Azərbaycan İslam həmrəyliyi
baxımından dünyaya
nümunədir
Prezident İlham
Əliyev 2017-ci ili respublikamızda “İslam Həmrəyliyi İli” elan edərək, ölkəmizdəki İslam
həmrəyliyini bir nümunə kimi dünyaya göstərdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir
dekabrın 19-da Yevlax şəhərində “İslam
həmrəyliyi: müasir
çağırışlar və dini maarifləndirmə”
mövzusunda keçirilən
regional konfransda səsləndirilib.
Dini Qurumlarla İş
üzrə Dövlət
Komitəsi (DQİDK) və
Yevlax Şəhər
İcra Hakimiyyətinin
birgə təşkilatçılığı
ilə keçirilən
tədbirdə bölgədə
fəaliyyət göstərən
hüquq-mühafizə orqanlarının
rəhbərləri, dini
işlər üzrə
komissiyanın üzvləri,
dini icmaların sədrləri, din xadimləri, ictimaiyyət nümayəndələri,
ziyalılar və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları
əvvəlcə DQİDK-nın
sifarişi ilə çəkilmiş, Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü
uğrunda şəhid
olanların xatirəsinə
həsr edilmiş “Şəhadət” sənədli
filminə baxıblar.
Yevlax Şəhər İcra
Hakimiyyəti başçısının
müavini Qənimət
Qaraşov çıxış
edərək bildirib ki, rayonda dini
maarifçilik sahəsində,
eləcə də vətəndaşların radikal
dini qruplaşmaların,
qeyri-ənənəvi təriqətlərin
təsirinə düşməməsi,
mövhumata meyillənməməsi üçün
mütəmadi iş aparılır. Rayonda bu gün dini
durum sabitdir.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əsas məqsədinin dini radikalizmlə mübarizə
aparmaq, dindarlar, xüsusilə gənclər
arasında Azərbaycanda
mövcud olan dini tolerantlığın,
multikulturalizm ənənələrinin,
İslam dininin dünyada həmrəyliyin
təmin olunmasındakı əhəmiyyətinin,
milli-mənəvi dəyərlərin
qorunub saxlanılması
və təşviqi olduğunu deyib.
Dövlət Komitəsinin sədri
bildirib ki, müasir dünyada din amilindən başqa məqsədlər
üçün də
istifadə olunur. İslam dünyasını
cəhalətdə saxlamaq,
onu inkişafdan geri qoymaq və
onun üzərində
hegemonluq etmək məqsədilə riyakar iş aparılır.
Bunun kökündə
kənar qüvvələr
tərəfindən İslam
dünyasını daxildən
parçalamaq, məzhəb,
təriqət qarşıdurması
yaradaraq onları zəiflətmək dayanır.
Bu isə İslam ölkələrində
ağır nəticələrə,
qarşıdurmalara gətirib
çıxarır.
Komitə sədri
bu gün dünyada din pərdəsi altında aparılan münaqişələrdən,
dini radikalizmin doğura biləcəyi mənfi nəticələrdən
də danışıb.
Bildirib ki, gənclərimizi yad təsirlərdən qorumaq
üçün daha savadlı, təhsilli cəmiyyətə nail olmalıyıq. Gənclərin
dini maariflənməsinə,
dini savadlanmasına xüsusi fikir verilməlidir. Bu işdə ziyalılar, təhsil işçiləri,
din xadimləri fəal iştirak etməlidirlər.
Mübariz Qurbanlı
ölkəmizdə milli
mənəvi dəyərlərə
göstərilən yüksək
diqqətdən danışarkən
deyib: “Dövlət müstəqilliyimiz və
dinimiz xüsusi əhəmiyyət daşıyan
dəyərlərimizdəndir. Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki,
bizim mənəvi dəyərlərimiz içərisində
islami dəyərlərimiz
xüsusi yer tutur. Ulu öndər
dövlət müstəqilliyini
bizim tarixi nailiyyətimiz, nemətimiz
adlandırırdı. Prezident
İlham Əliyev də milli mənəvi
dəyərlərimizə xüsusi
diqqətlə yanaşır.
Bu ilin oktyabr
ayında dövlətimizin
başçısının Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyində Mənəvi
Dəyərlərin Təbliği
Fondu yaradılıb. Bu fond vasitəsilə
məscidlərin maddi
təminatı həyata
keçiriləcək. Həmçinin
maarifləndirici filmlər
çəkiləcək, kitablar
nəşr olunacaq, görüşlər, tədbirlər
təşkil ediləcək”.
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi
Əli Məmmədov
mövzu ilə bağlı çıxış
edərək, ölkəmizdə
dinlər və etiqadlar arasında qarşılıqlı hörmət
və etimada əsaslanan əməkdaşlıq
münasibətlərinə diqqəti çəkib.
Konfransın ikinci hissəsi “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi”
mövzusuna həsr olunub.
Yevlax Rayon İcra
Hakimiyyəti başçısının
müavini Elnarə Məmmədova çıxış
edərək vurğulayıb
ki, dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox əhəmiyyətli və
zamanın çağırışlarına
cavab verən mühüm addımdır. Bu, eyni zamanda,
müasir dövrdə
müstəqil siyasət
aparmaq kimi çox çətin bir işin öhdəsindən
öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlətimizin
başçısının İslam dininə, müsəlman dünyasına
nə qədər böyük önəm verdiyini göstərir.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov
dini radikalizmə qarşı mübarizədə
ardıcıl, sistemli
və intensiv maarifləndirmənin mühüm
rol oynadığını
vurğulayıb. Sədr
müavini qeyd edib ki, bu
sahədə yad dini-ideoloji təsirlərin
qarşısının alınmasında
ənənəvi İslam
dəyərlərinin təbliği
mühüm rol oynayır.
Tədbirdə DQİDK-nın dini maarifləndirmə
işinin təşkili
şöbəsinin müdir
müavini Ruslan Əsgərov təqdimatla
çıxış edib.
Konfransda “Azərbaycanlı,
yoxsa müsəlman: hansı bizim üçün daha önəmlidir?”, “Dindar olub müasir olmaq mümkündürmü?”,
“Dindar gənclik dünyəvi gənclikdən
nə ilə fərqlənməlidir?” mövzuları
ətrafında müzakirələr
aparılıb, tədbir
iştirakçılarının, gənclərin fikirləri
dinlənilib, onları
maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə iştirakçılara Dövlət
Komitəsinin nəşr
etdirdiyi maarifləndirici
kitablar paylanılıb.
Yeni azərbaycan.-
2017.- 20 dekabr.- S.4.