EMİN: “Jara” artıq sadəcə bir festival deyil, böyük musiqi platformasıdır
“Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından
biri, tanınmış
bəstəkar və müğənni Emin Ağalarov (EMİN) AZƏRTAC-a
məxsusi müsahibə
verib. Müsahibəni təqdim edirik.
– Bakıda ikinci dəfədir keçirilən
“Jara” Beynəlxalq Musiqi Festivalını müxtəsər olaraq necə səciyyələndirərdiniz?
– Mən Bakıda
doğulmuşam, həyatımın
böyük hissəsini
isə Rusiyada yaşamışam. Ona görə də
rus estradasının tanınmış simalarını
Bakıya toplamaq mənim üçün çox xoşdur və “Jara” layihəsinin uğurlu alınmasına ürəkdən
sevinirəm. “Jara” artıq sadəcə festival deyil,
o, böyük musiqi platformasına çevrilib.
Mən doğma Bakıda, çox sevdiyim Xəzər sahillərində
böyük musiqi bayramı gözləyirəm.
Özüm müğənni olduğum üçün
musiqinin insan ovqatına necə təsir etdiyini, həyatımızda necə
böyük rol oynadığını duyuram.
Hər kəs bu bayramın
bitməməsini, davam
etməsini istəyir,
çünki bu hisslər heç nə ilə müqayisə oluna bilməz.
– “Sea Breeze” istirahət mərkəzi “Jara” üçün gözəl
məkandır. Sizcə, bu festivalı
daha harada keçirmək olar?
– Mən bu festivalın
keçirilməsi üçün
alternativ məkan görmürəm. “Sea Breeze
Resort” doğrudan da “Jara”
üçün ideal yerdir.
Etiraf edim ki, “Jara”nın
möhtəşəmliyi hətta
mənim özümü
belə təəccübləndirir.
– Festivalın coğrafiyası
getdikcə genişlənir.
Maraqlıdır, “Jara”ya daha
hansı ölkələrdən
iştirakçılar, yaxud
mütəxəssislər cəlb
oluna bilər?
– Bu il festivalın
fəxri qonaqları qismində xarici şou-biznesin tanınmış
mütəxəssislərini dəvət etmişik. Hələlik biz postsovet məkanında
böyük sürətlə
irəliləyirik. Əlbəttə, festivalın coğrafiyasını
daha da genişləndirmək
haqqında düşünürük.
Ümidvaram ki, yaxın
gələcəkdə “Jara”ya
dünyanın tanınmış
ulduzları da qoşulacaq.
Biz bu istiqamətdə
irəliləməkdə davam
edəcəyik. Avropadan başlayıb,
Amerikaya doğru hərəkət edəcəyik.
– Sizcə, festivalda Azərbaycan estradasına ayrılan yer yetərlidirmi?
– Azərbaycan müğənniləri
konsert proqramlarının
hər birində səhnəyə çıxır,
festivalda tanınmış
estrada ifaçıları
iştirak edirlər. Onların sırasında tanınmış
mədəniyyət xadimi
və müğənni
Polad Bülbüloğlu
da var. Mən də özümü Azərbaycan
ifaçısı hesab
edirəm. İdeyalarımız
çoxdur, məqsədimiz
“Jara”nı daha unikal etməkdir.
EMİN-in
sözünə qüvvət:
“Jara-2017”də iştirak etmək
üçün Bakıya
musiqiçilər, rəqqaslar
və onları müşayiət edən
heyətlərlə birlikdə
500-dən çox qonaq
gəlib. Festival çərçivəsində görkəmli müğənni
Sofiya Rotarunun 70 illiyi şərəfinə
yubiley konserti olub. Dünən isə musiqi
həvəskarları daha
bir maraqlı konsert proqramı - dünya şöhrətli
Alla Puqaçovanın
yaradıcılıq gecəsinin
şahidi oldular.
Festivalın bağlanış günü isə Rusiyanın Əməkdar artisti Qriqori Lepsin yaradıcılıq
gecəsi keçiriləcək.
yasının Tələbə
Simfonik Orkestrinin, “Femusa” Kamera Orkestrinin, “Clarte” klarnet kvartetinin, “Furioso” kvartetinin konsertləri ol.
Yeni Azərbaycan.-
2017.- 1 avqust.- S.6.