Məşhur italyan rəssam Karavacconun əsərləri
Heydər Əliyev Mərkəzində təqdim
ediləcək
Dekabrın 13-də Heydər Əliyev Mərkəzində “Karavacco
- Opera Omnia” adlı sərgi açılacaq.
Mərkəzdən AZƏRTAC-a
bildiriblər ki, sərgidə məşhur
italyan rəssam Mikelancelo Merizi da Karavacconun 40-dək əsərinin rəqəmsal
texnologiyadan istifadə
edilərək hazırlanmış
reproduksiyaları təqdim
olunacaq.
Reproduksiyalar əsərlərin real ölçülərində və
yüksək keyfiyyətdədir.
Mikelancelo Merizi
da Karavacco (1571-1610)
XVII əsr Avropa rəssamlığının islahatçısı,
realizmin banisi, barokkonun görkəmli nümayəndələrindən biridir. O, Milanda dünyaya gəlib, lakin yaradıcılıq karyerası Romada başlayıb. Qısa müddətdə özünü
peşəkar rəssam
kimi təsdiqləyib və əsərlərini
rəssamlıqda inqilaba
çevriləcək yeni
dillə yaradıb. Karavacco əsərlərində
işıq və qaranlığın kəskin
və mükəmməl
təzadını əks
etdirib.
“Karavacco - Opera
Omnia” sərgisi isə Karavacco sənəti ilə texnologiyanın yeniliklərini
qovuşdurur.
Sərgi İtaliya
Xarici İşlər
Nazirliyinin dəstəyi
ilə 2003-cü ildə
təşkil olunub və bir sıra
ölkələrdə, sonuncu
dəfə isə Gürcüstanda təqdim
edilib.
Heydər Əliyev
Mərkəzindəki sərgi
2018-ci il yanvarın
24-dək davam edəcək.
Yeni Azərbaycan.-
2017.- 8 dekabr.- S.6.