Mübariz Qurbanlı: Azərbaycanda
söz və mətbuat azadlığı
yüksək səviyyədədir
Bakıda “Söz azadlığı
və dini icmalar” mövzusunda konfrans keçirilib
Dekabrın 27-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan
Mətbuat Şurası
və Bakı şəhər “Məşədi
Dadaş” dini icması tərəfindən
“Söz azadlığı
və dini icmalar” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mətbuat Şurasının, Qafqaz Müsəlmanları İdarəsinin
rəhbərliyi, Bakı
şəhər “Məşədi
Dadaş” dini icmasının üzvləri,
kütləvi informasiya
vasitələrinin təmsilçiləri
iştirak ediblər.
Konfransda, həmçinin
kütləvi informasiya
vasitələrinin təmsilçiləri
arasında “İslam həmrəyliyi və media” mövzusunda keçirilmiş məqalə
müsabiqəsinin qalibləri
mükafatlandırılıb.
Tədbiri açan
Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı konfransın mətbuatla ölkəmizdə
fəaliyyət göstərən
dini icmalar arasındakı əlaqələrin
müzakirəsi, təkmilləşdirilməsi
üçün təşkil
edildiyini bildirib. Azərbaycanda nümunəvi
dövlət-din modelinin
mövcud olduğunu qeyd edən Dövlət Komitəsinin
sədri bu nümunənin təbliğ
və təşviqinə
ehtiyac olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanda
söz və mətbuat azadlığı
yüksək səviyyədədir.
Din mövzusu həssas mövzudur və bu mövzuya
müraciət edən
jurnalist din haqqında, İslam dünyasında baş verən hadisələr barədə bilgiyə malik olmalıdır. Komitə sədri bu məqsədlə
bu il ərzində
Qafqaz Müsəlmanları
İdarəsinin təşəbbüsü
ilə Mətbuat Şurası və
DQİDK tərəfindən jurnalistlər üçün
müxtəlif seminarların
keçirildiyini, bu seminarların 2018-ci ildə
də davam etdirilməsinin planlaşdırıldığını
bildirib.
Ölkəmizdə elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində
bir çox əhəmiyyətli konfransların,
seminarların təşkil
edildiyini qeyd edən Mübariz Qurbanlı dünyada dialoqa, əməkdaşlığa,
xüsusilə islamdaxili
dialoqa, müzakirələrə
ehtiyac olduğunu deyib. Bu çərçivədə
“2017 - İslam həmrəyliyi
ili: Dinlər və mədəniyyətlərarası
dialoq” mövzusunda keçirilən konfransda Əlaqələndirmə üzrə
Koordinasiya Şurasının
yaradılmasının qərara
alındığını bildirib. Şurada Qafqaz Müsəlmanları
İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o
cümlədən dünyanın
müxtəlif ölkələrindən
din xadimlərinin təmsil olunacağını
qeyd edib. Bu çərçivədə
“Mədəniyyətlər və dinlərarası dialoq” adlı bir prosesin əsasının
qoyulacağını diqqətə
çatdırıb.
Mətbuat Şurasının
sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki,
regionda radikal dini fikirlərin yayılması hallarına
rast gəlinir. Bu səbəbdən ölkəmizdə belə
tədbirin keçirilməsi
önəm daşıyır.
O, Azərbaycanın İslam Əməkdaşlıq
Təşkilatının (İƏT) fəal üzvlərindən
biri olduğunu diqqətə çatdırıb.
Bildirib ki, yaxın gələcəkdə İƏT xarici işlər nazirlərinin toplantısında
üzv ölkələrin
jurnalistlərinin birliyinin
yaradılması məsələsi
öz təsdiqini tapmalıdır. İnanırıq
ki, mətbuat nümayəndələrimiz bu
prosesə öz töhfələrini verəcəklər.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında
bildirib ki, hər insanın sosial keyfiyyətinin formalaşmasında dinin mühüm rolu var. İnsanın bütün fəaliyyət
sferasında özü
ilə ən səmimi olduğu sahə dindir. Dini şüurun formalaşmasında dini institutların böyük
rolu olduğunu qeyd edən Hikmət Babaoğlu dini mədəniyyətimizin
milli mədəniyyətimizin
tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki,
bu ardıcıllıq
tarixi baxımdan doğrudur. Çünki dinlərlə tanış
olmadan öncə biz millət kimi mövcud idik. Yeddinci əsrdən sonra Azərbaycanda hakim olan İslam dini bizim milli
mədəniyyətimizin və
mənəviyyatımızın keyfiyyətini müəyyənləşdirən
vasitələrdən biri
olub.
Qafqaz Müsəlmanları
İdarəsi sədrinin
müavini Qəmərxanım
Cavadlı qeyd edib ki, QMİ uzun illər ərzində sovet, çar imperiyası rejimlərinin təzyiqlərinə
baxmayaraq, özünün
ictimai fəaliyyətində
iki əsas həyat məfkurəsini qoruyub. Bu prinsiplərin
birincisi Azərbaycan dövlətçiliyinə sədaqət
prinsipidir. İkincisi isə millətlər və dinlər arasında münasibətlərin
sülhə və barışa aparılmasıdır.
QMİ müstəqillik illərində
Ümummilli lider Heydər Əliyevin dəstəyi və qayğısı sayəsində
təkcə Azərbaycanda
deyil, bütün Qafqaz regionunda aparıcı müsəlman
dini qurumuna çevrilib. Bizim əldə etdiyimiz ən böyük nailiyyət din-dövlət
münasibətlərinin davamlı
inkişafıdır.
Qafqaz Müsəlmanları
İdarəsinin Aparat
rəhbəri Simran Həsənov deyib ki, “İslam həmrəyliyi və media” mövzusunda elan edilən məqalə müsabiqəsinə
26 yazı təqdim olunub. Yazıların əksəriyyətində İslamın
yüksək humanist dəyərləri təqdim
edilib. Yazılarda, həmçinin İslam dini icmalarının,
QMİ-nin, Azərbaycanın
din xadimlərinin fəaliyyətinə, din-dövlət
münasibətləri modelinə
yer verilib.
“Məşədi
Dadaş” məscidinin
imamı hacı Şahin Həsənli dünyada baş verən hadisələr, məzhəb, din zəminində qanlı münaqişələrin olduğu
dönəmdə Azərbaycanda
2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin tarixi hadisə olduğunu deyib. Qeyd edib ki,
Azərbaycanda tarixən
mövcud olan dinlər və məzhəblərarası münasibətlər
modeli bu gün də dünyanın diqqətini
cəlb edir. Azərbaycanın bu sahədə təcrübəsi
öyrənilir. Azərbaycanda
dini sahədəki proseslər bir çox müsəlman ölkələrinin diqqət
mərkəzindədir. Bu
proseslərin işıqlandırılmasında
mətbuatın rolu önəmlidir.
Sonra Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin ictimaiyyətlə
əlaqələr şöbəsinin
müdiri Yaqut Əliyevanın “Din və media” mövzusunda təqdimatı
olub. Yaqut Əliyeva mətbuat azadlığının, vətəndaşların
məlumat almaq və yaymaq hüququnun hər bir demokratik dövlətin və cəmiyyətin idarəetmədə
baza prinsiplərini təşkil etdiyini bildirib. Qeyd edib ki, informasiya təhlükəsizliyi
Azərbaycan Respublikasının
milli təhlükəsizliyinin
tərkib hissələrindən
biri kimi cəmiyyətin və dövlətin həyatının
müxtəlif sahələrində
milli maraqların müdafiəsini ön plana çəkir.
Sonra yazı
müsabiqəsində qalib
gələn jurnalistlərə
mükafatlar təqdim
edilib.
Yeni Azərbaycan.-
2017.- 28 dekabr.-S.6.