“Novruz
çərşənbələri” adlı silsiləli konsertə start verilib
Beynəlxalq Muğam Mərkəzində Rövşən Qurbanovun bədii rəhbəri olduğu “Buta” instrumental ansamblının müşayiəti ilə “Novruz çərşənbələri” adlı konsert keçirilib. Konsertdə Əməkdar artist Səbuhi İbayev və gənc ifaçı Nigar Şabanovanın ifasında muğam səfası yaşanıb. Xanəndələrin ifasında səslənən xalq mahnıları və muğamlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Məlumat üçün bildirək ki, Beynəlxalq Muğam Mərkəzində “Od çərşənbəsi” adlı növbəti konsertin fevralın 28-də keçirilməsi planlaşdırılır. Respublika İncəsənət Gimnaziyası ilə birlikdə hazırlanan konsert proqramında milli rəqslər və Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.-
2017.- 23 fevral.- S.7