Müasir müstəqil Azərbaycan
Ulu öndər Heydər Əliyevin ideyaları əsasında
inkişaf edir
“Kaspi” Liseyində
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Dekabrın 12-də “Kaspi” Liseyində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “O, Heydər Əliyev idi!” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları
öncə Ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra çıxış edən Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva anım günündə Ümummilli
lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz
qarşısında əvəzolunmaz
fəaliyyətinin xatırlandığını
diqqətə çatdırıb,
Ulu öndərin Azərbaycanın xilaskarı
olduğunu bildirib.
Qeyd olunub ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev Azərbaycanı
bir dövlət kimi məhv olmaq təhlükəsindən
xilas etdi.
Çıxışında
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif
anları, həyata keçirdiyi çoxsaylı
işlər barədə
də danışan Sona Vəliyeva Ulu öndərin daim qəlblərdə yaşayacağını vurğulayıb:
“Azərbaycanda Heydər
Əliyev ideyaları bu gün də
yaşayır. Onun siyasi kursunun layiqli davamçısı
Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilən daxili və xarici siyasət nəticəsində
ölkəmiz gündən-günə
güclənir, müstəqilliyimiz
daha da möhkəmlənir”.
“Kaspi” liseylərinın
də məhz Ulu öndərin ideyalarının davam etdirilməsi üçün
yaradıldığını bildirən Sona Vəliyeva Ümummilli lider Heydər Əliyevin hər zaman təhsilə xüsusi diqqət və qayğı göstərdiyini deyib. Qeyd olunub ki,
Ümummilli lider Heydər Əliyev həm də gənclərin böyük
hamisi idi və sağlam gəncliyin formalaşmasına,
elmin, təhsilin inkişafına xüsusi diqqət yetirirdi. Azərbaycanın əldə
etdiyi tarixi nailiyyətlərin altında
Heydər Əliyev şəxsiyyətinin imzası
var. Bu gün
müasir müstəqil
Azərbaycan Ümummilli
liderimizin ideyaları əsasında inkişaf edir və gələcəyə
doğru əmin addımlarla irəliləyir.
Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə diqqətə çatdırıb
ki, müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu,
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti
və xalqı qarşısındakı xidmətləri
misilsizdir: “Bütün
həyatını Vətəninə,
xalqına həsr etmiş Ümummilli lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin
fəaliyyəti tariximizdə
dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi
məktəbinə çevrilib.
Azərbaycan xalqı daim bu böyük
məktəbdən, Ulu
öndər Heydər
Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı,
xalqımızın rifahı
naminə faydalanacaq”.
Vüqar Rəhimzadə əlavə
edib ki, Ulu öndər Heydər Əliyev Öz parlaq zəkası və istedadı sayəsində
müasir, müstəqil,
qüdrətli Azərbaycanı,
onun bugünkü gerçəkliklərini yaratmış,
xalqımızı xoşbəxt
gələcəyə aparan
yolları müəyyənləşdirmişdir.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Ulu
öndər Heydər
Əliyev tarix baxımından çox qısa bir müddətdə
milli dövlətçiliyin
sarsılmaz əsaslarını
yaratmağa, Azərbaycanın
müstəqilliyinin əbədi
və dönməz xarakter almasına nail oldu. Onun sözlərinə
görə, Ümummilli
lider Heydər Əliyev ən yeni tariximizdə, Azərbaycanın dövlətçilik
tarixində mühüm
siyasi eranın yaradıcısıdır: “Ulu
öndər Heydər
Əliyev Azərbaycanda
vətəndaş müharibəsinin
qarşısını alan,
ölkəmizdə ümummilli
həmrəyliyi təmin
edən, müasir inkişafımızın hüquqi-siyasi
və iqtisadi əsaslarını yaradan
azərbaycançılıq ideologiyasının banisidir”.
Tədbirdə həmçinin Kaspi Xor kollektivinin ifasında “Ulu öndər” mahnısı
səsləndirilib, liseyin
dram dərnəyinin şagirdlərinin ifasında
isə 90-cı illərin
acınacaqlı günlərini
əks etdirən kiçik bir səhnəcik nümayiş
etdirilib.
Tədbirin sonunda
çıxış edən
liseyin direktoru Tural Əliyev qonaqlara öz təşəkkürünü bildirib, lisey adından onlara xatirə hədiyyəsi təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2017.-14 dekabr.- S.4.