllim-tələbə
heyəti, dövlət
rəsmiləri və
ictimaiyyət nümayəndələri
qatılacaq. Konfrans çərçivəsində
sərgi və “dəyirmi masa” təşkil ediləcək,
xarici ölkələrin
alim və tələbələrinin çıxışları,
mühazirələri dinləniləcək,
müzakirələr aparılacaq,
multikultural mədəniyyət
axşamları təqdim
olunacaq”, - deyə S.Lukayte bildirib.
Dimitrios Asproulis
vurğulayıb ki, Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri tərəfindən
irəli sürülən
bu təklif klubun üzvləri tərəfindən rəğbətlə
qarşılanıb: “Layihə
haqqında öyrənən
klub üzvləri yekdil olaraq bu
konfransda iştirak etmək istədiklərini
ifadə ediblər. Sözügedən tədbirə
qatılaraq Azərbaycanın
multikulturalizm modeli, ölkədəki tolerant mühit və bu istiqamətdəki uğurlu dövlət siyasəti haqqında fikirlərini, eyni zamanda, təəssüratlarını
bölüşmək arzularını
çatdırıblar. Auqsburqda
keçiriləcək konfransa
sözügedən Klubda
təmsil olunan tələbə və gənclər qatılaraq mövzu ətrafında təqdimatlarla çıxış
edəcəklər”.
İdeyanın təşəbbüskarlarından olan, Portuqaliyanın Lusofona Universitetinin tələbəsi, gənc
rejissor Joao Mestre IV Beynəlxalq multikulturalizm qış məktəbində iştirakının
Azərbaycanı və
onun multikulturalizm modelini əyani şəkildə tanımağa
imkan yaratdığını
vurğulayıb. Gənc
rejissor həm də IV Beynəlxalq multikulturalizm qış məktəbində iştirakı
zamanı əldə etdiyi videoçəkilişlər
və bilgilər əsasında Azərbaycan
multikulturalizmi modeli ilə bağlı sənədli film çəkdiyini də xatırladıb. Joao Mestre bildirib
ki, sözügedən
ikigünlük beynəlxalq
nəzəri-praktik konfrans
vasitəsilə Azərbaycanın
dünyaya örnək
olacaq multikulturalizm modeli, bu ölkədə
aparılan uğurlu gənclər siyasəti, Avropanın multikulturalizmdən
imtina etdiyini bəyan etdiyi bir vaxtda multikulturalizmin
Azərbaycanda dövlət
siyasətinin prioritet istiqamətlərindən
olduğunu, Azərbaycan
xalqının əsrlərə
söykənən multikulturalizm
və tolerantlıq ənənələrinin Heydər
Əliyev tərəfindən
daha yüksək siyasi səviyyəyə qaldırıldığını və Prezident İlham Əliyevin bu siyasi kursu
müvəffəqiyyətlə davam etdirdiyini beynəlxalq ictimaiyyətə təqdim
etmək imkanı yaranır.
“Ən maraqlı
cəhət budur ki, Azərbaycan haqqındakı bu təqdimatı onun xarici ölkələrdəki
gənc intellektual dostları həyata keçirəcək. Onlar
bu konfransda yenidən bir araya gələrək beynəlxalq multikulturalizm yay və qış
məktəbləri ərzində
öz gözləri ilə şahid olduqları Azərbaycan həqiqətlərini dünyaya
bəyan edəcəklər.
Düşünürəm ki, bu konfransın gerçəkləşməsi
Azərbaycan Prezidenti İlham Əliyevin – Azərbaycan gənclərinin
İndoneziyadan ABŞ-a, Almaniyadan
Vyetnama qədər - dünyanın dörd bir tərəfində intellektual dostlarının
sayının artırılması
ilə bağlı həyata keçirdiyi uğurlu siyasətin
parlaq nəticəsidir”,
- deyə J.Mestre vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın Gənc Dostları Klubu İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən, 16 ölkədən 50-dən çox tələbənin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Salomeya Lukayte və Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılıb. Beynəlxalq klubda Azərbaycan multikulturalizminin ölkəmizə qazandırdığı xarici gənclər və ziyalılardan ibarət 200-dən artıq üzv təmsil olunur. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi - bütövlükdə haqq işinin dəstəklənməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir.
Yeni Azərbaycan.-
2017.- 27 aprel.- S.7