Molla Pənah Vaqifin 300 illik yubileyi təntənəli mərasimlə qeyd olunub

O, bu gün əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələrinin müəllifi kimi tanınmaqla yanaşı, həm milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verən söz xiridarı kimi xatırlanır. Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyat tarixində silinməz iz qoyan qüdrətli söz ustası Molla Pənah Vaqif, eyni zamanda, özünəməxsus ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkar kimi xarakterizə edilir. Azərbaycan şeiri Vaqifin bənzərsiz fitri istedadı böyük zəhməti sayəsində yeni mərhələyə adlaya bilib. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi bu gün insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Görkəmli Azərbaycan şairi ictimai-siyasi xadim Molla Pənah Vaqifin yaradıcılığı işıqlı xatirəsinin könüllərdə yaşamasına sahib çıxan doğma Vətəni onun adını məhz mənsub olduğu xalqının yaddaşında mənən yaşadır.

 

Prezident İlham ƏliyevinBöyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə şairin xatirəsi həsr edilmiş elmi-praktik konfranslar, rəsm sərgiləri digər bu qəbildən olan silsilə tədbirlər gerçəkləşib.

 

AZƏRTAC xəbər verir ki, Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə növbəti tədbir dekabrın 7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşıb.

 

Mədəniyyət Turizm, Təhsil nazirlikləri, eləcə Azərbaycan Milli Elmlər Akademiyası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə respublikanın tanınmış elm, mədəniyyət incəsənət xadimləri, habelə dövlət rəsmiləri iştirakı ediblər.

 

Əvvəlcə qonaqlar M.P.Vaqifin əsərlərindən, habelə şairin həyat yaradıcılığına həsr olunmuş kitablardan ibarət sərgisi ilə tanış olublar.

 

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev yubiley mərasimində çıxış edərək Molla Pənah Vaqifin ədəbiyyatımıza verdiyi töhfələrdən söz açıb: “Dövlətimiz tərəfindən tanınmış şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, əsərlərinin nəşri təbliği uzun illərdir ki, ənənə halını alıb. Molla Pənah Vaqifin yubileyinin qeyd edilməsi təkcə ölkəmizlə məhdudlaşmır, demək olar ki, bütün türk dünyasında bununla bağlı silsilə tədbirlər keçirilib. Akademik Nizami Cəfərovun şairin həyat yaradıcılığından bəhs edənMolla Pənah Vaqif”, Milli Kitabxananın hazırladığıMolla Pənah Vaqifbiblioqrafiyası nazirliyin, “Molla Pənah Vaqif dünya dillərindəkitabı isə TÜRKSOY-un dəstəyi ilə nəşr edilib”.

 

Nazir bildirib ki, mürəkkəb ziddiyyətli dövrdə yaşamasına baxmayaraq Vaqif xalqın şairi olmaq şərəfini ömrünün sonunadək ləyaqətlə qoruyub saxlayıb. Vaqifin ədəbiyyatımızın inkişafında, ana dilimizin zənginləşməsində böyük xidmətlərinin olduğunu söyləyən Ə.Qarayev deyib ki, hər bir azərbaycanlı Vaqifin yaradıcılığını oxuyur asanlıqla başa düşür. Doğrudan da M.P.Vaqifə qədər Azərbaycan dilində sadə, aydın anlaşıqlı üslubda yazan şairimiz az olub. Vaqifin yaradıcılığı insanların hafizələrində, yaddaşlarında yaşayaraq dövrümüzə qədər gəlib çatıb. Vaqifin əsərləri vaxtında itib-batmış, əlyazmaları talan olmuşdur. Ancaq onun yaradıcılığını sevən insanlar, bütövlükdə xalq M.P.Vaqifin əsərlərini yaddaşlarında yaşatmış, xanəndələr sözlərini məclislərdə ifa etmiş, yazmaq bacarığı olanlar şairin qəzəllərini, qoşmalarını, müxəmməslərini qələmə almışlar.

 

Molla Pənah Vaqif öz dövrünün böyük şairi, mütəfəkkiri dövlət xadimi olub. Onun yaradıcılığı özünəməxsus realist ədəbi-estetik mövqeyi ilə seçilir. Bundan başqa, onun yaradıcılığı təsdiq edir ki, milli özünüdərk M.P.Vaqif yaradıcılığında daha güclüdür. Molla Pənah Vaqif saray adamı olmaq, vəzir kimi çalışmaqla yanaşı, həm el-obaya, xalqa yaxın insan olub. Xalqın içərisindən çıxıb dövlət səviyyəsinə yüksəlmək yaradıcılığında xalqın ruhunu, dövlətdə siyasi fəaliyyət qabiliyyətini, bacarığını qoruyub saxlamaq yenə M.P.Vaqifə məxsus keyfiyyətdir.

 

Qeyd olunub ki, M.P.Vaqifin adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. 2017-ci il, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindənMolla Pənah Vaqif İli” elan edilərək, bu çərçivədə tədbirlər keçirilib.

 

1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açıldığını xatırladan nazir bildirib ki, erməni silahlıları tərəfindən işğal olunmuş Şuşa şəhərində vəhşicəsinə yerlə-yeksan edilən, talana məruz qalan bütün tarixi memarlıq mədəniyyət abidələrimiz kimi Vaqifin məqbərəsi dağıdılıb.

 

Ulu Öndərimizin zəngin Azərbaycan ədəbiyyatının inkişafına onun görkəmli nümayəndələrinin dünyada tanınmasına göstərdiyi diqqət qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Molla Pənah Vaqifin 300 illik yubileyinin qeyd olunması da bu siyasətin bariz nümunəsidir”, - deyə Ə.Qarayev vurğulayıb.

 

TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbəri olduğu qurumun təşkil etdiyi görkəmli şairə həsr edilmiş tədbirlərdən söz açıb. “Bu gün mənim üçün çox sevindiricidir ki, türk dünyasının böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyində iştirak edirəm. Türkdilli xalqlar arasında qardaşlıq əlaqələrini gücləndirmək, türk dünyasının mədəniyyətini tanıtmaq məqsədilə yaradılan TÜRKSOY hər il tanınmış şəxsiyyətlərin yubileylərini qeyd edir. TÜRKSOY “Molla Pənah Vaqif İli” çərçivəsində çoxsaylı tədbirlər keçirib, elmi-konfranslar təşkil edib. Dekabrın 22-də isə Şimali Kiprdə Vaqifə həsr edilmiş tədbirin təşkili nəzərdə tutulur”, - deyə D.Kaseinov söyləyib.

 

Görkəmli şairin yaradıcılıq məziyyətlərindən söz açan Kabardin Balkar Respublikasının Yazıçılar İttifaqının sədri Mütəllib Behbayev Vaqif şeirlərinin fəlsəfi quruluşu, yazı dilindəki rəvanlıq, onun siyasi dövlət işlərindəki tarixi fəaliyyətini yüksək qiymətləndirib.

 

Tədbir tanınmış ifaçılar tərəfindən təqdim olunan konsert proqramı ilə davam edib.

Yeni Azərbaycan.- 2017.- 8 dekabr.- S.10.