Regionların elektrik enerjisi, qaz təminatı və içməli su problemlərinin həlli istiqamətində mühüm addımlar atılır

 

Ötən il Gəncə-Qazax iqtisadi rayonunda infrastruktur təminatının gücləndirilməsi istiqamətində geniş həcmi yerinə yetirilib

Regionun lider dövləti olan Azərbaycanın inkişafı davamlı və çoxşaxəli xarakter daşıyır. Belə ki, qloabl maliyyə böhranının fonunda ölkəmizdə uğurla həyata keçirilən siyasi kurs istər regional layihələrin davamına, istərsə də müvafiq Dövlət proqramlarının icrasına imkan yaradır. Bu isə spesifik milli inkişaf modelinə malik olan ölkəmizin tərəqqisinin konseptual əsaslara söykəndiyini bir daha təsdiqləyir.

2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bütün bölgələrinin ümumi inkişaf dinamikasını artırmaqla yanaşı, bütün sahələri əhatə edən infrastruktur layihələri sayəsində ən müasir dünya standartları səviyyəsində qurulan infrastruktur təminatına malik olmasına şərait yaradır. Məhz bu kontekstdə son 13 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır.

Gəncə-Qazax iqtisadi rayonuna daxil olan Gəncə şəhərində bu istiqamətdə işlər ötən il də davam etdirilib. Yenidənqurma işlərinin davamı olaraq 10-6/ 0,4 kV-luq elektrik şəbəkəsində 2016-cı il ərzində 20,2 kilometr uzunluğunda 10-6 kV-luq elektrik verilişi xətləri, 826 transformator məntəqəsi əsaslı və cari təmir olunub, 17,9 kilometr uzunluğunda yeni müasir tipli özüdaşıyan izolyasiyalı naqil “SİP” və kooksial kabel xətti çəkilib və 3,5 km uzunluğunda olan “SİP” xətti isə yeni dirəklər üzərinə köçürülüb. Cavad xan qəsəbəsində 4, Məhsəti qəsəbəsində 2, Natəvan qəsəbəsində 1, Şıxzamanlı qəsəbəsində 1, Sadıllı qəsəbəsində 1, Yeni Gəncə yaşayış massivində 2, mikrorayonlarda 2, Totanlı küçəsində isə 1, ümumilkdə 15 ədəd 6,8 mVA gücündə müasir tipli Kompleks Transformator məntəqələri (SKTM) quraşdırılıb.

2016-cı ildə Gəncə şəhərində mövcud qaz şəbəkəsinin təhlükəsiz istismarının təmin edilməsi, onun istehlakçılara nəqli, həmçinin qaz itkisinin azaldılması sahəsindəəyyən işlər görülüb. İl ərzində qaz şəbəkəsinin qorunub saxlanılması, sənaye və məət istehlakçılarına verilən qazın təzyiq rejimlərinin nizamlanması məqsədi ilə şəhərin ayrı-ayrı ərazilərində 39 ədəd qaz tənzimləyici şkaf və 8 ədəd siyirtmə yenisi ilə əvəz edilib. Həmçinin müvafiq olaraq 992 ədəd QTŞ və 343 ədəd siyirtmə əsaslı təmir və təftiş edilib.

Şəhərin su şəbəkəsində və kanalizasiya sistemində aparılan yenidənqurma işləri ilə yanaşı, mövcud şəbəkənin fasiləsiz işinin təmin edilməsi ilə əlaqədar mühüm addımlar atılıb. Belə ki, 2016-cı il ərzində ayrı-ayrı ünvanlarda ümumi uzunluğu 22 min 82 p/metr və 1 min 53 p/metr müxtəlif diametrli müvafiq olaraq magistral və məhəllədaxili su və kanalizasiya borusu, 4 min 615 p/metr uzunluğunda müxtəlif en kəsikli elektrik kabeli, 60 ədəd müxtəlif ölçüdə su nizamlayıcı siyirtmə, 81 ədəd kanalizasiya lyuk qapağı, 3 ədəd elektrik mühərriki və subartezian nasosu dəyişdirilib yenisi ilə əvəz edilib.

Gəncə-Qazax iqtisadi rayonunun Goranboy rayonunda da Prezident İlham Əliyevin tapşırığına əsasən əhalinin enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. Goranboy və Dəliməmmədli şəhərlərində, Fəxralı, Alpoud, Qurbanzadə və Muzdurlar kəndlərində elektrik təsərrüfatı SİP kabellə yenidən qurulur. Artıq 23 ədəd müasir tipli güc transformator məntəqəsi quraşdırılıb, 72,6 km SİP kabel çəkilib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq ötən il kəndlərin qazlaşdırılması işi davam etdirilib. Artıq rayonun 7 yaşayış məntəqəsi qazlaşdırılıb, 1392 abonent təbii qazla təmin olunur. Ümumilikdə abonentlərin sayı isə 21333-ə çatıb. Hazırda Yolpaq, Səmədabad, Yəhərçi Qazaxlar, Sarov, Goranlı kəndlərində son tamamlama işləri aparılır. Bu işlər başa çatdırıldıqdan sonra rayon üzrə qazlaşma 94 faizə çatacaq.

Rayonda əhalinin içməli su ilə təminatı son illər xeyli yaxşılaşdırılıb. Rayon mərkəzi və Murov-Goranboy su kəməri boyunca 18 yaşayış məntəqəsi ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunur. Ötən il Şahməmmədli kəndində 48 fərdi yaşayış evinə su çəkilib. Qazanbulaq qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması üçün BP Təşkilatının dəstəyi ilə yeni nasosxana inşa edilib, sutəmizləyici qurğu və 1000 tonluq su anbarı yenidən bərpa edilib.

Gəncə-Qazax iqtisadi rayonuna daxil olan Samux rayonunda da rayon əhalisinin elektrik enerjisinə, mavi yanacağa və içməli suya olan tələbatının ödənilməsi istiqamətində işlər görülüb. Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün 2016-cı ildə 55 ədəd müxtəlif güclü transformator əsaslı, 75 ədədi isə cari təmir edilərək istismara verilib. Qəsəbə və kəndlərdə 275 ədəd 0.4 kv-luq və 287 ədəd 10 kv-luq istismara yararsız dayaqlar yeni dayaqlarla əvəz edilib. Eləcə də müxtəlif xətlər üzrə 29 km naqil yenisi ilə əvəzlənib.

Bununla yanaşı, ötən il 1 ədəd 110 kV-luq və 1 ədəd 35 kV-lıq yarımstansiyanın yenidən qurulmasına başlanılıb. Eləcə də 31 ədəd yeni transformator məntəqəsi quraşdırılıb ki, onlardan 28-i istifadəyə verilib. 11 ədəd yeni transformator məntəqəsinin quraşdırılması nəzərdə tutulub. Bundan başqa, 11 ədəd 35 kV-luq dayaq quraşdırılıb, 3,8 km 35 kV-luq xətt çəkilib, 393 ədəd 6-10 kV-luq dayaq quraşdırılıb, 22,67 km 6-10 kV-luq xətt çəkilib, 90 ədəd 0,4 kV-luq dayaq quraşdırılıb, 22,25 km 0,4 kV-luq xətt çəkilib.

Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də rayonda əsaslı addımlar atılmaqdadır. Hazırda rayonun 35 yaşayış məntəqəsindən 30-da mavi yanacaqdan istifadə olunur. Ötən ilin sentyabr ayında rayonun Qırmızı Samux qəsəbəsinə təbii qaz verilib. 2016-cı ildə 635 yeni əhali abonenti qeydiyyata alınıb. Rayonun Əhmədbəyli kəndində diametri 159 mm-lik 1200 p/m uzunluğunda daşıyıcı qaz xətti dayaqlarla bərkidilərək nizama salınıb, Ziyadlı kəndində 159 mm-lik 3450 metr uzunluğunda qaz xətti yenisi ilə əvəz edilib və həmin xətlər boyanıb. Samux şəhərində həyətlərdə olan qaz xətləri küçəyə, Qarayeri qəsəbəsində və Lək kəndində yeraltı olan xətlər yerüstünə çıxarılıb. Ümumilikdə 2868 qaz sayğacı yenisi ilə əvəz olunub ki, bunlardan 827 ədədi itron tipli smart qaz sayğacları təşkil edir.

Eləcə də əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2016-cı ildə əhaliyə xidmət edən 16 ədəd subartezian quyusundan 12-də əsaslı təmir aparılıb və abonentlərin istifadəsinə verilib. Əhalini fasiləsiz içməli su ilə təmin etmək məqsədilə su sayğaclarının tətbiq edilməsinə başlanılıb. Samux şəhərində yerləşən 36 mənzilli çoxmərtəbəli yaşayış binasını məət suyu ilə təmin etmək üçün 200 m3-lik su anbarından istifadə olunur.

Vurğulamaq yerinə düşər ik, istehlak olunmuş enerjinin, təbii qazın və içməli suyun dəyərinin vaxtında və tam ödənilməsi üçün müvafiq işlər aparılır və əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 92,0 faizi, təbii qazın dəyərinin 93,7 faizi yığılıb.

O da qeyd olunmalıdır ik, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən inşa etdirilən “Aqroenerjikompleksinin tikintisində işlər sürətləndirilib. Burada 9 mindən çox günəş paneli quraşdırılıb ki, bu da 2,8 meqaVatt günəş enerjisinin istehsal olunmasına imkan verəcək. Hazırda istehsal olunan enerji 10 kV-luq Seyidlər hava xətti vasitəsi ilə yaxın ərazidə yerləşən istixana kompleksinin tikintisini və digər obyekləri elektrik enerjisi ilə təmin edir.

Gəncə-Qazax iqtisadi rayonunun Şəmkir rayonunda da ötən il əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunması məqsədilə tədbirlər davam etdirilib. Ötən il Şəmkir Elektrik şəbəkəsi tərəfindən 51 min 737 abonentə xidmət göstərilib. 2016-cı ildə rayon ərazisində olan müxtəlif gücə malik 293 ədəd transformatorda cari təmir, 18 transformatorda isə əsaslı təmir işləri aparılıb. 39,23 km uzunluğunda elektrik verilişi xətlərində cari təmir işləri aparılıb. Bundan başqa 116,6 km uzunluğunda 6/10 kV-luq, 53,23 km uzunluğunda 0,4 kV-luq elektrik verilişi xətlərində cari təmir işləri aparılıb. 424 ədəd elektrik dayağı yenisi ilə əvəz edilib. İl ərzində 33 ədəd müasir tipli transformator məntəqəsi quraşdırılıb, 1598 ədəd köhnə tipli istismara yararsız sayğac dəyişdirilib. Rayonun Dəllər qəsəbəsində 2 km, Düyərli kəndində 5 km uzunluğunda SİP kabel xətləri çəkilib.

Qeyd edək ki, ötən il Şəmkirçay Su Elektrik stansiyası Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə daxil olub. Şəmkir, Yenikənd və Şəmkirçay SES-lərini özündə birləşdirən Şəmkir SES silsiləsi üzrə 2016-cı ildə planda nəzərdə tutulmuş 1 milyard 16,6 milyon kilovatsaat elektrik enerjisi əvəzinə 1 milyard 57,1 milyon kilovatsaat elektrik enerjisi istehsal olunub.

Ötən il rayonda əhalinin qaz təchizatı ilə bağlı da bir sıra işlər görülüb. Rayonda 1 şəhər, 4 qəsəbə və 51 kənd yaşayış məntəqəsi, 42405 əhali abonenti, 273 sənaye və 79 büdcə təşkilatı təbii qazla təmin edilir. 2016-cı ildə 5 min 871 p/m yeni qaz xətti çəkilib, 642 ədəd qaz sayğacı yenilənmiş, o cümlədən 349 ədəd smartkart tipli qaz sayğacı quraşdırılıb. İlk dəfə olaraq rayonun dağ kəndləri olan Yuxarı Çaykənd, Günəşli və Dağ Cəyir kəndlərinə qaz çəkilib.

Bununla yanaşı, Şəmkir Su Kanal İdarəsi tərəfindən 10795 abonentə xidmət göstərilib. Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilib, 7000 fərdi yaşayış evinə SMART KART tipli sayğaclar quraşdırılıb. Şəmkirçay su anbarından Şəmkir şəhərinə içməli suyun verilməsinin nəzərdə tutulduğu müddətdən xeyli əvvəl başa çatdırılması nəticəsində Şəmkir şəhərinin əksər hissəsində əhalinin içməli su problemi həll edilib.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2017.- 24 fevral.- S.7