Rənglərin kədər səsi

 

Xocalı faciəsi rəssamlarımızın yaradıcılığında

Zamanında hər bir xalqın tuş gəldiyi hadisələrə onun sənətkarları tərəfindən tutulan “bədii güzgünün gələcək nəsillər üçün bütün mənalarda əhəmiyyət kəsb etməsi danılmazdır. Hələ ötən əsrin əvvəllərində Azərbaycan təsviri sənətinin inkişafında müstəsna rolu olan Bəhruz bəy Kəngərlinin (1892-1922) yaratdığı və erməni təcavüzkarlığını ifşa edən bədii-tarixi əhəmiyyətli “Qaçqınlar” qrafik silsiləsinin bu gün də müasir görünməsi dediklərimizi təsdiqləyir. O vaxt İrəvan xanlığındakı dədə-baba torpaqlarından didərgin salınmış soydaşlarımızın Naxçıvana pənah aparmalarına görkəmli fırça ustasının özü şahidlik etmişdi. Onlara imkanı çərçivəsində maddi qayğı göstərən gənc rəssam baş verənlərin tarixi-bədii sənədə çevrilməsi istiqamətində əvəzsiz bir görmüş, ağır vəziyyətdə olmuş insanların taleyinə həsr olunmuş çoxsaylı əsərləri ilə erməni vəhşiliyinin danılmazlığını tarixi həqiqət kimi qəbulunu şərtləndirmişdir. Bəzən tarixi hadisələrin mahiyyətini isti-isti bədii-estetik süzgəcdən keçirib yaddaqalan əsər yaratmaq çətin olsa da, bu gün də Qarabağ probleminin çözülmədiyi bir şəraitdə Azərbaycanın təsviri sənət ustaları xalqının tuş gəldiyi bu müharibəyə və onun yaddaqalan hadisələrinə öz münasibətlərini bildirmələri, ilk növbədə, onların yaşadıqları dövrə yaddaqalan-ittihamedici “bədii güzgü” tutduqlarının göstəricisidir. Bu mənada onların həm də sənətkar-vətəndaş mövqeyini əks etdirən Xocalı faciəsinə həsr olunmuş əsərlərinin tarixi tutumuna görə əhəmiyyəti ölçüyəgəlməzdir.

Azərbaycanın rəssam və heykəltəraşlarının tariximizin heç vaxt unudulmayacaq “Xocalı səhifəsi”nə bədii münasibətləri əslində onların Bəhruz bəy Kəngərli ənənəsini davam etdirmələrinin əyani görüntüsüdür...

Hadisələrin bilavasitə iştirakçısı olan, torpaq uğrunda gedən ölüm-dirim mübarizəsinə şahidlik edən sənətkarların rəngə və cizgiyə, eləcə də daşa, mərmərə və tunca köçürdüklərində başqalarında baş verənlərə inam yaradacaq bədii-mənəvi güc daha etibarlı olur. Bu mənada Xalq rəssamı Xanlar Əhmədovun fəaliyyəti xüsusilə yaddaqalandır. Tanınmış heykəltəraş sonralarƏsrin faciəsi” kimi dəyərləndiriləcək, məşhur Xatın dəətinə bərabər tutulacaq Xocalı qətliamına bədii münasibətini elə hadisənin ilk ildönümündə sərgilədi. O, bir il ərzində bütün digər yaradıcı işlərini kənara qoyaraq Xocalı mövzusunda bədii cəhətdən çox tutumlu sayıla biləcək əsərlər yaratdı. Müxtəlif materiallarda gerçəkləşən 25 heykəltəraşlıq kompozisiyasında faciənin çox maraqlı plastik həllini görmək mümkündür.

Xocalı faciəsinə həsr olunmuş respublika müsabiqəsində iki il dalbadal (2011 və 2012) qalib adına layiq görülmüş heykəltəraşın əsərlərində faciənin yaddaqalan obrazlı plastik ifadəsi tapılmışdır.

Zamanında rəssam Nazim Məmmədovun (1934-2004) nümayiş etdirdiyi yaradıcı mövqe də çoxlarına nümunə olmağa layiqdir. Belə ki, özünün xəstə olmasına baxmayaraq, telejurnalist Çingiz Mustafayevin faciəni əks etdirən kadrlarının televiziya ekranda nümayişini görən tanınmış cizgi filmləri rəssamı Nazim Məmmədovun yuxusu əə çəkilmiş, onu gecə-gündüz qətliamın dəətlərini özündə yaşadan əsərlər yaratmağa sövq etmişdi. Sayı əlliyə çatan bu əsərlər faciənin 10 illiyi günlərində Azərbaycan Milli İncəsənət Muzeyində rəssamın “Xocalı harayı” adlanan fərdi sərgisində nümayiş etdirildi. Sonra rəssam tamaşaçıların böyük marağına səbəb olan həmin işləri elə onların nümayiş olunduğu muzeyə hədiyyə etdi..

Xocalı faciəsinə həsr olunmuş təsviri sənət əsərlərindən söz açanda tanınmış rəssam Vaqif Ucatayın elə hadisənin baş verməsindən az sonra işlədiyi “Xocalı” plakatının adını xüsusi qeyd etmək lazımdır. Yaradıldığı gündən dünyanı dolaşan bu əsər bəlkə də Xocalı faciəsinin obrazını əks etdirən ən təsirli sənət nümunəsidir. Plakatın tələblərinə uyğun çox yığcam detallardan ibarət olan əsərdə sinəsinə xəncər sancılmış körpə və “Xocalı. 1992” sözləri yer almışdır. Qanına qəltan olunmuş körpə təsvirinin doğurduğu nifrəti sözlə ifadə etmək bəlkə də mümkünsüzdür. Belə sənət əsəri qarşısında tamaşaçının da biganə qalmayacağı birmənalıdır.

Rəssam “Bax! Gör! Unutma!” adlı qrafik silsiləsini Qarabağ müharibəsinin hadisələrinə şahidlik etmiş insanların söylədikləri əsasında işləmişdir. Burada Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin təsirli bədii əksi də yer almışdır. Odur ki, reallığına şübhə olunmayan əsərlər həm də tarixi-bədii sənəd mahiyyəti daşıyır. Rəssam fırçasının qüdrəti ilə reallaşan bu təsvirlərdə erməni vandalizminin nəhayətsizliyi inandırıcı və çox təsirlidir...

Qarabağ müharibəsinə öz yaradıcılığında geniş yer ayıran rəssamların sırasında Əməkdar rəssam Adil Rüstəmovun da adı var. Onun 2010-cu ildə təşkil olunmuşQarabağ şikəstəsi” adlı sərgisində nümayiş olunan otuza qədər qrafik lövhədə mövzu həllinin cizgilərin emosionallığına köklənməsi əsərlərin təsirliliyini şərtləndirmişdir. Rənglərin kədər çalarlarına tapınan kompozisiyalar olub-keçənlərə bədii ağı kimi qəbul olunur...

Hər il paytaxtımızda faciəni anım mərasiminin keçirildiyi meydanda ucaldılan “Ana kədəri” abidəsində (Aslan Rüstəmov, Mahmud Rüstəmov və Teymur Rüstəmov) də heykəltəraşlar günahsız insanların ağrılı yaşantılarını ifadə etməyə nail olublar.

Qarabağ müharibəsinə ayrı-ayrı rəssam və heykəltəraşların fərdi münasibətinin baş tutması ilə yanaşı, respublikada bütün yaradıcı qüvvələri bu mövzuya cəlb edəcək müsabiqə-sərgilər də təşkil olunur. Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Rəssamlar İttifaqının birgə təşkil etdikləri sənət yarışmasının Xocalı faciəsinə həsr olunması da bunun göstəricisidir. 2011 və 2012-ci illərdə keçirilən müsabiqə-sərgidə respublika təsviri sənət ustalarının bu mövzu ilə bağlı nümayiş etdirdikləri əsərlər göstərdi ki, fırça və tişə ustalarının əsrin faciəsinə diqqəti və şəhidlərin xatirəsinə ehtiramı ölçüyəgəlməzdir. Bu müsabiqənin əsas mükafatlarına layiq görülmüş əsərlər sırasında istedadlı fırça ustası Asif Azərellinin “Belə də haqsızlıq olar?” (2011) tablosunda erməni daşnaklarının Azərbaycan mədəniyyətinə yönəli vəhşilikləri özünün çox ifadəli əksini tapmışdır... Üfüqi kompozisiyada işğalçı erməni əsgərinin ayaqları və onun ətrafına səpələnmiş maddi-mədəniyyət nümunələrimizin, Qarabağın muğam ifaçıları ilə bağlı atributların (tar, kamança, qaval, xanəndələrin fotoları və s.) təsvirləri kifayət qədər diqqəəkən və yağı düşmənə qarşı nifrət hissi oyadıcıdır.

Respublikanın Əməkdar rəssamı Fərman Qulamovun (1943-2016) mükafata layiq görülmüş “Vəhşilik” (2012) tablosunda isə Xocalıda baş verən qətliam özünün obrazlı ifadəsini tapmışdır.

Gənc rəssam Günay Mehdizadənin son vaxtlar yaratdığı “Xocalı” tablosunu məna-məzmun yükünə görə bu mövzuda yaradılan ən təsirli əsərlərdən saymaq olar. Düşmən əməllərini ifşa edən üfüqi kompozisiyada faciəni real və xəyali obrazlarla ifadə edən rəssam, qənaətimizcə, Azərbaycan rəssamlığında bu mövzuya həsr olunmuş yaddaqalan tablolardan birini yaratmağa nail olub. Çoxfiqurlu əsərdə şəhidin ucalığa qaldırılması, həlak olmuş ana-bala ruhunun ittihamedici duruşu, ahıl nənə ilə əli milli bayraqlı qız uşağının qələbəyə ümidli fiqurları və digər çoxsaylı təsvirlər düşmənə nifrət aşılayan bədii-psixoloji tutumuna görə diqqəəkən və yaddaqalandır...

Yeri gəlmişkən, 2011 və 2012-ci illərdə keçirilən müsabiqə-sərgilərdə tamaşaçı rəğbəti qazanmış əsərlər sırasında Bəyim Hacıyeva, Sirus Mirzəzadə, Nazim Məmmədov, Tural Həsənli, Nəvai Metin, Nazim Rəhmanov, Həmzə Abdullayev, Nizami Hüseynov, İlqar Əkbərov, Vidadi Əhmədov (hamısı rəngkarlıq), Mayis Əliyev, Rövşən Məmmədov, Etibar Aslanov, Arif Həsənov, Nigar Babayeva, Həşim Elçiyev (hamısı qrafika), Zakir Əhmədov, Vüqar Quliyev, İslam Abdullayev, Cəlil Qaryağdı, Fuad Cəfərov, Sahib Quliyev (hamısı heykəltəraşlıq), Adil Şıxəliyev (qobelen) və Rauf Əbdülhüseynoğlu (keçə) kimi sənətkarların yaratdıqları əsərləri qeyd etmək olar.

Rafael Muradovun “Qaçqınlar”, Nadır Bayrışovun “Şəhid” və “Məcburi köç”, Kərim Cəlalın “Zamanın izi”, İsmayıl İsmayılovun “Mübariz”, Natiq Fərəcullazadənin “Şəhid önündə” və “Ruhların gəzintisi”, Namiq Məmmədovun “Faciə”, Fikrət İbrahimovun “Gələcək naminə”, Kamal Əhmədin “Şərqin faciəsivə Natiq İsmayılovun “Xocalı faciəsi” rəngkarlıq tablolarında, Sabir Çopuroğlunun “Xocalı harayı”, Arif Hüseynovun “Qarabağnamə” silsiləsində, Bayram Qasımxanlının “Faciələrimiz” və “Təcavüz”, Şamxəlil Məmmədovun “Xocalı qaçqını”, Səbuhi Məmmədovun “Yaralı ana” və “Ayrılıq”, Arif HəsənovunQalx, ana torpaq” və “Qanlı gecəqrafik lövhələrində Emin Aslanovun “Xocalı” adlı silsilə plakatlarında, Fəxrəddin Əliyevin “Xocalı qaçqınları”, Tarverdi QuliyevinQarabağ motivi”, Natiq Əliyevin “Yaralı”, Məmməd Rəşidovun “Daşın göz yaşları” heykəltəraşlıq kompozisiyalarında rəngə, cizgiyə və bərk materiallara hopmuş tarixi həqiqətlər çox inandırıcı qəbul olunur...

Xalq rəssamı Arif Hüseynovun yaddaqalan son işlərindən sayılan “Qarabağnamə” silsiləsində Xocalı faciəsinə həsr olunmuş triptixdə yer alıb. Mərkəzi hissədə törədilmiş qətliam haqqında informasiya və dünyaya yayılmaqda olan insan harayını şəhidlərin və onlara ağı deyənlərin təsviri ilə əhatələyən müəllif ağ-qara cizgilərlə işlənmiş kompozisiyanı təsirli-ittihamedici bədii-tarixi qaynağa çevirə bilmişdir.

Yaxşı haldır ki, Qarabağ həqiqətlərinin Azərbaycan sərhədlərini aşdığı bir şəraitdə onun beynəlxalq aləmdə tanınmasına xarici ölkələrdə yaşayan rəssamlarımız da öz töhfələrini verməkdədirlər. Bu mənada qardaş Türkiyədə yaşayan yaradıcı soydaşlarımızın fəaliyyətini xüsusi vurğulamaq istərdik. 2008-ci ildə İstanbulda təşkil olunan “Yaralı Qarabağ” sərgisində nümayiş olunan çoxsaylı əsərlərdə Qarabağ müharibəsinə tutulan “bədii güzgü” kifayət qədər təsirli və ittihamedici idi. Heykəltəraş Səid Rüstəmin “Xocalı” kompozisiyasında, Ədalət Qaranın “Qarabağın maralı”, “Xocalı faciəsi” vəQarabağ şikəstəsi”, Səmədağa Cəfərovun “Xəyanət”, Məhəmməd Əliyevin Şəhid”, Sabir MehdiyevinQarabağ atları”, Əbülfəz Fərəcoğlunun “Təcavüz”, Əli Verdiyevin “Xocalı soyqırımı”, Məhəmməd Əliyevin “Xocalı” vəƏsir əsgər”, Məhər BayramoğlununAna Vətən sevgisi”, Əli HerisçininSavaş sfinksləri” triptixini, Vahid Talıbın “Labirint” və Teymur Rzayevin “Qayıdış” əsərlərində erməni təcavüzünü pisləyən, hər kəsi torpaq uğrunda müqəddəs döyüşə səsləyən bədii-mənəvi məqamlar kifayət qədər görünən idi.

Əlavə etmək lazımdır ki, Qarabağ mövzusu Rusiya Federasiyasında yaşayan Qüdrət Qurbanov, Rəhman Şıxəliyev və Əsgər Məmmədovun, təhsil sonrası taleyini Belarus Respublikası ilə bağlayan Kamil Kamalın, Almaniyada çalışan Əşrəf Heybətovun və başqalarının da son illər yaradıcılığında davamlı yer tutmaqdadır...

Azərbaycan təsviri sənətinin müasir mərhələsinin inkişafına öz əsərləri ilə xidmət edən sənətkarlarımızın müxtəlif nəsillərinin üzərinə əlavə yaradıcı və mənəvi bir yük düşüb. Bu da onların yaşadıqları zamanın, tuş gəldikləri hadisələrin bədii salnaməsini yaratmaqla, onu bədii-tarixi sənədə çevirib gələcək nəsillərə ötürməkdir. Yuxarıda haqqında qısa söz açdığımız əsərlərin timsalında demək olar ki, bu istiqamətdə yaddaqalacaq işlər görülməkdədir...

Ziyadxan Əliyev

Yeni Azərbaycan.- 2017.- 23 fevral.- S.6.