Regionlarda kənd təsərrüfatının inkişafı istiqamətində əsaslı tədbirlər həyata keçirilir
Bu il yüksək məhsuldarlıq əldə edilməsi üçün əkin sahələrinin artırılması nəzərdə tutulur
Ölkəmizdə 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrimizin kompleks inkişafını təmin edib. Bu qəbildən icrası davam edən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramı xüsusilə kənd təsərrüfatının daha yüksək səviyyədə vüsət almasına yol açıb. Bu proqramın üçüncü ilinin yekunlarına həsr olunan konfransda da vurğulandığı kimi, Dövlət Proqramının uğurlu icrası ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatında, aqrar sahənin inkişafında, yeni istehsal sahələrinin yaradılmasında xüsusi əhəmiyyətə malik olub. Ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq yaxın perspektivdə ölkənin bütün pozisiyalar üzrə ərzağa olan tələbatının tam yerli istehsal hesabına ödənilməsi hədəf seçilib. Və bu uğura yaxın zamanlarda nail olunacağı artıq günümüzün reallığı kimi qəbul edilir.
Vurğulayaq ki, 2014-2018-ci illəri əhatə edən regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası aqrar sektorun çoxsahəli və şaxələndirilmiş inkişafında dönüş yaradıb. Belə ki, ötən il kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 5,6 milyard manat təşkil etməklə, əvvəlki illə müqayisədə 2,6 faiz artıma nail olunub. Bununla belə, ölkə Prezidentinin səyi nəticəsində artıq istifadəsiz torpaqlar da kənd təsərrüfatı istifadəçilərinin ixtiyarına verilib. 2017-ci ildə əkin sahələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Belə ki, 129 min hektar örüş və otlaq sahələrinin kateqoriyaları dəyişdirilərək əkin dövriyyəsinə daxil edilib, daha 50 min hektar sahənin əkin dövriyyəsinə daxil edilməsi üçün Nazirlər Kabinetinə müraciət olunub. Eyni zamanda, fındıq bağlarının, üzümlüklərin salınması üçün düzənlik əkin sahələri deyil, yamaclar, çəkil bağlarının salınmasında isə sahə sərhəd xətləri, yol kənarlarının istifadəsi nəzərdə tutulur.
Yeri gəlmişkən, ötən il Saatlı rayonunda da ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 1,1 faiz artaraq 217328,1 min manat olub. Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında da davamlı inkişaf təmin olunub. Ötən il Saatlı respublika üzrə ən çox pambıq əkib və 12 min tondan çox məhsul tədarük edib. Bu il isə rayonda 17 min hektarda pambıq əkilməsi üçün hazırlıq işləri görülür və fermerlərlə müqavilələr bağlanılır. Kənd təsərrüfatının əsas sahələrindən olan taxılçılıqla yanaşı, baramaçılıq və bağçılığın da inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü işlər görülüb. Belə ki, baramaçılığın inkişafı məqsədilə ötən il rayon ərazisində 60 min tut tingi əkilib. 132 hektara yaxın sahədə nar bağı, 40 hektar sahədə isə üzümlük salınıb. Əkinçiliyi daha da inkişaf etdirmək məqsədilə 43 min 504 hektar qış otlaq sahəsinin 3335 hektarı əkin dövriyyəsinə qatılıb.
Bu ildən ölkəmizdə çayçılığın inkişafında da yeni mərhələnin başlanğıcı qoyulur. Belə ki, Azərbaycanda Lənkəran iqtisadi rayonu çay istehsalının 91 faizini təşkil edir. Ötən illərdə bu sahənin tənəzzülü özünü çay plantasiyalarının sayının azalmasında, eləcə də istehsalın aşağı düşməsində də göstərib. Belə ki, Azərbaycanda çay plantasiyaları 1911 hektar azalıb. Bu illər ərzində ən pis göstərici Lənkəran iqtisadi bölgəsində qeydə alınıb: əkin sahəsində 66,8 faiz, istehsalda isə 23,5 faiz azalma.
Azərbaycanda çayçılığın şöhrətinin geri qaytarılması istiqamətində hazırda mühüm tədbirlər görülür. Bu sahənin inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi 13 min hektar artırılaraq 17 min hektara çatdırılacaq. Qeyd edək ki, “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi respublikamızda çayçılığın ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, regionların aqrar sənaye potensialının artırılmasına, rəqabətin qorunmasına, daxili tələbatın ödənilməsinə, idxaldan asılılığın azaldılmasına, çay emalı məhsullarının ixracının və çayçılıqla bağlı digər sahələrin inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin ümumi iqtisadi potensialını gücləndirəcək.
Bu il Balakən rayonunda isə tütün əkini sahələrinin 50 hektar artırılaraq 550 hektara çatdırılması nəzərdə tutulur. Artıq fermer təsərrüfatlarında tütün şitillərinin yetişdirilməsi məqsədilə sadə istixanaların hazırlanması işlərinə də başlanılıb. Tütün şitilləri aprelin əvvəllərində sahələrə köçürüləcək. Qeyd edək ki, 2016-cı ildə rayonda 501 hektar sahədə “İtiyarpaq” və “Virciniya” tütün sortları əkilib. Balakənli fermerlər keçən il 1150 ton yaşıl tütün kütləsi və 96,3 ton quru tütün istehsal ediblər. Son dövrlər tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən davamlı və məqsədyönlü tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması balakənli fermerlərin də tütünçülüyə marağının artmasına səbəb olub. Sahibkarlar artıq tütün sahələrinin əkininin artırılmasına qərar veriblər. Belə ki, rayonun Talalar kəndindən olan fermer Nüsrət Əsgərov əsasən qarğıdalıçılıqla məşğul olsa da, keçən il ilk dəfə 5 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkib. Fermer bildirib ki, ötən il sahələrdən 50 ton yaşıl tütün kütləsi əldə edib. Tütünçülüklə ilk dəfə məşğul olduğundan məhsuldarlıq nisbətən zəif olub. Lakin bu, fermeri ruhdan salmayıb. O, bu il yenə də 5 hektar sahədə tütün əkməyi planlaşdırır. Fermer cari mövsümdə sahələrdən daha çox məhsul götürəcəyinə əmindir.
Kənd təsərrüfatı məhsulları istehsalının genişləndirilməsi məqsədilə son illər Zaqatala rayonunda pay torpaqlarından istifadənin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetirilir. Ötən il rayonda bitkiçilik məhsullarının əkini üçün 31 min 130,5 hektar torpaq sahəsindən istifadə olunub. Əkin sahələri əvvəlki illə müqayisədə 77,5 hektar artırılıb. Keçən il rayonda yazlıq bitkilərin əkin sahələri 2015-ci ilə nisbətən 131,5 hektar genişləndirilərək 14 min 796,5 hektara çatdırılıb. Ən çox artım tütünçülükdə qeydə alınıb. Belə ki, 2016-cı ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 133,5 hektar artırılaraq 601,5 hektar təşkil edib.
Bu il Salyan rayonunda da 5 min hektar istifadəsiz torpaq sahəsi əkin dövriyyəsinə qatılacaq və bununla da pambıq əkini sahələri 7 min hektara çatdırılacaq. Rayonda pambıqçılığı inkişaf etdirmək üçün daha çox Qaraçala qəsəbəsi ərazisindəki boş torpaqlardan istifadə olunacaq. Həmin sahələri suvarmaq üçün su kanalları genişləndirilərək lildən təmizlənir. Bu işlərə qəsəbə ərazisindəki köhnə su kanallarının dərinləşdirilməsindən başlanılıb. Uzun illər su kanalında əsaslı təmir işləri aparılmadığından suvarma zamanı sakinlər çətinliklərlə qarşılaşırdılar. Əvvəllər həmin kanalla saniyədə 1 kubmetr su ötürülürdüsə, işlər başa çatdıqdan sonra 6 kubmetr su ötürmək mümkün olacaq. Eyni zamanda, 13,7 kilometr uzunluğunda olan Sol sahil magistral su kanalında da lildən təmizləmə işləri aparılır. İndiyədək kanalın 4 kilometrində dərinləşdirmə və lildən təmizləmə işləri görülüb.
İmişli rayonunda isə
2016-cı ildə
iqtisadiyyatın əsas
sahələri üzrə 552 milyon
699 min manatlıq məhsul
istehsal edilib. Məhsulun və ya
görülən işin 20,3 faizi kənd təsərrüfatının payına düşür. Ötən il rayonda 17 min hektar taxıl sahəsindən
55 min 462 ton taxıl götürülüb.
Bunun da 18 min 674 tonu arpa, 36 min 788 tonu isə
buğdadır. Hər hektar taxıl sahəsinin
məhsuldarlığı
35,5 sentnerə çatıb.
Altı min hektar torpaq sahəsi
dövriyyəyə qaytarılıb, 10 min 572 hektar
sahənin
təyinatının
dəyişdirilməsi məqsədilə tədbirlər görülüb, 10 hektar
sahədə istixana kompleksinin yaradılmasına başlanılıb.
Eləcə də
ötən
il rayonda
1051 hektar pambıq əkilib, cari ildə
isə
pambıq sahələrinin 10 min hektara
çatdırılması planlaşdırılır.
Abşeronda zeytun bağlarının genişləndirilməsi planlaşdırılır. Əvvəllər Azərbaycanda zeytun
bağlarının ümumi
sahəsi
3 min hektar təşkil edib. Bunun 2500 hektarı
Zığ, Qala, Hövsan və Bilgəh bağlarında olub,
400-500 hektarı isə Buzovna, Sumqayıt və
Kürdəxanı
tinglik təsərrüfatının
ərazisinə düşüb. Abşerondakı zeytunçuluq sovxozları
dağılandan sonra bağların ərazisindən başqa məqsədlər üçün istifadə edilməyə başlanılıb. Nəticədə zeytun bağlarının ərazisi
yarıbayarı azalıb.
Artıq bu sahəyə xüsusi diqqət ayrılır. Zeytunçuluğun inkişafı əsas prioritet sahələrdən biri kimi qəbul olunur. Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları
ilə
etibarlı təminatına dair Dövlət Proqramında
Abşeron yarımadasında
və
digər
regionlarda zeytun bağlarının bərpası və
genişləndirilməsinin dəstəklənməsi
qeyd edilib. Bunun üçün Kənd Təsərrüfatı və
İqtisadiyyat nazirlikləri, yerli icra hakimiyyəti və
bələdiyyə orqanlarının qarşısında
müvafiq hədəflər
qoyulub. Rayonun Aşağı Güzdək bələdiyyəsinin dövlət
torpaq fonduna məxsus
320 hektarı zeytun bağlarının salınması
məqsədilə “Abşeron Aqro” MMC-yə
ayrılıb. Artıq ərazinin 25 hektarı əkinçilik üçün
tam yararlı vəziyyətə gətirilib və
burada 9 min zeytun tingi əkilib.
Ümumiyyətlə, ilin sonunadək əkiləcək tinglərin sayı 120 minə çatdırılacaq.
Mütəxəssislər bildirirlər
ki, yeni əkilmiş
zeytun ağacları ən azı 3 ildən sonra bar
verəcək. Zeytun ağacları
hətta
ən
sərt
hava şəraitinə
belə
dözümlüdür. Ağaclara kifayət
qədər su verilsə,
həm
ilbəil
məhsuldarlıq
artacaq, həm də meyvələri daha iri olacaq.
Bu il Samux
rayonunda da 505 hektar ərazidə pambıq
əkiləcək. 2017-ci ildə
pambıq əkiləcək sahələr ötən illə
müqayisədə 175 hektar çox olacaq. Zəngin pambıqçılıq
ənənəsinə malik rayonda ötən
il 761 ton məhsul yığılıb, orta
məhsuldarlıq
23,1 sentner təşkil
edib.
Pərviz
SADAYOĞL
Yeni Azərbaycan.- 2017.- 8 fevral.- S.8