Azərbaycan Xalça MuzeyindəMuzey könüllüləradlı tədbir keçirilib

 

Dekabrın 5-də Azərbaycan Xalça Muzeyində Beynəlxalq Könüllülər Günü münasibətiləMuzey könüllüləradlı tədbir keçirilib. Tədbirdə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova digər çıxış edənlər ölkəmizdə gənclərin könüllülük hərəkatında fəal iştirak etməsini yüksək qiymətləndiriblər.

Qeyd edilib ki, Azərbaycanın mədəni irsinin qorunub saxlanılması, nümayiş etdirilməsi, təbliğ olunması bütün dünyaya çatdırılması missiyası muzeyin əsas məqsəd vəzifələrindən biridir. Muzey könüllülərinin əsas fəaliyyəti insanların muzeylərə marağının artırılması, muzey işində təcrübə, bacarıq qabiliyyətlərinin inkişafına yönəldilib.

Tədbirdə çıxış edən “ASAN Könüllüləritəşkilatının sədri Bəxtiyar İslamov bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti, Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti Bakı Humanitar Kollecinin 40-a yaxın tələbəsi muzeyin könüllüləri sırasına qoşulub. Könüllülük dövründə muzeyin işi ilə yaxından tanış olaraq milli irsimizin qorunub saxlanılması geniş ictimaiyyətə çatdırılmasında zəngin təcrübə toplayıblar. Onlardan xüsusi aktivliyi bacarığı ilə seçilən 6 nəfər muzeydə işlə təmin olunub.

Sonda Xalça Muzeyi tərəfindən könüllü gənclərə sertifikatlar təqdim olunub.

Müşfiqə

Yeni Azərbaycan.- 2017.- 6 dekabr.- S.6.