“Gəncə-Müstəqil
Dövlətlər Birliyinin
Mədəniyyət Paytaxtı-2017” layihəsinin bağlanış
mərasimi keçirilib
Dekabrın 21-də “Gəncə-Müstəqil Dövlətlər
Birliyinin Mədəniyyət
Paytaxtı-2017” layihəsinin bağlanış mərasimi
keçirilib.
AZƏRTAC-ın
bölgə müxbiri
xəbər verir ki, mərasimdə Gəncə Şəhər
İcra Hakimiyyətinin
başçısı Elmar
Vəliyev, Müstəqil
Dövlətlər Birliyinin
Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondunun İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlu, Müstəqil
Dövlətlər Birliyinin
Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondunun icraçı
direktoru Anatoli İksanov və şəhər ictimaiyyəti
iştirak edib.
Mərasim “Gəncə - Müstəqil
Dövlətlər Birliyinin
Mədəniyyət Paytaxtı-2017” layihəsi çərçivəsində
reallaşan tədbirləri,
ötən aylarda görülən işləri
və keçirilən
görüşləri özündə
əks etdirən videoçarxın nümayişi
ilə başlayıb.
Sonra çıxış
edən şəhər
İcra Hakimiyyətinin
başçısı Elmar
Vəliyev tədbir iştirakçılarını salamlayaraq, bu ilin Gəncə şəhəri üçün
çox əlamətdar
illərdən biri olduğunu bildirib. Elmar Vəliyev Gəncənin
MDB-nin mədəniyyət
paytaxtı olmaqla yanaşı, həmçinin
il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb, bu işlərin dövlətimizin
başçısının Gəncəyə və gəncəlilərə olan
diqqət və qayğısı nəticəsində
ərsəyə
gəldiyini qeyd edib. Gəncənin bundan sonra da möhtəşəm layihələrə imza atacağını söyləyən
Elmar Vəliyev tədbir iştirakçılarını
qarşıdan gələn
Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
və Yeni il münasibətilə təbrik edib.
MDB Dövlətlərarası
Humanitar Əməkdaşlıq
Fondunun İdarə Heyətinin sədri və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Gəncənin hər zaman mədəni şəhər olduğunu
vurğulayıb, Nizami
yurdunun MDB ölkələrində
keçiriləcək tədbirlərdə
daim fəal iştirak edəcəyinə
əminliyini bildirib.
MDB Dövlətlərarası
Humanitar Əməkdaşlıq
Fondunun icraçı
direktoru Anatoli İksanov 2017-ci ildə Müstəqil Dövlətlər
Birliyinin Mədəniyyət
Paytaxtı olan Gəncənin yüksək
templə inkişaf etdiyini qeyd edib.
Anatoli İksanov mədəniyyət ili çərçivəsində tədbirlərin yüksək
səviyyədə təşkil
olunmasına görə
Azərbaycan rəhbərliyinə
təşəkkürünü bildirib. Son illərdə Gəncədə
çoxlu yeni obyektin istifadəyə verildiyini deyən Anatoli İksanov Gəncə Dövlət Filarmoniyasının yeni binasının həm görünüşünə, həm də təchizatına görə
möhtəşəm binalardan
biri olduğunu vurğulayıb.
Daha sonra Anatoli İksanov yüksək təşkilatçılığa görə, eyni zamanda, “Gəncə - Müstəqil Dövlətlər
Birliyinin Mədəniyyət
Paytaxtı-2017” layihəsini uğurla reallaşdırdığı
üçün Gəncə
Şəhər İcra
Hakimiyyətinin başçısı
Elmar Vəliyevə “Təşəkkürnamə” təqdim
edib.
Belarusdan Tatyana
Kokuytseva, Tacikistandan Maxmedsalim Abdukarimov, Özbəkistandan Sergey Aronbayeva və Azərbaycandan Maya Cəfərquliyevaya “Debütlər
Birliyi” Beynəlxalq mükafatı verilib. Mükafatçılar Gəncə
şəhərində bu
layihədə iştirak
etdikləri üçün
şəhər rəhbərliyinə
və MDB-nin Dövlətlərarası Humanitar
Əməkdaşlıq Fonduna
təşəkkürlərini bildiriblər.
Sonda “Gəncə
- Müstəqil Dövlətlər
Birliyinin Mədəniyyət
Paytaxtı-2017” layihəsinin bağlanış mərasiminə
həsr olunan konsert proqramı təqdim edilib. Konsertdə Xalq Artisti Rafael
Bayramovun dirijorluğu
ilə Gəncə Dövlət Filarmoniyasının
Kamera Orkestrinin, filarmoniyanın direktoru, Xalq artisti Samir
Cəfərovun, Əməkdar
artist, tarzən Mahir Məmmədovun, həmçinin Belarus, Qırğızıstan, Moldova
və Tacikistandan gələn sənətçilərin
ifaları dinlənilib.
Qeyd edək ki,
2016-cı il sentyabrın
16-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Müstəqil
Dövlətlər Birliyinin
Dövlət Başçıları
Şurasının 25-ci yubiley
sammitində Gəncə
şəhəri 2017-ci il
üçün “Müstəqil
Dövlətlər Birliyinin
Mədəniyyət Paytaxtı”
elan olunmuşdu.
Bu günədək keçirilən yerli və beynəlxalq tədbirlər onu deməyə əsas verir ki, Gəncə
“MDB Dövlətlərinin Mədəniyyət
Paytaxtı 2017” titulunu
şərəflə daşıyıb.
Yeni Azərbaycan.- 2017.- 23 dekabr.- S.11