Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzində “Azərbaycanda
yaşayan xalqların
atalar sözləri və deyimləri” kitabı təqdim edilib
Aprelin 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Azərbaycanda
yaşayan xalqların
atalar sözləri və deyimləri” kitabının
təqdimatı keçirilib.
BBMM-in müşaviri,
professor Aytən Qəhrəman nəşri
yüksək dəyərləndirərək
rəhbərlik etdiyi qurumun hər zaman belə layihələrə dəstək
olduğunu və bundan sonra da
olacağını vurğulayıb.
Müşavir bildirib ki, kitabda Azərbaycanda
yaşayan müxtəlif
xalqların həyatının
müxtəlif sahələri,
məişəti, münasibətləri,
fikri, dünyagörüşü
haqqında 1300-ə yaxın
atalar sözü və deyimlər toplanıb.
Filologiya elmləri
doktoru, professor İmamverdi Həmidov qeyd edib ki, sözügedən
nəşr ölkəmizdə
yaşayan xalqların
ədəbi-mədəni irsi
haqqında obyektiv təsəvvür yaratmağa
kömək edir.
Filologiya elmləri
üzrə fəlsəfə
doktoru Mətanət Yaqubqızı İradə
Məlikovanın tərtib
etdiyi kitabı aktual hesab etdiyini
bildirib: “ Prezident İlham Əliyev “XXI əsr: ümidlər və çağırışlar”
devizi ilə bakıda keşirilən Beynəlxalq Humanitar Forumda belə bir fikir səsləndirib:
“Multikulturalizm bütün
xalqları birləşdirir”.
Bu münasibətlə
ölkəmizdə keçirilən
tədbirlərin və
nəşr olunan kitabların xalqımızın
mədəniyyət tarixində
böyük rolu var”.
Kitabın tərtibçisi və ön sözün müəllifi İradə Məlikova çıxışında
nəşri hazırlarkən
hər bir xalqın həyat şəraiti, məişət
tərzi, tarixi, etnoqrafiyası, adət-ənənəsi
ilə bağlı fikirləri, ifadə üsullarını saxlamağa
çalışdığını deyib: “Kitabda avar, buduq, xınalıq,
ingiloy, kürd, ləzgi, rutul, saxur, talış, tat və udi
xalqının
atalar sözü
və deyimləri toplanıb. Bu atalar sözləri əsl poeziyadır. Bu folklor nümunələrindən
görünür ki, multikulturalizm xalqımızın
həyat tərzidir. Əsrlər boyunca Azərbaycan xalqı bir-birinin dilinə, dininə, adət-ənənəsinə,
dəyər verərək
yaşayıb və yaşayır”.
İradə Məlikova layihədə
ona mənəvi dəstək olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzivə Azərbaycan
Elmlər Akademiyasının
Folklor İnstitutuna, eləcə də atalar sözləri və deyimləri toplayıb Azərbaycan dilinə tərcümə
etməkdə yardımçı
olan şəxslərə
minnətdarlığını bildirib.
Tədbirdə iştirak edən etnik icma nümayəndələri,
adıçəkilən qurumların
əməkdaşları və
qonaqlar nəşrlə
bağlı fikirlərini
bölüşüblər, müzakirələr aparıblar.
Yeni Azərbaycan.-
2017.- 29 aprel.- S.7