Regionlarda
payızlıq taxıl səpini uğurla davam edir
Yeni əkin
sahələrinin dövriyyəyə daxil edilməsi payız əkini
dövründə məhsuldarlığın artmasına
şərait yaradır
Ölkəmizdə həyata keçirilən
sosial-iqtisadi siyasət qeyri-neft sektorunun inkişafına əhəmiyyətli
təkan verməkdədir. Bu mənada aqrar sahənin
inkişafı xüsusilə diqqət mərkəzindədir.
Belə ki, ərzaq təhlükəsizliyinin təmini,
regionlarda kənd təsərrüfatının inkişaf
etdirilməsi bu sahədə dövlətimizin əsas
prioritetlərdən sayılır. Bu məqamda
vurğulamaq yerinə düşər ki, ölkənin
etibarlı ərzaq təminatına nail olunmasında
taxılçılıq strateji əhəmiyyət
daşıyır. Bu gün qabaqcıl təcrübənin,
intensiv metodların tətbiqi taxılçılıqda
istehsalın genişlənməsinə müsbət təsir
göstərən vacib amillərdən sayılır. Yəni intensiv metodlardan istifadə edərək məhsuldarlığı
artırmaqla, eləcə də əkin sahələrinin
genişləndirilməsi ilə ölkəmizdə taxıl
istehsalı əhəmiyyətli dərəcədə
yüksəlir. Eləcə də
respublikamızın regionlarında taxılçılıq
sahəsində dünya miqyasında təsdiqini tapan qabaqcıl
təcrübənin tətbiqi, o cümlədən də iri
fermer təsərrüfatlarının yaradılması
uğurla həyata keçirilir. Prezident
İlham Əliyevin tapşırığına uyğun olaraq
Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının
fəaliyyətə başlaması ilə ölkəmizdə,
əslində, yeni bir kənd təsərrüfatı
sisteminin formalaşdığını söyləmək
mümkündür. İri fermer təsərrüfatlarının
yaradılması respublikamızda kənd təsərrüfatı
məhsullarının, ən əsası isə
taxılçılığın istehsalının
artırılmasını stimullaşdırır. Və payız səpini dövründə
müşahidə edilənlər də deyilənləri təsdiqləyir.
Payız səpinindən söz düşmüşkən
hazırda bu istiqamətdə bölgələrdə işlər
davam etdirilir.
Məsələn, Saatlı rayonunda
taxılçılıq əsas təsərrüfat sahələrindən
hesab olunur. Fermerlər təsərrüfatın
bu sahəsinə böyük maraq göstərdiklərindən
rayonda əkin sahələri ilbəil genişlənir, məhsuldarlıq
artır. Rayon Statistika İdarəsindən
verilən məlumata görə, Saatlı
taxılçıları ötən ilin payızında 20
min 435 hektar sahədə taxıl əkiblər. Bunun da 2
min 946 hektarını arpa, 17 min 489 hektarını buğda sahələri
təşkil edib. Əkinçilər cari ildə biçin
apardıqları arpa sahələrindən 10 min 222, buğda zəmilərindən
isə 72 min 918 ton məhsul götürüblər.
Saatlılı fermerlər taxıl sahələrindən,
ümumilikdə, 83 min 140 ton taxıl götürərək,
hər hektarın məhsuldarlığını
40,7 sentnerə çatdırıblar.
Vurğulamaq lazımdır ki, qazanılmış
uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri
2018-ci ildə də yüksək nəticələr əldə
etmək üçün səpin kampaniyasına vaxtında
başlayıblar. Əkinçilər səpin zamanı
daha çox rayonlaşdırılmış məhsuldar
sortlara üstünlük verirlər. Mülkiyyətçilər
taxıl səpinini qısa müddətdə başa
çatdırmaq üçün bütün imkanlardan səmərəli
istifadə edir, gün ərzində 100-150 hektar sahəyə
toxum səpirlər. Saatlılı taxılçılar
bu il 22 min hektara yaxın sahədə
payızlıq taxıl əkməyi planlaşdırıblar.
Şəmkir rayonunda da
taxılçılığın inkişafı ilə
bağlı mühüm addımlar atılmaqdadır. Verilən məlumatlara
görə, rayonun Ceyrançöl ərazisində dövriyyəyə
yeni sahələrin qatılması hesabına 4 min hektarda
taxıl əkininə başlanılıb. Noyabrın sonuna olan məlumata görə, 2500 hektar
sahə şumlanıb, 1500 hektarda taxıl səpilib.
“Ceyrançöl” Məhdud Məsuliyyətli Cəmiyyətinin
sədri Mayis Əzizov deyib ki, bu il
taxıl sahələri ötənilkindən 4 dəfə
artıq olacaq. Hazırda təsərrüfatda
şumlama və səpin işləri aparılır. Əkin sahələri Almaniya istehsalı olan
müasir texnikalarla şumlanır. Bu texnika ilə bir dəfəyə
3 proses həyata keçirilir: kotan torpağı
şumlayır, kotanın ardınca ikinci mexanizm şumu əzir
və malalama işini həyata keçirir, sonra toxumsəpən
buğdanı səpir və üstü yenidən
malalanır. Torpağa Almaniyadan gətirilmiş
toxum sortu səpilir ki, bu da həm quraqlığa
davamlılığı, həm də yüksək məhsuldar
olması ilə fərqlənir. Qeyd edilməlidir
ki, hazırda əkin üçün hazırlanan ərazilər
əvvəllər əkin üçün nəzərdə
tutulmadığı üçün suvarılmayıb.
İlk dəfə ötən təsərrüfat
ilində bu yerlərdə əkin aparılıb. Əraziyə Kür çayından 7 kilometr
uzunluğunda su xətti çəkilib, tutumu 10 min kubmetr olan
3 su anbarı inşa edilib. Ərazidə
müasir suvarma sistemi qurulub.
İmişli rayonunda da payızlıq taxıl səpini
yekunlaşmaq üzrədir. Fermerlər qısa
müddətdə 15 min 179 hektar sahəyə toxum səpiblər.
Bunun da 4 min 954 hektarı arpa, 10 min 225 hektarı buğda sahəsidir.
Fermerlər bundan sonra daha 2 min hektar sahəyə
toxum səpməklə payızlıq taxıl əkinini
başa çatdıracaqlar. Qeyd edək ki, imişlili
fermerlər ötən il əkdikləri 16 min hektar taxıl
sahəsindən 58 min tona yaxın məhsul götürərək,
hər hektarın məhsuldarlığını 35,7 sentnerə
çatdırıblar.
Ucar rayonunda isə payızlıq taxıl əkini
kampaniyası sürətlə davam edir və bu günədək
9456 hektarda səpin aparılıb. Artıq bölgədə
arpa səpini başa çatıb. Taxılçılıqla
məşğul olan fermerlər və fiziki şəxslər
5650 hektarda arpa əkiblər. Hazırda
buğda əkilir və hər gün sahələrə 40-dan
çox səpin aqreqatı çıxarılır. Son illərdə, o cümlədən cari
mövsümdə keyfiyyətli şum
çıxarılması, habelə əkin üçün
yüksək repreduksiyalı toxumlardan istifadə xüsusi diqqət
mərkəzindədir.
Hava şəraitinin törətdiyi çətinliklərə
baxmayaraq, bu mühüm strateji kampaniyanın vaxtında və
keyfiyyətlə başa çatdırılması
üçün bütün qüvvələr səfərbər
edilib. Rayonun əksər ərazisində, xüsusilə
Müsüslü, Yuxarı Şilyan, Bərgüşad,
Qaziyan və bir sıra digər ərazi vahidlərində səpin
kampaniyası daha mütəşəkkil aparılır.
Qeyd edək ki, aqroparkların yaradılması, əkin
üçün əlavə torpaq sahələrinin
ayrılması nəticəsində cari mövsümdə
payızlıq əkin sahələri xeyli artacaq. Belə ki, ötən
payızda 11 min 986 hektarda səpin aparılmışdısa,
bu mövsüm əkin sahələrinin 15-16 min hektara
çatdırılacağı gözlənilir.
Bərdə rayonunda da fermer və torpaq mülkiyyətçiləri
payız səpinini davam etdirirlər. Bu günədək rayon üzrə
12 min 560 hektar sahədə şum qaldırılıb. 10 min
462 hektar sahədə dən və yaşıl yem
üçün payızlıq bitkilər, o cümlədən
7737 hektarda buğda, 1663 hektarda dən üçün arpa,
1062 hektarda yaşıl yem üçün xəsil arpa səpilib.
Bərdə taxılçıları səpini
optimal müddətdə başa çatdırmaq
üçün bütün qüvvələri səfərbər
ediblər. Səpin kampaniyasına
lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və
digər texnika cəlb olunub.
Eyni zamanda, Kürdəmir rayonunun
taxılçıları da bu günlərdə payız səpini
ilə məşğuldurlar. Belə ki, hava şəraitinin
törətdiyi çətinliklərə baxmayaraq, rayonda
artıq 40 min hektaradək sahədə səpin
aparılıb. Hazırda əkin sürətlə
davam etdirilir və hər gün sahələrə 30-dan
çox səpin aqreqatı çıxarılır. Rayonun əksər ərazisində, xüsusilə
Qarasaqqal, Köhünlü, Muradxan, Pirili, Ərəbqubalı,
Qarasu və bir sıra digər ərazi vahidlərində səpin
kampaniyası daha mütəşəkkil aparılır.
Verilən məlumatlara görə, Aqroparkların
yaradılması, əkin üçün əlavə torpaq
sahələrinin ayrılması nəticəsində cari
mövsümdə payızlıq əkin sahələri xeyli
artacaq. Belə
ki, ötən payızda 39 min 360 hektarda səpin aparan fermerlər
və fiziki şəxslər bu mövsüm əkin sahələrini
45 min hektara çatdırmaq əzmindədirlər. Son illərdə olduğu kimi, cari mövsümdə
də keyfiyyətli şum çıxarılması, habelə
əkin üçün yüksək reproduksiyalı
toxumlardan istifadə xüsusi diqqət mərkəzindədir.
Eləcə də Hacıqabulda
taxılçılıq əsas təsərrüfat sahələrindən
sayılmaqdadır və dövlət tərəfindən
taxılçılıqla məşğul olan mülkiyyətçilərə
yanacaq və sürtkü yağlarına görə güzəşt
edilməsi, buğda istehsalçılarına son məhsula
görə əlavə subsidiya verilməsi torpaq mülkiyyətçilərinin
bu sahəyə marağını ilbəil artırır. Bu payız
fermerlər indiyədək 30 min 152 hektar sahəyə toxum səpiblər.
Bunun da 8 min 987 hektarı arpa, 21 min 150 hektarı buğda sahələridir.
Hazırda taxıl sahələrində səpin
kampaniyası müvəffəqiyyətlə davam edir. Məhsul istehsalçıları bundan sonra daha 1000
hektar sahəyə toxum səpməyi planlaşdırırlar.
Ümumiyyətlə, hacıqabullu
taxılçılar bu il 31 min 115 hektar sahədə taxıl
əkməyi nəzərdə tutublar. Ötən il isə bu
rəqəm 16 min hektara yaxın olub.
İsmayıllı rayonunda payızlıq
taxıl əkini sürətlə davam edir. Hava
şəraitinin törətdiyi çətinliklərə
baxmayaraq, indiyədək 27405,5 hektar səpin aparılıb
ki, bunun da 20768,5 hektarı buğda, 6637 hektarı arpa sahəsidir.
Şum çıxarılmasına, sahələrin əkinə
hazırlanmasına, habelə səpinə 120-dən çox
texnika cəlb olunub. İri taxılçılıq əraziləri
olan Qubaxəlilli, Quşencə, Gəraybəyli kəndlərində
fermerlər səpini optimal müddətdə, keyfiyyətlə
başa çatdırıblar. Hər üç ərazidə
əkin sahələri ötən ilə nisbətən
artıb.
Gələn ilin bol məhsulu üçün
səpinin aqrotexniki qaydada aparılması, əkində
yüksək kondisiyalı toxumlardan istifadə edilməsi
xüsusi diqqət mərkəzindədir. Fermerlər indiyədək
sahələrə 1000 tondan çox gübrə veriblər.
Cari mövsümdə rayonda azı 28,5 min hektarda payızlıq
taxıl əkiləcəyi gözlənilir. Bu da ötən
ildəkindən 250 hektar çoxdur.
Cəbhə bölgəsində yerləşən
Tərtər rayonunda da fermer və torpaq mülkiyyətçiləri
payız səpinini davam etdirirlər. Bu günədək rayon
üzrə 12 min 503,7 hektar sahədə şum
qaldırılıb, 9295,6 hektarda taxıl, o cümlədən
6102,2 hektarda buğda, 3069,5 hektarda dən üçün
arpa, 123,9 hektarda yaşıl yem üçün xəsil arpa
səpilib.
Tərtər taxılçıları səpini
optimal müddətdə başa çatdırmaq
üçün bütün qüvvələri səfərbər
ediblər. Səpin kampaniyasına lazımi qədər
traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb
edilib. Rayonda digər kənd təsərrüfatı bitkilərinin
də səpini aparılır. Belə ki, gələn ilin məhsulu
üçün bu günədək 38,93 hektarda baş
soğan, 82,8 hektarda sarımsaq, 532,5 hektarda təzə yonca, 8
hektarda digər bitkilər əkilib.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2017.- 8 dekabr.- S.6.