Xocalı faciəsindən bəhs edən kitab,
film və elektron məlumat bazasının təqdimatı olub
Fevralın 21-də Milli Kitabxanada Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan “Soyqırımı muzeyi” kitabının, Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan “Əsrin faciəsi” filminin və kitabxana tərəfindən hazırlanmış “Xocalı soyqırımı” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Xocalı faciəsinin ermənilərin xalqımıza qarşı həyata keçirdiyi məkrli siyasətin davamı olduğunu söyləyib. Bildirib ki, bu qanlı hadisədə 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə qətlə yetirilib.
Qeyd edilib ki, Ulu öndər Heydər Əliyev tərəfindən Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib, bu faciənin ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı olduğu bütün dünyaya bəyan edilib.
Kərim Tahirov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində bu soyqırımın dünyaya çatdırıldığını söyləyib.
Direktor filmin ingilis dilində titrlərlə hazırlandığını, elektron bazanın isə 3 dildə yayıldığını diqqətə çatdırıb.
Sonra “Əsrin faciəsi” filmi nümayiş olub.
Nümayişdən sonra çıxış
edən
mədəniyyət və
turizm nazirinin birinci müavini Vaqif Əliyev Prezident
İlham Əliyevin 24 yanvar
2017-ci il tarixli “Xocalı soyqırımının iyirmi
beşinci ildönümü
haqqında” Sərəncamına uyğun
olaraq ölkəmizin hər
yerində
faciə
qurbanlarının xatirəsinin anıldığını söyləyib. Xocalı soyqırımının dünyada
tanıdılması istiqamətində işlər
görüldüyünü, kitablar çap edildiyini, filmlər çəkildiyini bildirən
nazir müavini bunların təqdirəlayiq
hadisə
olduğunu deyib.
Təqdim edilən kitabın əhəmiyyəti barədə
məlumat
verən
V.Əliyev bildirib ki, kitabda istintaq materiallarına daha çox yer verilib.
Azərbaycan Respublikasının hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim
Kazımov ötən iki əsrin Azərbaycan torpaqlarının
işğalı, xalqımıza
qarşı törədilmiş soyqırımlarla müşahidə oldunduğunu, soydaşlarımızın
ata-baba torpaqlarından
didərgin
salındığını söyləyib.
Rasim Kazımov
Hərbi
Prokurorluğun “Soyqırımı
muzeyi” barədə
məlumat
verib. Tarix, deportasiyalar-repressiyalar, soyqırımlar
və
terror bölmələrindən ibarət
muzeyi ötən il 4228 nəfərin ziyarət etdiyini bildirib. Diqqətə çatdırıb ki, təqdimatı
keçirilən
kitab muzeyin materialları əsasında hazırlanıb.
Tarix İnstitutunun
direktoru, Milli Məclisinin
deputatı, AMEA-nın
müxbir üzvü Yaqub Mahmudov bildirib ki, xalqımıza
qarşı törədilmiş soyqırımı və faciələr haqqında tədqiqat işləri aparılmalı və cinayətkarlar
cəzalandırılmalıdır. Qeyd edib
ki, insan haqları, demokratiyanın
tüğyan etdiyi bir dövrdə bir şəhərin əhalisinin
məhv
edilməsi
XX əsrin
ən
böyük faciəsidir.
Digər çıxış
edənlər xalqımıza qarşı
törədilən soyqırımı və deportasiyalar barədə həqiqətləri bütün
dünyaya çatdırmağın,
gələcək nəsillərə əyani surətdə
göstərməyin və
ictimaiyyət
arasında onların təbliğinin
genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Sonra Milli Kitabxana tərəfindən hazırlanan “Xocalı soyqırımı” adlı
elektron məlumat bazası
təqdim
edilib.
Tədbir
iştirakçıları, həmçinin
“Xocalı soyqırımı - 25” adlı kitab
sərgisi ilə tanış olublar.
Yeni Azərbaycan.-
2017.- 22 fevral.- S.5