Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib
Dekabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində
“Kaspi” Mətbuat və Təhsil Mərkəzinin və Azərbaycan Mətbuat Şurasının birgə
təşkilatçılığı ilə AMEA-nın Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun aparıcı
elmi işçisi, zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyinə həsr olunan toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən
Azərbaycan Mətbuat
Şurasının sədri,
Milli Məclisin deputatı Əflatun Amaşov alimin həyat və yaradıcılığı haqqında
danışıb. O bildirib
ki, E.Cavadova yaradıcılığının əsas hissəsini Azərbaycan mətbuatının
banisi, “Əkinçi”
qəzetinin yaradıcısı
Həsən bəy Zərdabiyə həsr edib. E.Cavadovanın fəaliyyəti ictimaiyyətə
Həsən bəy Zərdabi obrazını tam dolğunluğu ilə açıqlayır.
Sonra Esmira
Cavadovaya Azərbaycan Mətbuat Şurasının
diplomu təqdim olunub.
“Kaspi” qəzetinin
təsisçisi, Əməkdar
jurnalist Sona Vəliyeva Esmira Cavadovanın Həsən bəy Zərdabi haqqında tədqiqatlarının
əhəmiyyətini qeyd
edib. Bildirib ki, son dövrlərdə milli mətbuatımızın banisi,
böyük mütəfəkkir
Həsən bəy Zərdabinin həyat və yaradıcılığına
dair bir sıra dəyərli elmi, elmi-publisistik, bədii əsərlər
yazılıb. Onların
arasında Esmira Cavadovanın işləri
xüsusi qeyd edilməlidir. O, uzun illərdir ki, Həsən bəy Zərdabi irsinin tədqiqi ilə məşğuldur. Həsən
bəy Zərdabinin Bakı Dumasındakı çıxışlarını toplayıb çap etmək xüsusilə də qadın tədqiqatçı üçün
çox böyük bir işdir.
Qeyd edilib ki, Həsən bəy öz əsərlərində
yalnız məişəti,
təbiəti, kənd
təsərrüfatını və digər sahələri ehtiva etmirdi, eyni zamanda,
bütün bunların
fonunda milli şüurun formalaşmasına
müstəsna əmək
sərf edirdi. Esmira xanım isə yaradıcılığında
bu çalarları ustalıqla göstərir.
Belə yanaşma tərzi yubilyarın məxsusi dəst-xəttindən
xəbər verir.
Sona Vəliyeva
Esmira Cavadovaya “Kaspi” qəzetinin diplomunu təqdim edib.
Tədbirdə Bakı Dövlət
Universitetinin jurnalistika
fakültəsinin kafedra
müdiri, professor Cahangir Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Xalq qəzeti”nin əməkdaşı Tahir
Aydınoğlu, Bakı
Dövlət Universitetinin
professoru İzzət Rüstəmov, Mətbuat Şurasının Ahıl Jurnalistlər
Məclisinin sədr müavini Məzahir Süleymanzadə, Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun
direktor müavini Azadə Musayeva, həmin institutun şöbə müdiri Paşa Kərimov, zərdabişünas alim Eldəniz Həsənov və başqaları çıxış edərək
yubilyarın yaradıcılığından söz açıb, onun elmi fəaliyyətinin spesifik məqamlarına nəzər salıblar. Bildirilib ki, Esmira Cavadovanın
“Həsən bəy Zərdabinin əsərlərində
Azərbaycan xalqının
məişət və
mədəniyyəti” mövzusunda
namizədlik dissertasiyası
görkəmli mütəfəkkirin
yaradıcılığına həsr edilən və etnoqrafik səpgidə yazılan ilk tədqiqat işi olub. O, Həsən bəy Zərdabi haqqında silsilə məqalələrin
və “Həsən bəy Zərdabinin etnoqrafik görüşləri”,
“Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti”
kimi kitabların müəllifidir.
Sonda çıxış
edən yubilyar haqqında deyilən xoş sözlərə və yaradıcılığına
verilən dəyərə
görə toplantı
iştirakçılarına təşəkkürünü bildirib.
Yeni azərbaycan.-
2017.- 14 dekabr.- S.4.