Regionlarda kənd təsərrüfatında ixrac imkanlarından səmərəli istifadə edilməsi diqqət mərkəzində saxlanılır

 

2016-cı ildə aqrar sektordan ixracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları təşkil edib

Bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri ölkənin bölgələrində aqrar sektorda yeni istehsal və ixrac imkanları yaradılmasına nail olmaqdan ibarətdir. Respublikamıda regionların ixrac imkanlarının genişləndirilməsinin diqqət mərkəzində saxlanılması isə heç də təsadüfi deyil. Azərbaycanın coğrafi-iqlim xüsusiyyətləri elədir ki, ölkəmiz yaxın və uzaq istehlak bazarlarına böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxarmaq imkanına malikdir. İndiki şəraitdə bu imkanlardan səmərəli istifadə etməklə dünya birjalarında neftin kəskin ucuzlaşması fonunda ölkəmizə valyuta daxilolmalarının azalmasını əhəmiyyətli dərəcədə kompensasiya etmək mümkündür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində respublikamızda aqrar sektorda ixrac imkanlarını iki dəfə artırmağın real hədəf olduğunu nəzərə çatdıraraq vurğulayıb: “Biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq. Beləliklə, ölkəmizə daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq və yerləri yaradılacaq, sahibkarlıq inkişaf edəcək”.

Ölkəmizdəə salınan təşviq mexanizmi ixracın stimullaşdırılması baxımından böyük önəm daşıyır

Məlumdur ki, dünyanın inkişaf etmiş ölkələrində ixrac bir sıra səmərəli vasitələrlə dəstəklənir. Müasirləşməni strateji hədəf seçən Azərbaycan da ölkədə yüksək rəqabət qabiliyyətinə malik məhsul istehsalına nail olmaq məqsədilə dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnir. Ötən ildən ölkəmizdə beynəlxalq təcrübə əsas götürülməklə ixracın səmərəli təşviq mexanizmiə salınıb ki, bu da ixracın stimullaşdırılması baxımından böyük önəm daşıyır. İxracın təşviqinin hüquqi bazasının möhkəmləndirilməsini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın dövlət başçısı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Sərəncam imzalayıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanda isə yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm məsələlərin geniş spektri öz əksini tapıb. Fərmana əsasən, 2016-2020-ci illərdə Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin imzaladığı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijanbrendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında müvafiq Fərman da həm sənayedə, həm də aqrar sektorda ixrac imkanlarının genişləndirilməsi baxımından böyük aktuallıq kəsb edir.

Dövlət başçısının Fərmanı ilə təsdiqlənən Qaydadaəyyən olunmuş dəstək tədbirlərindən istifadə etmək hüququna Azərbaycan məəli qeyri-neft məhsullarının ixracatçısı olaraq Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış fiziki və hüquqi şəxslər malikdirlər.

İxracın genişləndirilməsi məqsədilə praktiki müstəvidə geniş tədbirlər həyata keçirilir

Respublikamızda ötən ilə salınan səmərəli təşviq mexanizmi praktiki müstəvidə həyata keçirilən zəruri tədbirlərlə dəstəklənir. Dövlət başçısının tapşırığına uyğun olaraq artıq “Made in Azerbaijanbrendinin xarici bazarlarda təşviqinə, ixrac missiyalarının təşkilinə və digər tədbirlərin icrasına başlanılıb. Bir neçə istiqamət üzrə məhsul istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, məə sertifikatının verilməsi sadələşdirilərək müddəti üç gündən bir günə endirilib. Bu baxımdan regionlarda aqrar sektorda yetişdirilən məhsulun mərkəzləşdirilmiş qaydada tədarükü və bazarlara çıxarılması istiqamətində görülən işlər də xüsusilə diqqətəlayiqdir. Prezident İlham Əliyev ölkəmizdə fermerlərə kömək məqsədilə yaradılan tədarük və təchizat qurumunun fəaliyyətinin önəmini vurğulayaraq bildirib: “Keçən il fermerlərə kömək etmək üçün tədarük və təchizat qurumu yaradıldı. Onun əsas məqsədi bölgələrdə yetişdirilən məhsulu fermerlərdən almaq, ondan sonra logistika imkanlarından istifadə edib onu saxlamaq və ondan sonra ixrac etmək, yaxud da ki daxili bazara çıxarmaqdır. Keçən il belə bir qurum yaradıldı. Bu qurumun fəaliyyəti hələ ilkin mərhələdədir. Əgər işlər düzgün qurulsa və belə də olmalıdır, bu qurumun çox böyük əhəmiyyəti ola bilər. Beləliklə, bu, bir neçə məqsədi güdmüş olur. Həm yetişdirilən məhsul batmayacaq, həm də fermer məhsulunu tarla başında satacaq və pulunu alacaq. Bunun sayəsində məhsulun həm daxili bazara, həm də ixraca mərkəzləşdirilmiş qaydada çıxarılması təmin edilə bilər”.

Azərbaycanın yüksək rəqabətqabiliyyətli məhsullarının vahid məlumat bazasının yaradılması və bu məhsulların xarici bazarlara çıxışını təmin etmək üçün həmçinin Azexport.az portalı fəaliyyətə başlayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi Azexport.az portalından ixrac imkanlarının genişləndirilməsi məqsədilə bölgələrə səfərlərə başlayıb. Bu qəbildən olan ilk görüş Şamaxı rayon İcra Hakimiyyətində Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarının 60-a yaxın sahibkarı ilə reallaşıb. Görüşdə diqqətə çatdırılıb ki, bir neçə ay əvvəl yaradılan və Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan Azexport.az portalı bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların ixracyönümlü məhsullarının xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm addımlar atır.

Eyni zamanda, respublikamızda ixracyönümlü texniki bitkilərin istehsalçılarına sübsidiyalarəyyənləşdirilib. Subsidiyaların müəyyənləşdirilməsi regionlarda ixrac tutumu yüksək olan məhsulların yetişdirilməsini daha da stimullaşdırmaq məqsədi daşıyır. Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının növbəti iclasında məlumat verilib ki, qurum tərəfindən 4145 istehsalçıya xam pambığa görə 8872,8 min manat, 197 istehsalçıya isə quru və yaş tütünə görə 96,3 min manat subsidiya ayrılıb. Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli və “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli sərəncamları pambıq və tütün istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdəndir. Diqqətə çatdırılıb ki, bu ildən başlayaraq istehsalçılara emaləssisələrinə satdıqları xam pambığın hər bir kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər bir kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilir.

İclasda komissiya 24 rayonəhər) üzrə 4145 istehsalçıya təhvil verdikləri 88728,1 min ton xam pambığa görə 8872,8 min manat və 7 rayon üzrə 197 istehsalçıya təhvil verdikləri 927,6 ton quru və 9981,1 ton yaş tütünə görə 96,3 min manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edib.

İxracın stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verir

Ölkəmizdə ötən ildən işə salınan təşviq mexanizmi, həmçinin praktiki müstəvidə həyata keçirilən tədbirlər respublikamızdan xarici istehlak bazarlarına ixrac olunan məhsulun həcminin artmasına mübət təsir göstərir. Yuxarıda bəhs olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib ki, indiyədək keçirilmiş üç ixrac missiyası zamanı imzalanmış müqavilələrə əsasən, yeni bazarlar olan Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə ərzaq məhsullarının ixracına başlanılıb. Ötən ilin noyabrından etibarən şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və sair ölkələrə ixracı ilə əlaqədar ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib. “İxracatçılar Klubunun 10 iclası keçirilib. Ümumilikdə, 2016-cı ildə aqrar sektordan ixracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları təşkil edib. O cümlədən il ərzində respublikamızdan tərəvəz ixracı 41, meyvə ixracı 11, pambıq iplik ixracı isə 25 faiz artıb.

Mübariz ABDULLAYEV

Yeni Azəebaycan.- 2017.- 14 fevral.- S.8