Ulu öndərin vəfatının ildönümü İspaniyada qeyd olunub

 

Dekabrın 11-də Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində yerləşən Kolon Mərkəzində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə İspaniyada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri, İspaniya parlamentinin, ictimaiyyətinin üzvləri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri Madriddə yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbir Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov Azərbaycan tarixinin 35 ilinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq, məhz bu dövrdə Azərbaycanın hərtərəfli inkişafına qədəm qoyulduğunu bildirib.

Qeyd olunub ki, Heydər Əliyevin vətənpərvərliyi ən çətin anlarda xalqı ilə birlikdə olmasında, vətəndaş müharibəsinin qarşısını almaq üçün həlledici qərarlar qəbul etməsində, erməni silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləməyə son qoymasında ölkədə sabitlik rifahın bərqərar olunmasında özünü büruzə verib. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasına 1 milyondan çox azərbaycanlının qaçqın məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan beynəlxalq siyasi arenada mühüm rol oynayan, dinamik inkişaf etməkdə olan bir dövlətə çevrilib. Xüsusi olaraq vurğulanıb ki, bu gün Ulu öndərin siyasi kursu Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bütün həyatını Azərbaycan xalqına həsr etmiş müdrik rəhbərin əbədi olaraq yaddaşlara həkk olunduğu Onun əziz xatirəsinin Heydər Əliyev Mərkəzi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı mədəni humanitar layihələrdə yaşadığı qeyd olunub.

Türkiyənin İspaniyadakı səfiri Ömər Önhon tədbirdə çıxış edərək Heydər Əliyevi tarixi bir şəxsiyyət Azərbaycanın dövlət müstəqilliyinin təminatçısı kimi dəyərləndirib, Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində Azərbaycanın dünya miqyasında tanındığını ölkələrimiz arasında dostluq qardaşlıq əlaqələrinin qurulmasında müstəsna rolunu diqqətə çatdırıb.

Tədbirdə Ulu öndərin həyat fəaliyyətinə həsr edilmiş ispan dilində sənədli film nümayiş olunduqdan sonra dahi bəstəkar Üzeyir HacıbəylininSənsizromansı Küçələrə su səpmişəmAzərbaycan xalq mahnısı İspaniyanınJoaquin Turinaadına Konservatoriyasının müəllimləri, həmyerlimiz Nigar Əskərovanın pianoda Antonio Perez Jimenezin fleytada ifası ilə mərasim iştirakçılarına təqdim edilib.

Sonda mərasim iştirakçıları ehsan süfrəsinə dəvət olunublar.

Yeni Azərbaycna.- 2017.- 12 dekabr.- S.8.