Azərbaycanın sənaye quruculuğunda yeni
mərhələ başlayıb
Son illərdə ölkənin sənaye xəritəsinin əhatə dairəsi paytaxtdan bölgələrə doğru əhəmiyyətli dərəcədə genişlənib, regionlarda da müasir sənaye təyinatlı müəssisələr işə salınıb
Müasirləşməni strateji hədəf kimi qarşıya qoyan Azərbaycanda qeyri-neft sənayesində istehsal və ixrac imkanlarının artırılması, innovasiyalara əsaslanan yeni müəssisələrin yaradılması həm siyasi baxımdan, həm də güclü investisiya təminatı ilə dəstəklənir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə siyasətinə uyğun olaraq ötən il bu istiqamətdə işlər davam etdirilib, neftdənkənar iqtisadiyyat üzrə 410 sənaye müəssisəsi açılıb, bir sıra yeni sənaye obyektlərinin inşasına start verilib.
Azərbaycanın yeni sənaye quruculuğu siyasətinin mühüm istiqamətlərindən biri isə regional sənaye quruculuğu ilə bağlıdır. Son illərdə ölkənin sənaye xəritəsinin əhatə dairəsi paytaxtdan bölgələrə doğru əhəmiyyətli dərəcədə genişlənib, regionlarda da müasir sənaye təyinatlı müəssisələr işə salınıb. Prezident İlham Əliyev bəyan edib ki, hər bölgədə sənaye məhəllələri yaradılmalıdır. İqtisadiyyat Nazirliyinin bu günlərdə keçirilən kollegiya iclasında nazir Şahin Mustafayevin vurğuladığı kimi, ötən il respublika miqyasında sənaye parklarının və zonalarının təşkili işləri davam etdirilib.
Sumqayıt sənaye parkında infrastruktur işlərinin birinci mərhələsi tamamlanıb
Hazırda Sumqayıt şəhərində paralel şəkildə tikinti materialları, kimya məhsulları istehsalı və digər təyinatlı çoxlu sayda yeni müəssisənin tikintisi, avadanlıqlarla təzhizatı işləri davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkı (SKSP) isə şəhərin sənaye potensialını daha da gücləndirəcək. Kollegiya iclasında məlumat verilib ki, SKSP-nin ərazisində infrastruktur işlərinin birinci mərhələsi artıq tamamlanıb. Hazırda Sənaye Parkında sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edən müasir tipli Peşə Tədris Mərkəzinin tikintisi davam etdirilir. İndiyədək mərkəzin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün 10 istiqamət üzrə peşə standartları, kurikulumlar və təlim materialları hazırlanaraq müvafiq dövlət qurumları ilə razılaşdırılıb.
Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,1 milyard dollar təşkil edən 9 müəssisəyə rezident statusu verilib. Bunlardan polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edən “Azertexnolayn” zavodu 2013-cü ildə fəaliyyətə başlayıb və müəssisədə 750 nəfərdən çox işçi çalışır. Artıq müəssisədə istehsal olunan məhsulun yarıdan çoxu ixrac edilib. Bundan başqa, 2017-ci ildə 4 müəssisə - yüksək təzyiqə davamlı xortum və fitinqlər istehsal edən “MST Engineering Services”, tikinti məhsulları və qatqıları istehsal edən, İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan “SİKA” MMC, yüksək keyfiyyətli sintetik və yarısintetik sürtkü yağları istehsal edən “Alco Lubricant Company”, pestisid və aqrokimyəvi məhsullar istehsal edən “Aqrokimya Azərbaycan”, 2018-ci ildə isə daha 3 müəssisə - polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən “SOCAR Polymer”, ferroərintilər istehsal edən “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti”, Float texnologiyası əsasında şüşə lövhələr istehsal edəcək “AzerFloat” fəaliyyətə başlayacaq. Bu müəssisələrdə 800-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur.
Eyni zamanda, SKSP-yə yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda 2 müəssisənin Sənaye Parkına rezident qəbul olunmaq barədə müraciətinə baxılır.
Rezidentlər tərəfindən 2017-ci ildə Balaxanı Sənaye Parkında 5 yeni müəssisə yaradılacaq
Daha bir iri sənaye
parkı Balaxanıda yaradılır. Bakıətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafı,
yeni iş yerlərinin
yaradılması baxımından
mühüm əhəmiyyət daşıyan Balaxanı Sənaye Parkında
qısa müddətdə böyük
iş həcmi yerinə yetirilib. İnvestorlar yeni yaradılan
Balaxanı Sənaye Parkına sərmayələr yönəltməyə böyük
maraq göstərirlər. Parkda zəruri
infrastrukturun qurulması
dövlət
tərəfindən dəstəklənir. Artıq Balaxanı
Sənaye
Parkında da infrastruktur işləri tamamlanmaq üzrədir.
Balaxanı Sənaye
Parkının istehsal
istiqaməti
çoxşaxəli
olacaq. Sənaye parkında
fəaliyyət göstərən 5 rezident tərəfindən işlənmiş
mühərrik
yağlarının emalı,
plastik (PET) butulkaların
təkrar
emalından PET qırıntılarının,
tullantı kağızlardan
istifadə
etməklə çap-poliqrafiya məhsullarının
istehsalı, təkrar emal olunmuş plastik materiallardan irihəcmli
müxtəlif
məhsulların
istehsalı, taxta-ağac
məmulatların
emalı sahələrində
5 müəssisə yaradılacaq. Bu müəssisələrə
rezidentlər
tərəfindən 22,4 milyon manat
investisiya yatırılacaq.
2017-ci ilin birinci yarımilliyində
fəaliyyətə başlayacaq
müəssisələrdə
400-ə yaxın yeni iş yeri açılacaq.
Balaxanı Sənaye
Parkına yeni rezidentlərin
cəlb
edilməsi
məqsədilə maraq göstərən
sahibkarlarla danışıqların
aparılması və təşviqat
işləri
davam etdirilir.
Mingəçevir Sənaye
Parkında 150-200 milyon
dollar investisiya qoyuluşu
nəzərdə tutulub
İqtisadiyyat Nazirliyinin kollegiya
iclasında bildirilib ki, ötən ilin sentyabrında dövlət başçısı tərəfindən
təməli qoyulan Mingəçevir Sənaye Parkında müxtəlif təyinatlı
9 fabrikin yaradılmasına
150-200 milyon dollar investisiya
qoyuluşu nəzərdə
tutulub. Yeni müəssisədə 5500-dən çox
iş yerinin açılması gözlənilir.
Qeyd edək ki, Mingəçevir
Sənaye
Parkının texniki göstəriciləri kifayət
qədər yüksəkdir. Yeni istehsalat
120 min kvadratmetr ərazidə təşkil
ediləcək. Pambıq ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə
ildə
10 min ton, növbəti
mərhələdə
isə
20 min ton iplik istehsalı
nəzərdə tutulub.
Azərbaycanda
böyük tələbat olan akril ipliyi istehsalı
müəssisəsində ilkin mərhələdə
il ərzində 3 min ton məhsul
hazırlanacaq. Bu, idxaldan asılılığı
qismən
aradan qaldıracaq.
Yun ipliyi istehsalı müəssisəsində ildə
3 min ton məhsul
istehsal ediləcək. Corab
istehsalı müəssisəsinin tikintisi ilə ilkin mərhələdə
Azərbaycanın
corab məhsullarına tələbatının 50 faiz ödənilməsi,
illik 35 milyon, növbəti
mərhələdə
isə
70 milyon cüt corabın istehsalı nəzərdə tutulub. Ayaqqabı istehsalı müəssisəsində illik 1,5 milyon
cüt dəri ayaqqabı
istehsal ediləcək.
Qabaqcıl texnologiyaların tətbiq olunacağı bu müəssisələrdən
başqa, Sənaye Parkında tibbi kosmetika məhsulları istehsalı
müəssisəsinin yaradılması da planlaşdırılıb. Müəssisədə pambıq mahlıcının
və
ipliyin tullantılarının
təkrar
emalı nəzərdə
tutulub. Tullantılardan sterilləşdirilmiş
pambıq, tibbi sarğı bezləri və
bandajları, qulaqtəmizləyən çöplər və
makiyaj bezləri istehsal olunacaq. Toxuculuq müəssisəsində pambıq parçalar istehsal ediləcək.
Azərbaycanda
növbəti
5 il ərzində xam pambığın istehsalının
700 min tona çatdırılacağını
nəzərə alsaq, o zaman Sənaye
Parkının nəzdində fəaliyyət göstərəcək pambıq
ipliyi istehsalı müəssisəsinin əhəmiyyəti aydın görünər. İllik istehsal gücü 15 milyon metr təşkil edəcək müəssisə müasir avadanlıqla təchiz
olunacaq. Bununla yanaşı,
hazırlanacaq xam parçanın boyanması
üçün parkın
nəzdində illik gücü 15 milyon metr olan
boyama müəssisəsi inşa ediləcək.
Cari ildən
Neftçala Sənaye Məhəlləsində
avtomobil istehsalına başlanacaq
Prezident
İlham Əliyevin 2015-ci il 2 fevral
tarixində imzaladığı
müvafiq Sərəncama əsasən yaradılan Neftçala Sənaye Məhəlləsi
üçün 10 hektar
torpaq sahəsi ayrılıb.
Yeni sənaye
məhəlləsi rayon mərkəzindən
təxminən 5 kilometr aralıda, Salyan-Neftçala magistral yolunun kənarında
inşa edilir. Burada qeyri-neft sənaye sahələri üzrə məhsul
istehsalı və emalı müəssisələri tikilir.
Əsas diqqət isə region üçün
prioritet olan sənaye
məhsullarının
istehsalına yönəldiləcək. Sənaye məhəlləsində
8 modullaşdırılmış istehsal binası olacaq. İlkin mərhələdə
onlardan 4-ü istifadəyə veriləcək. Qalanları sahibkarların
sifarişi nəzərə
alınmaqla sonradan tikiləcək. Artıq Neftçalada yaradılan sənaye
məhəlləsinin birinci
mərhələsi çərçivəsində bir sıra işlər uğurla tamamlanıb.
Qısa müddətdə inzibati binada, ümumi sahəsi
7779 kvadratmetr olan 4 istehsal blokunda və
bütün zəruri infrastrukturun tikintisində işlərin
əksəriyyəti başa çatıb. Məhəllənin dayanıqlı enerji ilə
təmin
olunması üçün
transformator quraşdırılıb.
Müxtəlif məqsədlər üçün
hər
birinin tutumu 200-300 kubmetr olan 6 su anbarı və
2 su quyusu tikilib.
Kollegiya
iclasında məlumat verilib ki, Neftçala
Sənaye
Məhəlləsində
ümumi investisiya qoyuluşu 49 milyon manatdan çox olan və
600-dən çox yeni iş yerlərinin yaradılmasını
təmin
edəcək 15 layihənin
icrası planlaşdırılır.
Sənaye
Məhəlləsində
5 müəssisə - karton stəkan
istehsal edən “Sun Rise Production”, polietilen boru istehsal edən “Toğrul-2008”, kənd
təsərrüfatı təyinatlı
qurğuların istehsalı
müəssisəsi “Petroqeoaz”, modul tipli məktəb binalarının istehsalı
ilə
məşğul
olan “Providence Doytch
Limited” və
balıq yemi istehsal edən “Kəhf” şirkətləri 2017-ci ilin yanvar-mart aylarında artıq məhsul
istehsalına başlayacaq.
Avtomobil istehsal edən “Azeurocar”
isə
2017-ci ilin iyul ayında fəaliyyətə başlamağı planlaşdırır.
Növbəti sənaye
məhəlləsi Masallıda
yaradılır
Növbəti sənaye
məhəlləsi cənub bölgəsində - Masallıda yaradılır. Prezident
İlham Əliyevin 2016-cı il 13 iyun
tarixli Sərəncamının icrasını
təmin
etmək
məqsədilə hazırda Masallı Sənaye
Məhəlləsinin təşkili ilə
bağlı işlər intensiv şəkildə
davam etdirilir. Sahibkarların yeni sənaye məhəlləsinə
marağı böyükdür.
Belə ki, sahibkarlar
tərəfindən artıq ümumi dəyəri 30 milyon manatdan çox olan 33 layihə
təklifi
təqdim
olunub. Bu layihələr, əsasən, mebel istehsalı, avtomobil təmiri, alüminium
və
plastik qapı-pəncərə
istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı
sahələrini əhatə edir.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.- 2017.- 2 fevral.- S.8