“Azərbaycan
multikulturalizmi” fənni
Almaniyanın nüfuzlu
ali təhsil ocağında tədris olunur
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
(BBMM) “Azərbaycan multikulturalizmi”
fənninin xarici və ölkə universitetlərində tədrisi
layihəsi uğurla davam edir.
BBMM-in mətbuat
xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda layihə çərçivəsində
respublikamızın 38, dünyanın
15 aparıcı universitetində
“Azərbaycan multikulturalizmi”
fənni tədris edilir.
Bildirilib ki, yaxınlarda bu sıraya daha bir universitet
də əlavə olunub. Belə ki, hazırda
Almaniyanın nüfuzlu
Vürtsburq Universitetində
mütəxəssis Samirə
Adışova tərəfindən
“Azərbaycan multikulturalizmi”
fənninin tədrisi həyata keçirilir.
Universitetin magistrlərindən ibarət qrupda seçmə fənn kimi tədris edilən Azərbaycan multikulturalizminin tədrisi
prosesində almaniyalı
tələbələrə ölkəmizdəki multikultural
və tolerant mühit,
milli-mənəvi dəyərlərimiz,
müxtəlif etnik kökə, fərqli dini etiqada malik
insanların əsrlərdir
dinc yanaşı yaşaması haqqında ətraflı məlumat verilir. Kurs iyulun sonunda
yekunlaşacaq.
Qeyd edək
ki, keçən semestr Almaniyanın Auqsburq Universitetində də “Azərbaycan multikulturalizmi” fənninin tədrisi həyata keçirilib.
Xatırladaq ki, BBMM-in Himayəçilər
Şurasının sədri,
akademik Kamal Abdullayevin
ideya və təşəbbüsü ilə
“Multikulturalizmə giriş”
və “Azərbaycan multikulturalizmi” fənləri
üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə
start verilib. Mərkəzin imkanları hesabına
xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparılıb
və ilkin mərhələdə 7 xarici
universitet təklifi müsbət qarşılayıb.
Hazırda isə bu say 15-ə çatıb.
Sevindirici
məqam bundan ibarətdir ki, artıq fənnin tədrisində müəyyən
müsbət təcrübə
əldə olunub, bu günlərdə işıq üzü görən “Azərbaycan multikulturalizmi” dərsliyinin
istifadəsi də tədrisin keyfiyyətinin daha da yüksələcəyinə
inam yaradır.
İndi dünyanın nüfuzlu
ölkələri Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinə müraciət
edərək “Azərbaycan
multikulturalizmi” fənninin
özlərinin aparıcı
ali təhsil
müəssisələrində tədrisi məqsədilə
təkliflərini irəli
sürürlər, bununla
yaxından maraqlanırlar.
Prezident
İlham Əliyevin “Azərbaycanı dünyada
multikulturalizm mərkəzi
kimi tanıtmaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə
BBMM-in apardığı ardıcıl
və məqsədyönlü
işin nəticəsində
yaxın gələcəkdə
xaricdə “Azərbaycan
multikulturalizmi” fənlərinin
tədrisi daha geniş coğrafiyanı əhatə edəcək.lar.
Yeni Azərbycan.-
2017.- 7 iyul.- S.7.